Ərzincanda 3.8 bal gücündə zəlzələ baş verib...
PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Fövqəladə Hallar Nazirliyi (AFAD) Ərzincan şəhərində zəlzələ baş verdiyini açıqlayıb. Zəlzələnin maqnitudası 3.8 bal olub.
Güc: 3.8 bal
Məkan: Refahiye (Ərzincan)
Tarix: 30.11.2022
Vaxt: 19:30:26
Dərinlik: 8,94 km
Kandilli Rəsədxanası isə zəlzələnin 3,7 bal gücündə və 6,1 km dərinlikdə olduğunu qeydə alıb.
pia.az