Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə “qaz qoşağı”nın perespektivləri – Avropa aldadılacağından şübhələnir...

Avropa Türkiyəni onu aldadaraq “made in Moscow'” brendli qaz satacağından ehtiyat edir…

Reuters-in analitiklərin rəyinə görə, prezident Vladimir Putinin Türkiyəni nəzəri olaraq Rusiya qazı üçün qaz paylaşım mərkəzinə çevirmək planı Moskvaya başqa mənbələr vasitəsi ilə yanacaq ixracını gizlətməyə imkan verə bilər. Lakin bütün məsələ avropalıları bütün məsələ Avropalıların həmin qazı alıb-almayacağı ilə bağlıdır.

Qeyd edək ki, Rusiya fevralın 24-ə Ukraynaya “xüsusi hərbi əməliyyat” adı altnda onminlərlə hətbçi göndərənə qədər Avropa İttifaqının qaz bazarının 40%-ni təmin edib. O vaxtdan bəri Qərb Rusiya nefti və qazı da daxil olmaqla genişmiqyaslı sanksiyalar tətbiq edib, Rusiyadan gələn yanacaq axınını kəsib və alternativlər axtarışına başlayıb.

Baltik dənizinin dibi ilə Avropaya gedən “Şimal axını” qaz kəməri sisteminə partlayış nəticəsində zərər dəydikdən (partlayışın səbəbi hələ ki, araşdırılır) sonra Putin oktyabrda Türkiyədə ixrac üçün cənub marşrutu üzərində tikilən qaz qovşağı qurmağı təklif etdi. Konkret vaxt demədən, Putin Türkiyədə qovşağın nisbətən tez bir zamanda yaradıla biləcəyini söylədi və Avropadakı müştərilərin müqavilələr imzalamaq istəyəcəyini proqnozlaşdırdı.

Hələlik bunu etmək üçün heç bir təlabatın olmadığını söyləyən analitiklər qovşağı inşası üçün sərmayə ilə yanaşı, vaxta da ehtiyac olacağını deyirlər.

Moskvada yerləşən Energetika və Maliyyə Fondunun əməkdaşı Aleksey Qromov “Avropa İttifaqı ölkələrinin yaxın gələcəkdə Rusiya qazından imtina etmək əzmini nəzərə alsaq, bu layihə Avropaya lazımdırmı?”, sualını verir. O, həmçinin bildirir ki, Avropa İttifaqı daxilində qaz axınının yenidən konfiqurasiyası qeyri-mümkündür, çünki əvvəllər “Şimal axını 1” vasitəsilə qaz əldə edən Avropanın şimal-qərbini qovşaqla birləşdirən mövcud əlaqələr yoxdur. Bununla belə, boru kəmərinin ötürmə gücü var.

Bu il Rusiyanın Avropaya yanacaq ixracı 43,4% azalıb və Türkiyəyə gedən “Türk axını” boru kəməri illik 31,5 milyard kubmetr gücündən xeyli aşağı işləyir.

Rystad Energy-nin baş analitiki Zongqiang Luo bu il noyabrın 21-dək təqribən 10,6 milyard kubmetr qaz ixrac etdikdən sonra boru kəmərinin tutumunun təxminən 60%-nin istifadə olunmadığını təxmin edir. Rystad Luo tələb olunan bahalı yeni infrastrukturun qurulmasının ən azı üç-dörd il çəkəcəyini ehtimal edir. O, “yeni kəmər çəkmək mümkün olsa belə, o qazı kim alacaq”, deyə, ritorik sual da verir.

Digərləri isə alıcıların tapılacağını düşünür. Rusiyanın qaz ixrac edən inhisarcı şirkəti “Qazprom”dakı mənbə sözügedən qovşağın satışları asanlaşdıracağına inanıldığını bildirib. Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə №Bu, Rusiya qazı deyil, qovşağın qazı olacaq”, deyir.

Avropadakı bir ticarət mənbəsi bildirib ki, 2021-ci ildən təbii maye qaz idxalında Yaponiyanı qabaqlayan Çin artıq “Moskva istehsalı” etiketi olmayan Rusiya təbii qazının yenidən satışını həyata keçirir.

Mənbə Cənubi və Şərqi Avropadakı mümkün alıcıların təbii maye qazın haradan gəldiyinə əhəmiyyət vermədiyini söyləyib. S&P Global Ratings-in direktoru Aleksandr Qryaznov AB-nin neftdən fərqli olaraq, Rusiya qazına embarqo qoymadığını qeyd edərək, Avropanın aracılar vasitəsilə Moskvadan qaz almağa hazır ola biləcəyini deyib. “Avropa çətin ki, Rusiya Federasiyası ilə birbaşa müqavilələr bağlamaq istəsin və Türkiyədə spot bazarda pulsuz həcmlərin alınması siyasi baxımdan məqbul olacaq”, deyən Qryaznov mərkəzin yaradılması üçün vaxt və pul tələb olunacağını da bildirib.

Moskvada yerləşən Milli Enerji Təhlükəsizliyi Fondundan Aleksey Qrivaç isə bildirib ki, qovşağın ticarət imkanları var. “Əgər mərkəz işə başlasa, hər cür mübadilə əməliyyatları üçün böyük imkanlar açılacaq”, deyə o, vurğulayıb.

Türk bağları

2016-cı ildə Ankarada Rusiya səfiri Andrey Karlovun qətli və bir il əvvəl Türkiyənin Suriyada Rusiya təyyarəsini vurması ilə nəticələnən enişli-yoxuşlu keçmişə baxmayaraq, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə yaxın münasibətlər qurub.

Türkiyə Azərbaycan təbii qazını Türkiyə sərhədinə daşıyan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) təklif olunan mərkəzə daxil edilməsinin də mümkün olacağını bildirib. Keçən ay Türkiyə və Azərbaycan boru kəmərinin gücünü indiki 16 milyard kubmetrdən “qısa müddətdə” iki dəfə artırmaq barədə razılığa gəliblər və noyabrın 23-də Rusiyanın “Qazprom” və Azərbaycanın dövlət enerji şirkəti “Socar”ın rəhbərləri Aleksey Miller və Rövşən Nəcəf bu məsələ ilə bağlı Moskvada görüşüblər.

Nə “Qazprom”, nə də SOCAR görüşün təfərrüatlarını açıqlamayıb, lakin bu ay Rusiya yeni qısamüddətli müqavilə çərçivəsində Azərbaycana 1 milyard kubmetr qaz tədarük etməyə razılaşıb.

Luo bildirib ki, saziş Avropaya daha çox qaz ixrac etmək üçün Rusiya ilə mümkün qaz mübadiləsi sazişi ilə bağlı “bazarda bəzi narahatlıqları artırıb”. Rusiya Türkiyənin qaz qovşağı təklifi ilə illik ötürmə qabiliyyətini iki dəfə artıraraq 63 milyard kubmetrə çatdırmaq üçün mövcud “Türk axını” boru kəmərinə daha iki xəttin əlavə edilməsinə dair köhnə ideyaya qayıdıb. Qazprom məlumatlarına görə, bu, Rusiyanın 2020-ci ildə Avstriya, Bolqarıstan, Macarıstan, İtaliya, Serbiya, Sloveniya və Türkiyəyə müxtəlif marşrutlar vasitəsilə satdığı ümumi həcmlərə tam uyğundur.

Rusiya Avropaya Ukrayna vasitəsilə sutkada 40 milyon kubmetrdən çox mavi yanacaq ötürür ki, bu əvvəllər bu xəttlə Avropa İttifaqına satlan qazın yarısından da azdır. Həmçinin Rusiya “Türk axını” vasitəsilə Macarıstan da daxil olmaqla, Şərqi Avropanın cənubuna qaz nəql edir.

Mövcud “Türk axını” 3,2 milyard dollara başa gəlib və Baltik dənizindən keçən “Şimal axını 2” qaz kəməri istasmara hazır olması üçün əlavə 11 milyard tələb edir ki, bu da “Qazprom” və onun Qərb tərəfdaşları arasında bölüşdürülməlidir.

Nə “Qazprom”, nə də Kreml Türkiyə mərkəzli qaz qovşağı üçün üçün xərclər smetasını təqdim etməyib. Kremlin sözçüsü Dmitri Peskov bu həftə keçiirlən gündəlik konfransda Reuters-in Azərbaycan qazının sözügedən mərkəzdə necə istifadə oluna biləcəyi ilə bağlı sualına şərh verməkdən imtina edib.

Qazprom” və Socar da Reuters-in rəsmi şərh tələblərinə də cavab vermyib.

Mənbə: Reuters

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar