Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucqar kənd məktəbində Harvard və Stanford nümunəs

Məzunlar 20 ildir təqaüd proqramı həyata keçirir...

Balakəndə baxımsız vəziyyətdə olan məktəb 20 ildir ki, təqaüd proqramı həyata keçirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilir ki, təqaüd proqramının təşkilatçısı məktəbin məzunlarıdır.

Söhbət Balakənin Yeni Şərif kəndində şəhid Rauf Hədisov adına olan məktəbdən gedir.

Belə ki, məzunlar hər il məktəbə ianələr göndərir, yerli bələdiyyə də ianələri toplayaraq kənd məktəbində təqaüd proqramı həyata keçirir, qalib şagirdlərə həmin ianələrdən yığılan mükafatları verir. Qaliblərə ən əsas hədiyyə isə şəhid Rauf Hədisovun adına döş nişanıdır. Şagirdlər bunu qazanmaq üçün bilik mübarizəsi aparır.

Məzunlar bundan başqa məktəbə hər il kitablar göndərir, məktəbi müəyyən invertarlarla təchiz edir.

Ortada çox gözəl bir tendensiya yaranır. Müəllimlər suallar hazırlayır, müsabiqə keçirilir, qaliblər müəyyən olunur, bələdiyyə onları gəzintiyə aparır, məktəbin məzunları isə onlara pul mükafatları verir.

Qeyd edək ki, əsrlər öncə Harvard Universiteti də belə yaranmışdı. Con Harvard adlı ingilis xeyriyyəçisi öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış çox kiçik bir təhsil müəssisəsinə vermişdi. İndi həmin kiçik yer dünyanın ən qədim və ən yaxşı universitetidir (Harvard Universiteti), onun kitabxanası isə qitənin ən kütləvi kitabxanasına çevrilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar