Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Krımı necə vurdu? - “Partizan diversiyasımı, yoxsa raket zərbəsi?..”

Ukrayna savaşında önəmli anlardan biri baş verib. Ukrayna Silahlı Qüvvələri yarımada yerləşən Rusiya strateji hərbi obyektinə dəqiq zərbələr endirib. Nəticədə Novofyodorovka aviabazasında ümumilikdə 15 partlayış qeydə alındığı bildirilir.

Hadisəni şərh edən siyasi təhlilçi Şahin Cəfərli bildirib ki, burada önəmli məqam Ukrayna Rusiyanın hər hansı cavabından, hətta ehtimal olunan nüvə zərbəsindən də çəkinmədiyini, öz ərazilərini, o cümlədən Krımı da azad etməkdə qərarlı olduğunu nümayiş etdirnməsidir:

“Bu obyekt cəbhədən təxminən 270 km uzaqda yerləşir. Səhər saatlarında Xerson vilayətinin Krımla inzibati sərhəddə yerləşən Qeniçesk rayonu ərazisindəki Rusiya sursat anbarı da vurulub. Bu nöqtə isə cəbhədən 150 km uzaqdadır. Ukraynaya ABŞ tərəfindən HIMARS və M-270 sistemləri üçün yalnız 80 km-ə qədər məsafəyə uçan raketlər verildiyi açıqlanıb. Bundan başqa, Ukraynaya 150 km-ə qədər məsafədə düşmən HHM sistemlərini vurmağa imkan verən AGM-88 antiradar raketləri göndərildiyi də Pentaqon tərəfindən təsdiqlənib. Ukrayna isə 300 km-lik ATACMS operativ-taktiki raketlərini tələb edirdi. Bu raketlərin Ukraynaya verilib-verilmədiyi bəlli deyil. İstisna deyil ki, aviabazada yerli partizanlar tərəfindən diversiya törədilmiş ola bilər”.

Ekspert xatırladır ki, ABŞ Ukrayna ordusu üçün daha 1 milyard dollarlıq hərbi yardım və Ukrayna büdcəsinə 4,5 milyard dollarlıq dəstək paketi elan edib:

“Ümumilikdə ABŞ tərəfindən müharibə başlayandan bəri Ukrayna ordusuna və büdcəsinə verilən dəstəyin həcmi müvafiq olaraq 9,8 milyard və 8,5 milyard dollara çatıb. Lend-Liz qanunu hələ ki, işə düşməyib. Yardımlar Konqresin mayda ayırdığı 40 milyard dollarlıq fonddan həyata keçirilir. Türkiyə də Ukraynaya 200 ədəd “Kirpi” zirehli maşını satıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar