Çərşənbə, 07 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Prezident Ofisi nüvə müharibəsini istisna etmir

Andrey Yermak: “Milyonlarla qurbanı olan nüvə müharibələri olacaq”...

Rusiyanın nüvə şantajına cavab sərt və birmənalı olmalı, nüvə təcavüzkarına güzəşt ideyasını rədd etməlidir. Əks halda, hər bir iddialı diktator nüvə silahı əldə etməyə çalışacaq, ona malik olmayan hər bir ölkə özünümüdafiə üçün bu silahı əldə etməyə çalışacaq. Nüvə silahlarının yayılmaması ilə bağlı razılaşmalar faydasız olacaq. Sonra milyonlarla qurbanı olan nüvə müharibələri olacaq”.

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Onun fikrincə, bu gün sivil dünya qətiyyət nümayiş etdirməli və Rusiyaya başa salmalıdır ki, rəsmi Moskva, nə ilhaq cəhdindən, nə də nüvə şantajından yaxa qurtarmayacaq.

“Belə həlledici addımlardan biri də bu yaxınlarda tövsiyələri təqdim edilmiş Kiyev Təhlükəsizlik Müqaviləsinin imzalanması ola bilər. Sentyabr ayında NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen və beynəlxalq ekspertlər qrupu ilə məsləhətləşmələr əsasında bir sıra tövsiyələr hazırlanıb. Biz Ukraynanı və bir sıra qarant dövlətləri birləşdirən strateji tərəfdaşlıq haqqında sənəd olan Kiyev Təhlükəsizlik Müqaviləsinin hazırlanmasına çağırdıq”.

Onun sözlərinə görə, bu müqavilənin prinsipi sadədir: “Ukraynanın təhlükəsizliyi ilk növbədə özünü müdafiə etmək qabiliyyətindən asılıdır. Bunu səmərəli etmək üçün Ukraynaya müttəfiqlərinin uzunmüddətli dəstəyi lazımdır. Bu saziş Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əməli yardım göstərmək məqsədi daşıyır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kölgə iqtisadiyyatı”na qarşı sərt yol seçildi - DTX və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verildi

Vasif Talıbovun dövlətimizə qarşı sensasion sərəncamı

Beyləqanda 4 nəfəri qətlə yetirən Fuadın - Fotoları

Rusiyada raket ehtiyatı nə qədərdir və onlar hansı zamana tükənəcək?

Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - Yenilənib

Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq

Rusiya sülhməramlılarının iç üzü: Azərbaycanlı jurnalistlər necə təhdid olundular? - Video

DÇ-2022: Portuqaliya - İsveçrə oyununda üçüncü qol

Şəkər xəstələri üçün ən faydalı superqida

Ən çox oxunanalar