Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Azərbaycan xüsusi təyinatlıları birgə təlimə başladı

Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi tez-tez pozduğu bir vaxtda Türkiyə bir daha Azərbaycana dəstəyini nümayiş etdirir. Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin birgə “Qafaz qartalı” hərbi təlimləri başlayır. Bazar günü yekunlaşacaq təlimə Ukrayna da müşahidəçi qismində qatılacaq.

Bu xəbəri “Türkiye” qəzeti yayıb. Xəbərə görə, təlimlərdə dost ölkələrin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və koordinasiya inkişaf etdiriləcək. Qarşılıqlı təcrübə və məlumat mübadiləsi ilə birlikdə ortaq əməliyyatların keçirilməsi də məşq ediləcək. Bura hədəflərin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyyəsi və digər vəzifələrin yerinə yetirilməsi də daxildir. Təlimlərdə Azərbaycan ordusunun xüsusi təyinatlıları, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılar iştirak edəcək.

Xatırladaq ki, ilin əvvəlindən bəri Azərbaycan və Türkiyə silahlı qüvvələri çoxsaylı birgə hərbi təlimlər həyata keçiriblər. İndiki təlimlər isə “Türkiye” qəzetinin yazdığı kimi, həm də Ermənistanın sərhəddə təxribatlara əl atdığı bir vaxtda Azərbaycana bir daha dəstək nümayiş etdirmək məqsədi daşıyır.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar