Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Yunanıstan gərginliyi... - ABŞ bu gərginlikdə hansı rol oynayır?

Bir gün əvvəl istefada olan yunan generallardan biri Türkiyəni İstanbul körpülərini vurmaqla təhdid edib..

Politoloq: “Son günlər Türkiyə-Yunanıstan gərginliyinin yüksəlməsi daha çox geosiyasi amillərlə bağlıdır”.

“Hər halda ABŞ bu yolla Türkiyəyə müəyyən təzyiqlər göstərməyə çalışır və müəyyən zamandan sonra yəqin ki, Vaşinqton Ankara ilə Afina arasında gərginliyi azaldacaq addımlar atacaq”.

Bu sözləri politoloq İlqar Vəlizadə son günlər artan Türkiyə-Yunanıstan gərginliyinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə ilə Yunanıstan arasında münasibətlər getdikcə gərginləşir. Hətta gərginlik o səviyyəyə çatıb ki, bir gün əvvəl televiziyalardan birində çıxış edən istefada olan yunan generallardan biri Türkiyəni İstanbul körpülərini vurmaqla təhdid edib. General bildirib ki, bunun üçün sadəcə ABŞ onlara icazə verməlidir.

Qeyd edək ki, bir neçə ay öncə türk-yunan münasibətlərində bir istiləşmə müşahidə olunurdu. Xüsusən Aralıq dənizinin şərq hissəsində gərginlik ortadan qaxdıqdan və Türkiyə-İsrail münasibətlərində yeni dönəmin başlanması siqnallarının verilməsi türk-yunan münasibətlərində də istiləşməyə səbəb omuşdu.

Buna baxmayaraq Türkiyə-Yunanıstan sərhədində ABŞ-ın 4 yeni baza qurması Ankaranın etirazları ilə qarşılanırdı. İki ölkə arasında iplər isə Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin ABŞ-a səfəri zamanı qopdu. Belə ki, Kiryakos Mitsotakis həm Ağ Evdə Baydenlə görüşü zamanı, həm də ABŞ senatında Türkiyəyə qarşı danışaraq, “F-16”-ları Türkiyəyə satmamağa çağırış etdi və bu da Ankaranı çilədən çıxardı. Bundan ardından isə Ərdoğan Yunanıstanın Baş naziri ilə görüşdən imtina etdi: “Mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, FETO və digər terror təşkilatlarının üzvləri məhs Yunanıstan ərazisindən Avropaya gedir, orada dəstək alır.

Qarşılıqlı söz atışmalarından sonra isə iki NATO ölkəsi arasında gərginlik ən son həddə çatıb. Bəzi yunan millətçiləri isə onsuz da gərgin olan ab-havanı gərginləşdirmək üçün təxribatçı çağırışlar edirlər ki, bunların arasında yuxarıda da qeyd etdiyimiz kimi, hətta İstanbula raket zərbələri endirmək çağırışları da olur. Bu da onu göstərir ki, gərginlik artıq dipıomatik kanallardan kənara çıxaraq iki xalqın gərginliyinə çevrilir.

İndiki dönəmdə Türkiyə-Yunanıstan münasibətlərinin kəskin pisləşməsində hansı faktorlar var? İki NATO ölkəsi arasında gərginlik hansı səviyəyə qədər yüksələ bilər və ABŞ bu gərginlikdə hansı rol oynayır?

Türkiyə-Yunanıstan münasibətlərini PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Türkiyə gəmiləri Egey dənizində mütləq və mütləq yunan adalarının yanından keçməlidir. Hər dəfə də Türkiyə gəmilərinin oradan keçməsi üçün Yunanıstandan icazə alması məqsədə uyğun deyil”.

Yunanıstanın Türkiyəyə qarşı baş qaldırmasında Qərb ölkələrinə, xüsusən də ABŞ-a arxalandığını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Fransa və Avropa Birliyinin bir neçə ölkəsi də anti-Türkiyə siyasətini aparan ölkələrdir və əslində Aralıq dənizində bir anti-Türkiyə koalisiyası var. Bu ölkələrdən dəstək alan Yunanıstan çalışır Türkiyənin planlarına, istədiklərinə mane olsun:

“Ümumiyyətlə Yunanıstan ənənəvi olaraq anti-Türkiyə siyasəti aparır. Bu siyasətin tarixi 15-16-cı əsrlərə qədər gedib çıxır. Müxtəlif dövrlərdə də bu siyasət müxalifət formalar alıb. Yəni Türkiyə-Yunanıstan münasibətləri gah səngiyib, gah da mürrəkləşib. 20-ci illərin əvvələrində isə Osmanlı imperiyasının süqutundan sonra ingilislərə arxalanan yunanlar Anodolunun yarısını işğal ediblər və Atatürkün başlatdığı İstiqlal savaşı nəticəsində yunanlar ağır məğlubiyyətə düçar olublar.

İki ölkə arasındakı münasibətlər isə zamanla daha çox daxili faktordan asılı olurdu. Yəni yunanların İstanbula iddialı olmaları bu düşmənçiliyi tətikləyən əsas səbəb olaraq çıxış edirdi.Amma son günlər Türkiyə-Yunanıstan gərginliyi daha çox geosiyasi amillərlə bağlı artır. Geosiyasi amillərə gəlincə isə ilk əvvəl onu deməliyik ki, Türkiyə son illərdə Aralıq Dənizində öz mövqelərini xeyli möhkəmləndirib. Digər tərəfdən Türkiyə dəniz hüdudlarını da xeyli möhkəmləndirir. Bu da Yunanıstanı, eyni zamanda Kipr Yunan Respublikasının narahat etməyə bilməz. Çünki onlar düşünürlər ki, bu proseslər bu və ya digər şəkildə onların maraqlarına toxunur. Son nəticə etibarilə də iki ölkə arasında münasibətlər gərginləşir.

Türkiyə və Yunanıstan arasında son olaylar Egey dənizi ilə bağlıdır. Vaxtilə, Birinci Dünya Müharibəsindən sonra Egey dənizində qeyri-bərabər və ədalətsiz bir vəziyyət yarandı. Egey dənizində əksər adalar məğlub Osmanlı imperiyasından Yunanıstana keçdi. İndi də Yunanıstan bundan istifadə edərək dəniz sularında öz suveren hüquqlarını möhkəmləndirir və Türliyənin Egey dənizində hərəkətini və fəaliyyətini məhdudlaşdırır.

İlqar Vəlizadə: “Əslində isə bu gün gərgibnliyin cığırından çıxmasında ABŞ-da rol oynayır. ABŞ Yunanıstan vasitəsi ilə Ərdoğan hökümətini küncə sıxışdırmağa çalışır ki, bu da heç də inandırıcı görünmür”.

Eyni zamanda Yunanıstan Türkiyə gəmilərinin, xüsusən hərbi gəmilərinin bu ərazilərdən keçməsini məhdudlaşdırır. Əlbəttə, buna Türkiyə normal yanaşa bilməz. Çünki Türkiyə gəmiləri Egey dənizində mütləq və mütləq yunan adalarının yanından keçməlidir. Hər dəfə də Türkiyənin oradan keçməsi üçün Yunanıstandan icazə alması məqsədə uyğun deyil. Türkiyə buna görə də bu qeyri-ədalət məsələsinə dözə bilmədiklərini deyir. Buna görə də Türkiyə öz hərbi mövqelərini orada möhkəmləndirir. Beləliklə də, Türkiyə Yunanıstana mesaj verir ki, biz sizin qəbul etdiyiniz şərtlərlə burada hərəkət edə bilmərik.

Yunanıstan bu məsələdə Qərb ölkələrinə arxalanır. Yəni Fransa və Avropa Birliyinin bir neçə ölkəsi də anti-Türkiyə siyasətini aparan ölkələrdir. Bu ölkələrdən dəstək alan Yunanıstan çalışır Türkiyənin planlarına, istədiklərinə mane olsun.

Onu da qeyd edim ki,Türkiyə-Yunanıstan münasibətlərinin pisləşməsində qaz amili də var. Yəni Türkiyə öz ofşar ərazilərində qaz hasilatını aparır. Eyni zamanda ölkələr arasında sərhəd problemi də var. Bütün bu məsələlər də siyasi gərginliyin fonunun artırılmasına gətirib çıxarır.

Lakin mən düşünmürəm ki, bütün bu məsələlər iki müttəfiq ölkə arasında müharibəyə qədər inkişaf etsin. Məsələnin diplomatik yolla həlli uzansa da, mühüribə təhlükəsi yoxdur.

Əslində isə bu gün gərgibnliyin cığırından çıxmasında ABŞ-da rol oynayır. ABŞ Yunanıstan vasitəsi ilə Ərdoğan hökümətini küncə sıxışdırmağa çalışır ki, bu da heç də inandırıcı görünmür. Hər halda ABŞ bu yolla Türkiyəyə müəyyən təzyiqlər göstərməyə çalışır və müəyyən zamandan sonra yəqin ki, Vaşinqton Ankara ilə Afina arasında gərginliyi azaldacaq addımlar atacaq.”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar