Cümə, 06 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyənin kursu Qərbə tərəfdir – Lakin Ankara kiməsə itaət etmək fikrində deyil

“Haber-7” portalı 
Türkiyə 
 
Bu gün ABŞ-ın qarşısında “soyuq müharibə”nin bütün köhnə sxemini pozan Türkiyə dayanıb. ABŞ administrasiyası inkar etsə də, bu, həqiqətən belədir. Amerika hakimiyyəti üçün Türkiyə məsələsi əslində ən ciddi sınaqdır.

ABŞ Avropa Birliyi ilə blok halında möhkəm əlaqələr qurmağı planlaşdırır və ona görə də Türkiyəni öz orbitində saxlaya bilməyəcəyindən narahatdır. Əgər Bayden administrasiyası Rusiya məsələsində Türkiyəyə təsir etmək gücündə deyilsə, o zaman Almaniyaya təsir göstərə bilərmi? ABŞ-ın bunu etməyə şansı yoxdur. Almaniya Avropa Birliyində ABŞ-ın Rusiyaya dair siyasətinin önəmli bir hissəsindən kənarda qalan güclü bir dövlətdir.

Bəs Fransa? Bayden administrasiyası Avropa Birliyi ilə birlikdə NATO-nu möhkəmləndirmək dərdindəykən, NATO “beyin ölümü keçirib” deyən Fransa prezidenti NATO-ya alternativ kimi Avropa ordusunun yaradılması ideyasının təşəbbüskarıdır. Əgər Bayden administrasiyası Rusiya məsələsində Türkiyəyə təsir göstərə bilmirsə, o zaman Liviyada Rusiya ilə yaxın münasibətdə olan Fransaya necə təsir edəcək?

Bayden hökuməti “soyuq müharibə” siyasətinin artıq işləmədiyinə və bundan sonra da işləməyəcəyinə əmin olmalıdır. ABŞ Avropa Birliyi və Türkiyə ilə bağlı siyasətində yeni kurs müəyyənləşdirməlidr. Ortada mühüm və düşündürücü suallar dolaşır. Belə ki, ABŞ öz istədiyini Rusiyaya sırımaq istəyir. Bunun Türkiyəyə qarşı da edilməsi hiss olunur. Lakin Türkiyə bu oyuna gəlməz. Türkiyənin tutduğu kurs aydındır. İstiqamət Qərbədir, lakin “soyuq müharibə”də olduğu kimi birbaşa Qərbə itaət edilməyəcək. Türkiyə Almaniya və Fransa kimi müstəqil xarici siyasət yürüdəcək və bu çərçivədə də Rusiya ilə yaxınlaşma həyata keçiriləcək.

ABŞ çalışır ki, Türkiyəni bacardıqca Rusiyadan uzaq tutsun. Əslində, Türkiyənin özü də Rusiya ilə müəyyən məsafə saxlayır. Daha doğrusu, Türkiyə Rusiya ilə nə zaman yaxın və nə zaman uzaq olacağını bilir.

Ukrayna ətrafındakı ABŞ-Rusiya gərginliyi qalmaqdadır. Biz “əgər Ukrayna NATO üzvü olarsa” sözlərilə başlayan təhlükəli ssenarilərə də rast gəlirik. Çünki “əgər Ukrayna NATO üzvü olarsa” sualına Vladimir Putin “müharibə başlayar” sözlərilə çox aydın şəkildə cavab verib.

Ukraynanın NATO üzvü olması mümkündürmü? Türkiyə Ukraynanın NATO üzvlüyünə dəstəyini bildirib. Bəziləri vəziyyəti belə izah edir: Türkiyə Rusiya ilə arasındakı körpüləri yandırdı.Türkiyənin Ukrayna ilə yaxşı münasibətləri var. ABŞ-ın da Ukrayna ilə əlaqaləri çox yaxşıdır. Ukrayna Türkiyə və ABŞ arasındakı gərgin münasibətlərdən kənarda qalan və onların hər ikisi üçün mühüm olan ölkədir.

Türkiyə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməklə bu məslədə ABŞ-la həmfikir olduğunu göstərir. Ancaq bu məsələ Rusiyanı narahat etsə də, hər halda Ukrayna NATO üzvü olmayıb. Əgər Ukraynanın NATO üzvlüyü məsələsi gündəliyə gələrsə,Ukraynanın alyansa üzv olmasına veto qoyacaq ölkələrin başında Almaniya gələcək. NATO üzvlüyü məsələsində Türkiyənin Ukraynaya verdiyi dəstək vədi siyasi bir arqument kimi həm Ukrayna, həm də ABŞ -la münasibətlərində Türkiyə üçün dəyərlidir.

Türkiyə-ABŞ-Rusiya-NATO kvartetindəki eyni vəziyyətin Gürcüstan üçün də keçərli olduğunu söyləyə bilərik. Əlbəttə, ”S-400”, PKK, FETÖ terror təşkilatı və sair bu kimi böhranlar asanlıqla həll edilə bilməz. Amma madam ki, ABŞ və Türkiyə arasındakı əlaqələr hansı şəkildəsə davam etməlidir, o zaman Türkiyənin üçüncü ölkələrlə toqquşmayacağı və çətin vəziyyətə düşməyəcəyi düsturunu görməyimiz lazımdır. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AZTV-nin sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - Fotolar

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Deputat Operativ Qərargahın qərarına etiraz etdi

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - Faktlar

Ramil Yusifov “Azərişıq” ASC-yə sədr gətilir? – İddia

“Müharibədə gözünü itirən vətəndaş: “İcra hakimiyyəti bizə 15 min manatdan cəmi 2 min verib”

“Azərbaycan hərbçilərini öldürün” - Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi

İşğaldan azad olunan Ağdamda yeni talan – Məmur köhnə artezian quyularının borularını hara daşıyır…

Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"

Yelisey sarayı: “İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu”

“Shaurma 1” restoranlarının sahibi şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir

Ən çox oxunanalar