Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna XİN: Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır

"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır"...

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.

O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır: "Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək".

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barəəd məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb və o, Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.

***

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun konsulu Aleksandr Sosonyuku saxlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə FTX-nin hadisə ilə bağlı açıqlamasında bildirlib.

Qeyd olunu ki, ukraynalı diplomat Rusiya vətəndaşından məxfi məlumat almaqda şübhəli bilinir.

Məlumat görə, diplomata beynəlxalq hüquq normalarına uyğun tədbir görüləcək.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar