Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna-Rusiya müharibəsinin ilk qurbanı Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı oldu

Krımın Ukraynaya qaytarılmasının mümkünsüzlüyü ilə bağlı fikir bildirdiyi üçün Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Kay-Axim Şönbax istefa vermək məcburiyyətində qalıb.
 
Ovqat.com-un məlumatına görə, faktı baş komandanın özü rəsmən bəyan edib.
 
O, yanvarın 22-də Bundesverin (Almaniya Silahlı Qüvvələri) rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, istefa ərizəsini artıq Müdafiə naziri Kristina Lambrextə təqdim edib.
 
“Mən indicə Federal Müdafiə Nazirindən xahiş etdim ki, məni Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsindən dərhal azad etsin. Federal nazir vəsatətimi təmin etdi”, - deyə Şönbax açıqlamasında bildirilib.
 
Şönbax istefa ərizəsini yazmasının səbəbini belə əsaslandırıb: "Alman donanmasına, Bundesverə və ilk növbədə Almaniya Federativ Respublikasına daha çox ziyan vurmamaq üçün mən bu addımı atmağı zəruri hesab edirəm".


 
Açıqlamaya görə, Hərbi Dəniz Qüvvələrinin yeni baş komandanı seçilənə qədər onun vəzifələrini müavini kontr-admiral Yan Kristian Kaak yerinə yetirəcək.
 
Şonbax bir müddət əvvəl Hindistanın Manohar Parrikar adına Müdafiə Araşdırmaları və Təhlili İnstitutunda (IDSA) çıxış edərkən Krımın Ukraynaya “heç vaxt qayıtmayacağı”nı bildirmişdi.
 
Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Kristina Lambrext nazirliyin baş müfəttişi Eberhard Zorn və onun ictimaiyyətlə əlaqələr üzrə baş müşavirini Şönbaxla necə davranılmasını müzakirə etmək üçün təcili video-konfransa çağırmışdı. Videokonfransda aparılan müzakirələr nəticəsində siyasətçilər bu qərara gəlmişdilər ki, bazar ertəsi, yanvarın 24-də Şönbaxdan izahat alınsın və o, dediyi sözlərə görə ictimaiyyət qarşısında üzr istəsin. Bu qərardan sonra Şönbax Twitter-də paylaşdığı bəyanatında üzr istəmişdi də.

"Səhvən vəziyyəti lazımınca qiymətləndirmədim, bunu etməməliydim. Burada şərh ediləcək bir şey yoxdur, bu, açıq-aydın səhv idi", - Şönbax twit-bəyanatında yazmışdı. O, bildirmişdi ki, Krımla bağlı səsləndirdiyi fikirlər şəxsi düşüncəsidir və heç bir halda Almaniya Müdafiə Nazirliyinin rəsmi mövqeyini ifadə etmir.  Görünür, Şönbaxın bu sözləri Bundesveri tam qane etməyib, ondan daha açıq şəkildə üzr istəməsi tələb olunub. Şönbax isə bundan artıq üzrxahlığı zabit qüruruna yedirə bilməyib və bazar ertəsini gözləmədən istefa ərizəsi yazmağa qərar verib.
 
Şönbaxın sonunu gətirən əsas amil Ukraynanın israrçılığı olub. Rəsmi Kiyev Almaniya hökumətindən Şönbaxın öz bəyanatını açıq şəkildə təkzib etməsini istəyirdi. Belə aydın olur ki, Berlin Kiyevin daha artıq basqılarına məruz qalmamaq üçün Şönbaxı iş həftəsinin başlamasını gözləmədən qurban vermək məcburiyyətində qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar