Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə zəlzələdən sonra bəzi şəhərlərdə məktəblər bağlanıb

Türkiyənin Düzce, Sakarya, Zonguldak və Bolu şəhərlərində təhsil bir günlük dayandırılıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (AFAD) saytında yer alan məlumata görə, Düzcenin Gölyaka rayonunda saat 04:08-də 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Gölyaka rayonunda zəlzələnin 6,81 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Düzcenin Gölyaka rayonunda baş verən 5,9 bal gücündə zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa, Eskişehir və İzmirə qədər geniş ərazidə hiss olunub.

Kandilli Rəsədxanası zəlzələnin maqnitudasını 6.0 olaraq yenidən qiymətləndirib.

Düzce, Sakarya, Bolu və Zonquldak şəhərlərində isə təhsilə 1 günlük fasilə verilib.

Sakarya qubernatoru Çetin Oktay Kaldırımda zəlzələ ilə əlaqədar şəhərdə təhsilin bir günlük dayandırıldığını açıqlayıb. Kaldırım sosial media hesabından verdiyi açıqlamada deyib:

“Əziz həmvətənlər, Düzcedə baş verən və şəhərimizdə də hiss edilən zəlzələ ilə əlaqədar 23 noyabr 2022-ci il tarixində vilayət üzrə bütün təhsil müəssisələrində təhsil bir günlük dayandırıldı. Bütün həmvətənlərimə keçmiş olsun”.

Bolu valisi Erkan Kılıç isə Düzcedə baş verən zəlzələdən sonra şəhərdə 20 nəfərin yaralandığını açıqlayıb. Kılıç açıqlamasında: “Yaralıların həyati təhlükəsi yoxdur. Bəzi binalarda çatların meydana gəldiyi Boluda təhsilə bir gün ara verildi”, deyə qeyd edib.

Zonguldakın Ereğli rayonunda hiss edilən 5,9 bal gücündə zəlzələ səbəbindən təhsil bir gün müddətinə dayandırılıb. Ereğli Vilayət Qubernatorluğu da xəstələrə, hamilələrə və əlillərə bir günlük istirahət verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar