Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Füzuli və Ağdamda olublar

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyəti işğaldan azad olunmuş FüzuliAğdam rayonlarında səfərdə olublar.

Bu barədə PİA.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı qonaqları Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, şöbənin baş məsləhətçisi İslam Hüseynov və M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov müşayiət ediblər və nümayəndələrə Qarabağda dağıdılmış 900-dən çox kitabxana və məhv olmuş 4,6 milyondan çox kitab haqqında ətraflı məlumat verilib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, direktor müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir erməni vəhşiliyinin törətdiyi cinayətlərdən təəssüf hissi keçirdiklərini dilə gətirib və kitabxanaların, həmçinin kitab fondunun dağıdılmasını erməni barbarlığının təzahürü adlandırıb.

Türkiyəli nümayəndələrlə nazirlik əməkdaşları arasında Qarabağda qurulacaq yeni mütərəqqi kitabxanalar və onların müasir işlək mexanizmləri, yeni kitab mətbəələrinin qurulması istiqamətində müzakirələr aparılıb və gələcək perspektivlər müəyyən olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Ən çox oxunanalar