Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə meşə yanğınları: Azərbaycan yanğınsöndürənləri alovların ortasında qaldı

Türkiyədəki şiddətli meşə yanğınlarını söndürmək üçün köməyə gedən Azərbaycan yanğınsöndürənləri yanğının küləyin təsiri ilə sürətlə istiqamət dəyişdirməsi nəticəsində qəfildən alovların ortasında qalıb.

Virtualaz.org xəbər verir ki, bu dramatik kadrları Türkiyə KİV-ləri yayıb. Mobil telefonla çəkilən görüntülərə əsasən Marmaris bölgəsinə bağlı Armutalan məhəlləsində yanğınsöndürmə fəaliyyətləri həyata keçirən Azərbaycan yanğınsöndürənləri alovun qəfildən onları əhatə etməsi nəticəsində son anda xilas ola bilirlər. Yanğınsöndürənlərdən biri ləvazimatların da alovların ortasında qaldığını deyir. “Vertolyot lazımdır, alovlar sürətlə bu tərəfə yayılır”,-türkiyəli yanğınsöndürənlərdən biri deyir.

Qrup alovların arasından çıxıb təhlükəli bölgəni tərk etmək istəyərkən kiminsə yanğının ortasında qaldığını eşidir və yanğınsöndürənlər dərhal həmin adamı xilas etmək üçün özlərini yanğının ortasına atırlar. Türkiyə KİV-ləri qeyd edir ki, Azərbaycan yanğınsöndürənləri peşəkar, soyuqqanlı davranıblar və xəsarət almadan təhlükəli bölgədən uzaqlaşa biliblər.

Xatırladaq ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə köməyə yanğınsöndürənlərin 105 nəfərdən ibarət ilk qrupunu iyulun 30-da axşam göndərmişdi. Dünən isə FHN yanğınsöndürənlərin daha bir qrupunu və 50-dən çox yanğınsöndürən maşını Türkiyəyə köməyə göndərib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar