Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Ermənistan danışıqları başladı... - Uğurlu olacaq?

Hazırkı şərtlər altında Türkiyə-Ermənistan münasibətlərinin ön şərtsiz normallaşmasını mümkün hesab etmək olar?..

Siyasi şərhçi: “Böyük ehtimalla bu günkü danışıqlar nəbz yoxlaması xarakterli olub. Yəqin ki, xüsusi nümayəndələr qarşı tərfdən aldıqları mesajları öz hökümətlərinə çatdıracaq və bundan sonra danışıqların gündəlik ətrafında keçirilməsi mümkün olacaq”.

Moskva görüşü iki tərəf arasındakı əlaqələrin başlanğıcıdır. Əgər bu əlaqələr artan inkişaf xətti ilə davam edərsə, hər iki ölkə qarşılıqlı şəkildə səfirlik, konsulluq institutlarını bərpa edə bilərlər”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev Moskvada başlanan Türkiyə-Ermənistan danışıqlarının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün - yanvarın 14-də Moskvada Ermənistanla Türkiyənin münasibətlərinin normallaşdırılması üzrə danışıqlar başlayıb. Ermənistanın Xarici İşlər Nazirliyi bu danışıqlar nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını, iki ölkə arasında sərhədlərin açılacağını gözləyir.

Qeyd ed\k ki, Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb. Danışıqlar 1,5 saat çəkib. Danışıqlar haqqında başqa məlumat verilmir.

Xatıqladaq ki, ötən il hər iki ölkə münasibətləri normallaşdırmaq üzrə xüsusi elçilər təyin ediblər. Tərəflər uzun illik ədavətdən sonra əlaqələri bərpa etməyə çalışırlar.

Məlumdur ki, iki ölkə arasında bir sıra məsələr var ki, o məsələlərin həll olmada münasibətlərin normallaşması mümkün deyil. Hazırkı şərtlər altında Türkiyə-Ermənistan münasibətlərinin ön şərtsiz normallaşmasını mümkün hesab etmək olar və bu danışıqlar uğurlu ola bilərmi?

Türkiyə-Ermənistan danışıqlarını PİA.az-ın əməkdaşı siyasi şərhçi Elman Vəliyev ilə müzakirə edib.

Elman Vəliyev: “Əlbəttə ki, Türkiyənin münasibətlərə başlamazdan əvvəl irəli sürdüyü başlıca şərt, yəni Azərbaycanla uzlaşmaq şərti, Ermənistan üçün stabil gələcəyi təmin edir”.

Ermənistan ərazisindən Türkiyə ilə Azərbaycanın əlaqə saxlaması üçün şərait yaradacağını düşünən siyasi şərhçi PİA.az-a açıaqlamasında qeyd edib ki, Ermənistanın Türkiyə ilə yaxınlaşması ona iqtisadi müstəqillik və inkişaf vəd edir:

“Türkiyənin Ermənistanla münasibətləri yumşaltması üçün ilk şərti Ermənistanın Azərbaycanla kompromisə getməsi idi. Tərəflər arasında diplomatik danışıqlar müsbət nəticələr əldə edildikdən sonra Türkiyə də Ermənistanla danışıqlara başladı. İki qonşu dövlət uzun bir müddətdən sonra ilk dəfə bir araya gəlir.

Hesab edirəm ki, münasibətlərin yumşalması üçün bütün şərtlər masaya qoyulmayacaq. Böyük ehtimalla bu günkü danışıqlar nəbz yoxlaması xarakterli olub. Yəqin ki, xüsusi nümayəndələr qarşı tərfdən aldıqları mesajları öz hökümətlərinə çatdıracaq və bundan sonra danışıqların gündəlik ətrafında keçirilməsi mümkün olacaq. Əsas şərtlər-əməkdaşlıq istiqamətləri, təhlükəsizlik məsələləri kimi prioritet meyarlar kimi qəbul ediləcək.

Zənn etmirəm ki, görüşdə Ermənistan tərəfi uydurma erməni soyqırımını gündəmə gətirsin. Əlbəttə ki, Türkiyənin münasibətlərə başlamazdan əvvəl irəli sürdüyü başlıca şərt, yəni Azərbaycanla uzlaşmaq şərti, Ermənistan üçün stabil gələəcək üçün əsas təminatdır. Bundan başqa Türkiyə təbii olaraq münasibətlərin normal məcrada davam etdirilməsi üçün saxta “soyqırım” iddialarının gündəmdən çıxarılmasını tələb edəcək. Bu olmazsa, tərəflərin gələcək normal münasibətlərini proqnozlaşdırmaq çətin ki, mümkün olsun. Münasibətlərin sağlam təməl əsasında qurulması üçün bu vacib faktordur.

Elman Vəliyev: “Hər şey Ermənistanın münasibətlərin normallaması üçün yanaşmasından asılı olacaq. Bu yanaşma hər iki tərəfin maraqlarına cavab verməlidir və Ermənistan tərəfi birtərfli qazanmaq cəhdlərindən əl çəkərsə, o zaman danışıqlar doğru məcrada yaxşı sonluqla bitə bilər”.

Bundan başqa “Zəngəzur dəhlizi” də iki tərəf arasında münasibətlərin sağlam məcrada qurulması üçün əsas faktor olacaq. Ona görə də hesab edirəm ki, müzakirələrdə “Zəngəzur dəhlizi” əsas yerlərdən birini alacaq. Ermənistan öz ərazisindən Türkiyə ilə Azərbaycanın əlaqə saxlaması üçün şərait yaradacaq, deyə düşünürəm. Həmçinin Ermənistanın Türkiyə ilə yaxınlaşması ona iqtisadi artım və müstəqilliiyin təminat altına alınmasını vəd edir.

Əlbəttə ki, Moskva görüşü iki tərəf arasındakı əlaqələrin başlanğıcıdır. Əgər bu əlaqələr artan inkişaf xətti ilə davam edərsə, Ermənistan tərəfi Türkiyəyə qarşı əsasız iddialarından və ittihamlarından əl çəkərsə, hər iki ölkə qarşılıqlı şəkildə səfirlik, konsulluq institutlarını bərpa edə bilərlər. Ona görə də hər şey Ermənistanın münasibətlərin normallaması üçün yanaşmasından asılı olacaq. Bu yanaşma hər iki tərəfin maraqlarına cavab verməlidir və Ermənistan tərəfi birtərfli qazanmaq cəhdlərindən əl çəkərsə, o zaman danışıqlar doğru məcrada yaxşı sonluqla bitə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar