Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə yəhudiləri İsveç-Ankara gərginliyinin mərkəzinə çəkməyə çalışırmı? – Təhlil

Türkiyədə hökumətyönlü və dövlət mediası İsveçin yəhudi azlığını müzakirələrin mərkəzinə çəkməyə çalışır…

PİA.az xəbər verir ki, belə bir iddia ilə İsrailin The Jerusalem Post qəzeti çıxış edib.

Stokholmda ifrat sağçı ekstremist tərəfindən “Quran”ın yandırılmasından sonra İsveç Türkiyədəki gərginliyin ön srıalarında yer alır. İndi Türkiyədə hökumətyönlü və dövlət mediası İsveçin yəhudi azlığını, yəhudi tarixini və İsraili müzakirələrin mərkəzinə çəkməyə çalışır, deyə qəzet bildirir.

“Quran”ın yandırılmasının necə baş verdiyi və yanıdranı kimin dəstəklədiyi tam aydın deyil, lakin Türkiyə İsveçin NATO-ya üzvlüyünə mane olmaq üçün bundan bəhanə kimi istifadə edir. Türkiyə çoxlu sayda terrorçunun deportasiya edilməsini istəyərək, İsveçin alyansa qoşulmasına etiraz etmişdi. İndi isə Ankara ritorikasını artırıb.

Ankara hazırda seçki mövsümünün ortasındadır və hakim partiya AKP islamı və müsəlmanları müdafiə edən platformasını gücləndirmək üçün anti-İsveç hisslərindən istifadə etmək istəyir. AKP-nin kökü “Müsəlman Qardaşlar”dadır. Tarixən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu platformadam çıxış edib, hətta 2018 və 2019-cu illərdə İsraili nasist Almaniyası ilə müqayisə edərək, İsraillə də gərginliyi artırıb.

Bu gün Türkiyə və İsrail barışıb, lakin bu, Türkiyənin İsveçlə mübarizədə yəhudi xalqının əzabından istifadə etməsinə mane olmur.

Məsələn, “Quran”ın yandırılmasından sonra Türkiyə ilk olaraq islamofobiyanı pislədi və müqəddəs kitabların təhqir edilməməsi lazım olduğunu bildirdi. Sonra hekayəni dəyişdi. Məlum olub ki, İsveçdə başqa yerli bir fəal “Quran”ı yandıran sağçıdan qisas almaq üçün “Tövrat”ı yandırıb.

Müsəlmanları təhqir edən Avropadan qisas almaq üçün yəhudilərə hücum etmək klassik İslam taktikasıdır. Məsələn, Avropa mediasında Məhəmməd peyğəmbərin karikaturaları çıxanda İranda Holokostu inkar edən müsabiqələr keçirilirdi.

İslamçı hökumətlər islamafobiya qarşısında dözümlü olmaq əvəzinə yəhudiləri hədəfə alırlar. İslamçı hökumətlər islamafobiya qarşısında tolerantlıq göstərmək əvəzinə yəhudilərə hücum edirlər.

Türkiyənin dövlət mediası TRT də bu fırıldağın bir parçasıdır.

“İsrail səfirliyi qarşısında keçirilən etiraz aksiyasının qarşısı alınıb və bununla da İsveçin ikiüzlülüyü ifşa olunub”, deyə TRT-nin məlumatında məlumatda deyilir.

“İsrailin Stokholmdakı səfirliyi qarşısında “Tövrat” kitabını yandırmaq niyyətində olan etiraz aksiyası yüksək vəzifəli İsrail və İsveç rəsmilərinin iştirakı ilə dayandırılıb”, deyə xəbərdə deyilir.

TRT xəbər verir ki, İsveç rəsmiləri, İsrail Xarici İşlər Nazirliyi və səfirliyi İsveçin paytaxtı Stokholmda “Tövrat”ı yandırmaq istəyən etirazçıları dayandırmaq üçün ciddi fəaliyyət göstərib:

“Bir qrup ekstremist İsrailin Stokholmdakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün polisdən icazə istəyib, burada “Tövrat” kitabını yandırmaq niyyətində olublar. Bunun əksinə olaraq və İsveçin açıq-aşkar ikiüzlülüyünü əks etdirən bir hərəkətlə ifrat sağçı irqçi lider Rasmus Paludana yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında “Quran”ın bir nüsxəsini yandırmağa icazə verilmişdi”.

Niyə “Tövrat”ı yandırmaq istəyirlər?

Ekstremistlər nə üçün İsrail səfirliyinin qarşısında “Tövrat” vərəqlərini yandırmaq istəyirlər?

İsrailin müqəddəs kitabının, eləcə də İsrail səfirliyinin Türkiyə ilə İsveç arasında mübahisəyə necə girdiyinə diqqət yetirin.

İsveçdə yəhudilər kiçik bir azlıqdır, İsrail isə kiçik bir ölkədir, lakin Türkiyə mediası bu hadisəni alovlandırır. Türkiyə “müqəddəs kitabımız “Quran”a qarşı edilən alçaq hücumu ən sərt şəkildə qınadığını” bildirir. Amma “Tövrat”ın yandırılmasına gəlincə, Türkiyə mediası bunun “ikiüzlülük” olduğunu deyir, “Quran”ı yandırmağın yanlış olduğunu iddia edir, lakin bu hərəkəti yəhudi kitablarını yandırılması ilə balanslaşdırmaq təbiidir.

Onu da qeyd edək ki, Ankaranın media maşını heç vaxt xristian “İncil”inin yandırılmasını təklif etmir ki, çünki bu da Türkiyənin Moskvadakı müttəfiqlərini təhqir edəcək. Yalnız yəhudilər İsveçə qarşı “istifadə olunmaq” üçün seçilir.

Türkiyədə dövlətə bağlı “Anadolu” Agentliyi cümə günü “Holokostu Anma Günü” ərəfəsində böyük bir məqalə yayımladı və bu yazıda “İsveçin məhdudlaşdırıcı immiqrasiya siyasəti “Holokost” zamanı yəhudilərin əzablarını artırdığını” iddia etdi.

“Müharibənin gedişindən asılı olaraq, isveçlilər bəzən daha çox almanpərəst davranmağa meyl edirdilər”, deyə məqalədə deyilirdi.

Bu, birdən-birə çıxan adi xəbər məqaləsi deyil, daha doğrusu, Ankaranın İsveçə qarşı kampaniyasının bir hissəsidir. O, həm də xəbər məqaləsi kimi deyil, Avropa ikiüzlülüyünü təsvir edən məqalə kimi yazılıb.

Bu, TRT-də yayımlanan “Tövrat” vərəqlərinin yandırılması cəhdi ilə bağlı materiala bənzəyir.
“Yəhudilərin bütün Avropada öz vətənlərindən didərgin salınmasının əsas memarı və bəşəriyyətə qarşı bu ən böyük cinayətin günahkarları olan nasistlərin hazırda Avropa İttifaqını formalaşdıran və indi insan haqları çempionlarına çevrilmiş bəzi ölkələr arasında şüurlu və ya tərəddüdlü tərəfdaşları var idi... İsveç müharibə zamanı “neytral” adlandırılan statusuna güvənərək “Holokost”da qaranlıq rol oynaylb”, deyə məqalədə deyilir.
“Holokost” dövründə nasistlərdən neytral ölkələrə qaçan yəhudilər üçün kifayət qədər iş görülüb-görülmədiyi barədə məqalələrin yeri var. Lakin Ankaranın dövlət mediası və hökumətyönlülərin birdən-birə bu məsələnin üzərinə getmək qərarı düşünülmüş görünür.

Ankara və ona müttəfiq olan rejimlərin “Holokost”dan istifadə etməsi adi haldır. Qeyd olunduğu kimi, İran islam əleyhinə sayılan Avropa nəşrlərindən qisas almaq üçün “Holokost”u inkar edən karikatura müsabiqələri keçirmişd. 2021-ci ildə Pakistanın ifrat sağçı lideri İmran Xan da “peyğəmbərimizin təhqirini” müzakirə edərkən “Holokost”u gündəmə gətirmişdi.

Ümumiyyətlə, bu yanaşma “Holokost”un inkarına təkan vermək üçün səhnələşdirilir. Türkiyə rəhbərliyi “Holokost”un inkarı üçün çalışmır, lakin lazım gəldikdə ondan istifadə etməyə çalışır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar