Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Dnestryanı bölgədə beynəlxalq matçları qadağan edib

UEFA İcraiyyə Komitəsi Dnestryanı bölgədə döyüşlərin keçirilməsini qadağan edib.

Qadağa qeyri-müəyyən müddətə, növbəti bildiriş gələnə qədər qüvvədədir.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.

Moldova çempionu "Şerif" Tiraspoldakı stadionunda avrokuboklarda çıxış edə bilməyəcək. Bu qərar Rusiya klublarının və komandalarının diskvalifikasiyası ilə bağlı əvvəlki qərarlara uyğun olaraq, eləcə də Ukraynadakı müharibə səbəbindən qəbul edilib.

“UEFA İcraiyyə Komitəsi yarışların fasiləsiz keçməsi üçün ümumi məsuliyyət daşıyır ki, bura şəraitin tam spektri bunu tələb etdikdə müəyyən bölgələrdə matçların keçirilməsinə müvəqqəti mane olmaq vəzifəsi daxildir. Çempionlar Liqasının birinci təsnifat mərhələsində oynayacaq “Şerif”ə, bölgədə oynama qadağası qüvvədə qaldığı müddətcə UEFA klub yarışlarında ev matçları üçün Dnestryanıdan kənarda alternativ oyun məkanları tapması təklif edilib”, - deyə UEFA-nın açıqlamasında qeyd edilir.

Çempionlar Liqasının təsnifat mərhələsinin ilk turunda “Şerif” bosniyalı “Zrinski” ilə qarşılaşacaq. Çempionlar Liqasının son mövsümü “Şerif” “Şaxtyor Donetsk” və “Real”ı məğlub edərək dördlükdə üçüncü olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar