Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçtərəfli Soçi görüşünün nəticələrinin bu həftə hansısa sürprizləri ola bilərmi?

“Zəngəzur dəhlizi” də daxil olmaqla Azərbaycandan Naxçıvana birdən artıq “koridor”, ya da yol açıla bilərmi?..

Politoloq: “Soçi görüşünün bəyanatı və görüşdən sonra mətbuata verilən açıqlamada elə təəssürat yaranırdı ki, bəyanatda əks olunan məsələlərdən daha artığına dair razılıqlar əldə olunub”.

“Böyük ehtimalla kommunikasiyaların açılması ilə bağlı hər hansısa bir siyasi sənəd olmayacaq. Bu sırf iqtisadi xarakterli işlər olduğu üçün hökümətlərarası komissiyanın yol xəritəsi kimi təqdim oluna bilər”.

Bu sözləri politoloq Fərhad Məmmədov kommunikasiyalar bağlı bu həftə açıqlanması gözlənilən xəbəri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Soçidəki görüşdən sonra çıxışında bildirdi ki, gələn həftə, üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız, qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Ekspertlər hesab edirlər ki, Soçi bəyanatınsda qeyd olunmayan ciddi razılaşmalar əldə olunub və bu həftə açıqlanması gözlənilir.

Bu həftə bizi hansı sürprizlər gözləyə bilər? Soçidə kommunikasiyanın qrafiki üzrə müzakirələrib yekunları açıqlana bilərmi? Digər tərəfdən Putin çıxışında “koridorlar” ifadəsini işlətdi? “Zəngəzur dəhlizi” də daxil olmaqla Azərbaycandan Naxçıvana birdən artıq “koridor”, ya da yol açıla bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Ola bilsin ki, üç ölkə arasında hər hansısa konsensus yaradılsın. Yəqin ki, hər bir ölkə öz ərazisində sinxron olaraq vahid standartlarla nəqliyyat kommunikasiyaları tikəcək.”.

Kommunikasiyalarla bağlı layihələrin bu həftənin sonunda təqdim olunacağını düşünən politoloq PİA.az-a bildirib ki, bu layihələr əsasən marşrutları özündə ehtiva edəcək. Hansı marşrutla hansı növ nəqliyyat infrastrukturunun tikilməsi müəyyən ediləcək:

“Soçi görüşünün bəyanatı və görüşdən sonra mətbuata verilən açıqlamada elə təəssürat yaranırdı ki, üçtərəfli görüşdə bəyanatda əks olunan məsələlərdən daha artığına dair razılıqlar əldə olunub. Bunu həm Rusiya prezidenti, həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri etiraf etdi.

Böyük ehtimalla kommunikasiyaların açılması ilə bağlı hər hansısa bir siyasi sənəd olmayacaq. Bu sırf iqtisadi xarakterli işlər olduğu üçün hökümətlərarası komissiyanın yol xəritəsi kimi təqdim oluna bilər. Yəni bu həftənin sonunda layihələr təqdim olunacaq. Bu layihələr əsasən marşrutları özündə ehtiva edəcək. Hansı marşrutla hansı növ nəqliyyat infrastrukturunun tikilməsi müəyyən ediləcək. Yəni dəmir yolu, yoxsa avtomobil yolunun olması bilinəcək.

Digər tərəfdən onların maliyyə mənbələri göstəriləcək. Ola bilsin ki, üç ölkə arasında hər hansısa konsensus yaradılsın. Hər bir ölkə öz ərazisində sinxron olaraq vahid standartlarla nəqliyyat kommunikasiyaları infrastrukturu tikəcək. Həmçinin vaxtları da müəyyən edəcəklər ki, hansı kommunikasiya infrastrukturu nə vaxt tikilib qurtaracaq və istifadəyə veriləcək. Bu iqtisadi təsərüfatı kontekst olduğu üçün bunu hökumətlərarası komissiya da öz üzərinə götürə bilər.

Fərhad Məmmədov: “Dəhliz sözünə o qədər emosional fon tətbiq edilib ki, artıq bu söz mənasını itirməkdədir”.

Göründüyü kimi liderlər artıq siyasi qərarı veriblər. Bu Soçi bəyanatında da öz əksini tapıb. Digər tərəfdən görüşün sonunda ilin sonuna qədər delimitasiyası və demarkasiyası prosesinin başlaması haqqında da fikirlər səsləndirildi. Hər iki tərəfdən komissiyaların formalaşması prosesinə start verilməli və həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri bu komissiyaları təsdiq etməlidirlər. Rusiyanın isə konsultativ rolu olacaq. Çünki Rusiya hüquqi baxımdan prosesin iştirakçı deyil.

Həmçinin kommunikasiyaların açılması ilə delimitasiya ilə bağlı paralel proses də başlamalıdır. Çünki kommunikasiyalar açılan sərhəd kəsiyində - dövlətlərarası giriş-çıxışın nəzarəti həyata keçirilən hissədə - birinci növbədə sərhədin bu hissəsində delimitasiyası və demarkasiyası prosesi yekunlaşmalıdır. Bu prioritet olaraq böyük ehtimalla baş tutacaq.

Dəhliz sözünə o qədər emosional fon tətbiq edilib ki, artıq bu söz mənasını itirməkdədir. Yəni bütün dünyada belə marşrutları üzərində dəhlizi sözü istifadə edilirdi. Məsələn Şimal-Cənub dəhlizi var. Burada İran-Azərbaycan-Rusi­ya iştirak edir. Dəhliz sözünün beynəlxalq hüquqda hər hansı ümumi qəbul olunmuş tərifi yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar