Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə zəlzələdən sonra 78 afterşok qeydə alınıb - Yenilənib

Dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir...

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş 7,4 bal gücündə zəlzələdən sonra bölgədə 78 afterşok qeydə alınıb.

APA “TRT World”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. O, zəlzələnin episentrinin yerin 7 kilometr dərinliyində qeydə alındığını bildirib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb. Dağıntıların altında qalanların xilas edilməsi istiqamətində intensiv iş aparılır.

***

Türkiyə baş verən güclü təkandan sonra 62 afterşok qeydə alınıb.

PİA.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda afterşoklar davam edir.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

***

Kahramanmaraşda baş verən güclü zəlzələdən sonra 60-dan çox əlavə təkan qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasından məlum olur.

Bildirilir ki, təkanların ən böyüyü 6,6 bal gücündə olmaqla, ümumilikdə 66 afterşok baş verib.

“Kahramanmaraşın Pazarcık mahalında mərkəzləşən 7,4 bal gücündə zəlzələdən sonra bu an etibarilə bölgədə 6 baldan yuxarı üç, 5 baldan yuxarı 14 və 4 baldan yuxarı 34 təkan qeydə alınıb.

Qeyd edək ki, Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb, 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar