Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Avropadakı diplomatik nümayəndəliklərinə qanlı paketlər göndərildi

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko sosial media hesabından maraqlı açıqlama verib...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nikolenko Ukraynanın Macarıstan, Hollandiya, Polşa, Xorvatiya və İtaliyadakı səfirlik və konsulluqlarına heyvan gözləri olan qanlı bağlamaların göndərildiyini bildirib.

Bir neçə gün əvvəl Madriddəki Ukrayna səfirliyinə göndərilən partlayıcı zərfin əks-sədası gələrkən yeni bir hadisə baş verib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial media hesabından verdiyi açıqlamada Ukrayna səfirlik və konsulluqlarına təhdidlərin davam etdiyini bildirib. Nikolenko Ukraynanın Avropadakı səfirliklərinə qanlı bağlamaların göndərildiyini bildirib.

Heyvan gözləri olan qanlı paketlər

Oleq Nikolenko:

“İspaniyadakı terror aktından sonra Macarıstan, Hollandiya, Polşa, Xorvatiya və İtaliyadakı səfirliklərə, Neapol və Krakovdakı baş konsulluqlara, Brnodakı (Çexiya) konsulluqlara qanlı paketlər göndərilib. Paketlərdə heyvan gözləri var. Paketlər çox diqqətçəkici rəngi olan bir mayeyə batırılıb və kəskin bir qoxusu var. Bu mesajın mənasını araşdırırıq”.

Səfirliyin binasına ziyan dəydi

Ukraynanın Vatikan səfirinin iqamətgahının da zədələndiyini qeyd edən Nikolenko Qazaxıstan səfirliyinə də bomba təhdidi aldığını qeyd edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba: “Ukrayna səfirlikləri və konsulluqlarına qarşı yaxşı planlaşdırılmış terror və hədə-qorxu kampaniyasının aparıldığını düşünməyə əsaslarımız var. Ukraynanı diplomatik cəbhədə dayandıra bilmədiklərinə görə, bizi qorxutmağa çalışırlar. Bu yolla Ukraynanın qələbəsi üçün səmərəli şəkildə işləməyə davam edəcəyik”, deyə qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar