Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda torpaq şoranlaşmasının günahkarı kimdir?

Ucar rayonu H.Əliyev prospekti ev 136 ünvanında yaşayan Şirinov Raqif Ayaz oğlu ölkə rəhbərliyinə ünvanladığı məktubun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərib. Həmin məktubda Ucarda torpaqların sürətlə şoranlaşmasından və bunun qarşısını almalı olan Ucar Rayon Meliorasiya İdarəsinin rəhbərliyinin fəaliyyətindən söz açılır.

Ucar sakininin şikayətini kiçik ixtisarla təqdim edirik: “Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoranlıq ağuşuna alıb, kənd təsərrüfatı məhv olmaq üzrədir. Nəticədə, Ucar ərazisində torpaqlar əkinə yararsız hala düşür, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyir. Ucar rayon Meliorasiya İdarəsinin bütün texnikaları Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib. Hansı ki, həmin texnikalar rayon ərazisində olan kanalların təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir. 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca yığımı aparılan zaman həmin anları videolentə almışam. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Mən bunun səbəbini Həsən Qasımovdan soruşanda mənə dedi ki, "rədd ol, sən kimsən, idarə mənə məxsusdur".

Mənim bildiyim odur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan idarələrin heç biri özəlləşdirilməyib. Həsən Qasımov uzun illərdir bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur.

Həsən Qasımov böyük fermer təsərrüfatı yaradıb, iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca idarənin texnikalarıyla yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanan şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib.


Onu da qeyd edim ki, Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edərək, orada yonca əkib. Hansı ki, həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür. Mən bu korrupsiya cinayətləri barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.

Mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovdan xahiş edirəm ki, şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Həsən Qasımovun barəsində tədbirlər görülməsinə tapşırıq versinlər.”

“AzPolitika.info” qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar