Türkiyədə azərbaycanlı qadın intihar edib...
PİA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü Zeynalova Gülnar Füzuli qızının meyiti Dənizli vilayətində aşkar edilib.
G.Zeynalovanın meyiti hüquq-mühafizə orqanları tərəfindən morqa təhvil verilsə də, hələ ki, yaxınlarından heç kim müəyyən edilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məsələdən xəbərdardırlar: "Hazırda araşdırma aparılır".
pia.az