Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin əsrarəngiz mətbəxi - Qara dəniz nəyi ilə məşhurdur?

Türkiyənin Qara dəniz bölgəsi təkcə yaşıl təbiəti və oksigenlə dolu dağlıq əraziləri ilə deyil, həm də əsrarəngiz mətbəxi, dadlı yeməkləri ilə məşhurdur.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, "Qara dəniz nəyi ilə məşhurdur?" sualına çoxlu cavablar var, amma yenə də Qara dənizin yeməkləri bu suala hər dəfə ən çox verilən cavablar sırasındadır. Qara dəniz xörəkləri regionun coğrafi quruluşunun, iqlim şəraitinin xüsusiyyətlərini daşıyır. Özünəməxsus ləzzətinin aşkar edildiyi Qara dəniz mətbəxinin yeməkləri dörd fəsildə fərqli dadları dadmaq istəyənlər üçün alternativlər təqdim edə bilər.

Sürü halında yaşayan hamsi yeyilə bilən ən kiçik balıq növlərindən biridir. Qara dəniz bölgəsində bol olan hamsi oktyabr ayından ovlanmağa başlanılır. Xüsusilə, noyabr-dekabr-yanvar ayları məhsuldardır. Hamsinin ən dadlı olduğu ay dekabr kimi tanınır. Türkiyənin hər bölgəsində istehlak edilən hamsi, xüsusilə Qara dəniz mətbəxində tez-tez istifadə olunur. Buxarda bişirilmiş hamsi, hamsi quşu, hamsi plovu, hamsi çörəyi kimi reseptlərdə öz yerini tapır. Salatların və turşuların hazırlanmasında da istifadə olunur. Hamsi əsasən limon və soğanla yeyilir, bu da onu dadlı edir.

Qara dənizlilər üçün muhlama səhər yeməyinin ayrılmaz parçasıdır. Orada balıq yemək üçün qurulan süfrədə də muhlama ilə rastlaşa bilərsiniz. Muhlama kərə yağı, qarğıdalı unu və kəsmiklə bişirilir. Yeməkdə pendirin daha çox bol olması onu unikal edir. Eyni zamanda, kərə yağı ilə doldurulmuş Qara dəniz dolmasının hər kəsin iştahanı açması da təbiidir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar