Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Suriyada quru əməliyyatlar həyata keçirməyə cəsarət etməyəcək – Rusiya analitikləri

Moskva Yaxın Şərq İnstitutunda hesab edirlər ki, belə bir əməliyyat iqtisadi və hərbi maraqlarına ziddir...

Rusiya dövlət qurumlarına, o cümlədən Xarici İşlər Nazirliyinə ekspert və məsləhət xidmətləri göstərən Moskva Yaxın Şərq İnstitutunun analitikləri Türkiyənin Suriyanın şimalında kürd silahlı birləşmələrinə qarşı genişmiqyaslı quru əməliyyatı keçirməyə cəsarət etməyəcəyini proqnozlaşdırırlar.

PİA.az xəbər verir ki, Moskva Yaxın Şərq İnstitutunun analitikləri belə hesab edirlər ki, Ankara Suriyanın şimalında bəzi reydlər həyata keçirə bilərlər, lakin iri miqyaslı hərbi əməliyyatların keçirilməsi heç də ağlabatan deyil:
“Ankara ilə Moskva arasında belə bir əməliyyatın miqyası və zəruriliyi ilə bağlı ciddi fikir ayrılıqları var. Biz Ankaranın hazırkı şəraitdə Suriyada ciddi sərhədyanı hərbi əməliyyata gedə biləcəyinə ehtimal vermirik. Mümkündür ki, Suriyanın şimalında bəzi reydlər keçirilsin, lakin ciddi və iri miqyaslı əməliyyatın olmayacağnı düşünürük”, deyə rusiyalı analitiklərin hesabatında bildirilir.

Rusiyalı ekspertlərə görə Ankara hər şeydən əvvəl belə bir əməliyyat keçirərsə, Moskva ilə çox saylı əməkdalıq imkanlarını itirəcəklər:

“Həm Rusiya, həm İran, həm də ABŞ Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı əməliyatına qarşı çıxırlar və türklərin bu istəyini rədd edirlər. Ankara üçün də hazırda ABŞ-ın sanksiyalarının qaldırılması çox vacibdir. Bu Türkiyənin jərbi sənayə kompleksi üçün xüsus məna kəsb edir. Bundan başqa F-16 təyyarələrinin alınması və müasirləşdirilməsi də Ankara üçün çox vacibdir.

Bundan başqa Türkiyənin Suriyda quru əməliyata başlaması Rusiya ilə “taxıl anlaması”nı təhlükə altına atmış olar. Eyni zamanda Türkiyədə qaz qovşağının qurulması planları da baş tutmaya bilər”, deyə Moskva Yaxın Şərq İnstitutunun analitikləri öz arqumentlərini güclədirməyə çalışıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar