Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçbucaqlı vasitəçilik: Sülh prosesi hansı istiqamətə gedir? - Müsahibə

Üçbucaqlı vasitəçilik və mübarizə fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin taleyi necə olacaq?...

Siyasi-şərhçi: “İndiki vəziyyətdə, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-ın simasında Qərbin fəallaşması proseslərin dinamikasına çox ciddi şəkildə təsir edir”.

“Proseslərin dinamikası Azərbaycanın xeyrinədir. Çünki Azərbaycan həm diplomatik sahədə, həm də hərbi-siyasi sahədə kifayət qədər geniş resurslara malikdir”.

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətindəki gərgin döyüşlərdən bir neçə gün sonra növbəti dəfə tərəflər arasında müzakirələr bərpa olundu. Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirildi və müzakirələr barədə qısa informasiyalar verildi.

Verilən açıqlmalardan belə nəticəyə gəlmək olar ki, ABŞ-da keçirilən ilk üçtərəfli görüşdə konkret bir nəticə, razılaşma olmayıb. Amma ortaya çıxan bir həqiqət var ki, ABŞ sülh prosesin onun vasitəçiliyi ilə aparılmasında son dərəcə maraqlı və israrlıdır.

Məlumdur ki, Azərbaycan-Ermənistan münasibətlərinin normaallaşması ilə bağlı Minsk Qrupupnun həmsədr ölkələri ayrı-ayrılıqda həmlələr etməkdədirlər. Moskva, Brüssel və Vaşinqton hazırda bu münaqişənin həlli ilə bağlı hiss olunacaq rəqabət içindədirlər.

Moskva, Brüssel və Vaşinqtonun Cənubi Qafqaz uğrunda apardığı mübarizəni PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “ABŞ-ın mövqeyi isə nə qədər paradoksal görünsə də, Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Sadəcə olaraq ABŞ, dəhlizin Rusiyanın eksklüzivliziv ixtiyarında olmasının tərəfdarı deyil”.

PİA.az siyasi-şərhçi, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Fərhad bəy, Azərbaycan-Ermənistan münasibətlərinin normaallaşması ilə bağlı Minsk Qrupupnun həmsədr ölkələri ayrı-ayrılıqda həmlələr etməkdədirlər. Moskva, Brüssel və Vaşinqton hazırda bu münaqişənin həlli ilə bağlı hiss olunacaq rəqabət içindədirlər. Sizcə bu rəqabət Cənubi Qqafqaza necə təsir edəcək və üçbucaqlı vasitəçi fonunda Azərbaycanla Ermənistan arasında sülh müqavilısinin imzalanması ehtimalı varmı?

- İndiki vəziyyətdə, Azərbaycan-Ermənistan münasibətlərinin normaallaşması ilə bağl ABŞ simasından Qərbin fəallaşması proseslərin dinamikasına çox ciddi şəkildə təsir edir. Azərbaycanın atdığı addımlar da onu nümayiş etdirir ki, ABŞ-ın mövqeyi müəyyən olunmayana qədər Azərbaycan Vaşinqtonun fəallığından təhdid görəcək. Çünki ABŞ öz mövqeyini açıq şəkildə bildirib. Belə olan şəraitdə Baydenin məktubunu əsas götürsək, orada Azərbaycanı narahat edən ifadələrə yer verilib.

Ümumi olaraq bildirmək olar ki, həm sülh sazişi, həm dəhliz məsələləri ilə bağlı iki fikir var. Rusiya həm Qarabağda, həm də dəhlizdə öz eksklüzivliyini qorumaq istəyir. Avropa Birliyi isə Azərbaycan-Ermənistan normallaşma prosesini sırf olaraq dövlətlərarası məsələlərlə məhdudlaşdırır. Yəni Avropa Birliyi Qarabağa yer vermir. ABŞ-ın mövqeyi isə nə qədər paradoksal görünsə də, Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Sadəcə olaraq ABŞ, dəhlizin Rusiyanın eksklüzivliziv ixtiyarında olmasının tərəfdarı deyil.

Fərhad Məmmədov: “Avropa Birliyi öz növbəsində kifayət qədər narahatdır”.

- Hikmət Hacıyevin son ABŞ səfərini necə dəyərləndirərdiz və hesab edirsinimi ki, Qriqoryanla ABŞ-da keçirilən görüş səmərəli oldu, sülh prosesinə müsbət impuls verdi?

- Azərbaycan gözləmə mövqeyindədir. Yəni Azərbaycan ABŞ-ın mövqeyinin tam olaraq müəyyən olunmasını gözləyir. Eyni zamanda Azərbaycan Avropa Birliyinin ABŞ-ın fəallığına münasibətini öyrənmək istəyir. Avropa Birliyi də öz növbəsində kifayət qədər narahatdır. Çünki onun vasitəçiliyi ilə yaranan bu müsbət dinamika növbəti eskalasiyalarla əvəz olundu. Bu da ümumi prosesə zərbə vurur. Bu baxımdan Hikmət Hacıyevin ABŞ görüşü və digər görüşlərin nəticələri ermənilərin verəcəkləri reaksiyaya görə dəyərləndirmək olar. Hər şey ondan asılıdır ki, ermənilər yeni təxribatlara əl atacaqlar, ya yox.

- Fərhad bəy, erməni mətbuatının açıqladığına görə hazırda masada iki sülh sazişi var. Bunlardan birincisi Brüsselin təklif etdiyi variantdır ki, bu variantda Dağlıq Qarabağın status məsələsi yoxdur. Eyni zamanda Brüsselin varinatında nəqliyyat və kommunikasiya dəhlizlərinin açılmasında dəhliz məntiqi də yoxdur. Brüsselə görə tərəflər öz ərazilərində suveren hüquqlara malikdir. Masada olan ikinci sülh sazişi Rusiyaya aiddir və rusların variantında Dağlıq Qarabağın statusu hələlik dondurukur və bir müddət sonra müzakirə olunur. Bunun əvəzində isə Zəngəzur dəhlizi Rusiyanın tam nəzarəti altında dəhliz məntiqi ilə fəaliyyət göstərir. Bu sülh sazişi variantlarından hansı dana çox Azərbaycanın maraqlarını təmin edir və hər iki versiyada Azərbaycanı təmin etməyən məsələlər nədir?

- Proseslərin dinamikası Azərbaycanın xeyrinədir. Çünki Azərbaycan həm diplomatik sahədə, həm də hərbi-siyasi sahədə kifayət qədər geniş resurslara malikdir. Buna görə də Azərbaycan marağında olan məsələlərin həlli üçün surətli addımlar ata bilər. Azərbaycanın maraqlarına zidd olan məsələləri isə rəsmi Bakı neytrallaşdıra və həyata keçirilməsinə maneə törədə bilər. Bunun üçün Azərbaycanın imkanaları var.

Fərhad Məmmədov: “AzərbaycanAvropa Birliyinin mövqeyi yaxın olduğu üçün resursları birləşdirib prosesi irəli aparmaq mümkün olacaq”.

- Erməni mətbuatının yazdığıına görə, Paşinyan Praqaya sülh sazişinin mətni ilə gedir. Hesab edirsinizmi ki, Ermənistanın təqdim edəcəyi sülh sazişi Azərbaycan tərəfindən müzakirə edilə bilər?

- Mənim yaxın gələcək üçün proqnozum belədir ki, AzərbaycanAvropa Birliyinin mövqeləri yaxın olduğu üçün resursları birləşdirib prosesi irəli aparmaq mümkün olacaq. ABŞ və Fransa isə daha çox destruktiv rola malikdir. Bunu hətta Levon Terpetrosyan da öz çıxışında bildirmişdi.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Ən çox oxunanalar