Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin 4,50-4,75 %-ə çatdıracağı gözlənilir...

İqtisadçı-ekspert: “Əslində, Federal Ehtiyat Sisteminin bu addımı artıq bazarlar tərəfindən həzm olunub. Çünki əvvəlcədən də elan olunmuşdu”.

“Federal Ehtiyat Sistemi dünyanın ən böyük iqtisadiyyatı olduğu üçün təbii ki, onun qərarları dünyaya da təsir edir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Federal Ehtiyat Sisteminin uçot dərəcəsinə yenidən baxmasını PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası start götürür. İclasın sonuncu günündə uçot dərəcəsinə yenidən baxılacaq. Gözlənilir ki, uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılacaq.

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edə bilər? Bu, ABŞ və dünya iqtisdiyyatında ayrı-ayrılıqda hansı proseslərə səbəb olacaq?

Federal Ehtiyat Sisteminin gözlənilən yeni qərarının nəticələrini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Faktiki olaraq burada pislə, çox pis arasında seçim etmək məcburiyyəti yaranır”.

Uçot dərəcəsinin artmasının kreditləri bahalaşdırdığını xatırladan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, dünyada da buna paralel proseslər gedir:

“Əslində, Federal Ehtiyat Sisteminin bu addımı artıq bazarlar tərəfindən həzm olunub. Çünki əvvəlcədən də elan olunmuşdu. Federal Ehtiyat Sisteminin əsas məqsədi faizlərlə mübarizədir. FED istəyir faizlərləri artırmaqla iqtisadiyyatı obrazlı şəkildə, desək, soyutsun. Onlar kreditləri bahalaşmdırmaq, tələbləri aşağı çəkmək və nəticə etibarilə də infilyasiyanı cilovlamaq istəyirlər.

Federal Ehtiyat Sistemi dünyanın ən böyük iqtisadiyyatı olduğu üçün təbii ki, onun qərarları dünyaya da təsir edir. Uçot dərəcəsinin artması kreditləri bahalaşdırır. Dünyada da buna paralel proseslər gedir.

Faktiki olaraq burada pislə, çox pis arasında seçim etmək məcburiyyəti yaranır. Çox pis odur ki, infilyasiya yüksəkdir, qiymətlər sürətlə artır və buna qarşı mübarizə aparılır. Pis də odur ki, buna qarşı mübarizə aparılarkən iqtisadi aktivlik zəifləyir. Yəni iqtisadiyyatın aktivliyi aşağı düşür.

Bu nöqteyi-nəzərdən Federal Ehtiyat Sisteminin atdığı addımlar dünya iqtisadiyyatında resessiya risklərini, yəni iqtisadiyyatın daralması risklərini artırır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar