Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyə Suriyada ABŞ və Rusiya ittifaqına qarşı - Ərdoğan niyə “əməliyyat” siqnalı verdi?

Suriyada Türkiyənin varlığını hədəf alan son hücumların arxasında yenidən ABŞ-Rusiya ittifaqı ola bilərmi?..

Mehmet Acet
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 oktyabr 2021-ci il

Bazar ertəsi günü Nazirlər Kabinetinin toplantısından sonra açıqlamalar verən prezident Tayyib Ərdoğan Türkiyənin Suriyadakı varlığına qarşı artan hücumlara işarə edərək “artıq səbrimiz qalmayıb” deyə bildirib: “Suriyadan ölkəmizə qarşı olan terror hücumlarının mənbəyinə çevrilmiş bəzi yerlərə qarşı artıq səbrimiz qalmayıb. Bu bölgələrdən gələn təhdidləri ya orada fəaliyyət göstərən qüvvələrlə birlikdə, ya da öz imkanlarımızla ortadan qaldırmaqda qərarlıyıq”, deyə Türkiyə prezidenti vurğulayıb.

Bu son hadisələri bir tərəfdən ABŞ-ın, digər tərəfdən Rusiyanın Suriyada Türkiyəni sıxışdırdığı bir “Deja Vu” hissinə də bənzədə bilərik.

Bayden administrasiyasının hakimiyyətə gəlişinin 10-cu ayında ABŞ-ın SuriyaPKK/YPG siyasətinin Obama dövründəki vəziyyətə qayıtdığını göstərən əlamətlər də artıb. Demək istədiyim Trampın öz dövründə dilə gətirdiyi “Bizim Suriyada nə işimiz var?” yanaşmasının səbəb olduğu motivasiya itkisinin aradan qaldırılması və PKK/YPG layihəsinə yenidən birləşdirilməsidir.

Bunun ən açıq təzahürünü də Baydenin keçən həftə konqres liderlərinə yazdığı məktubunda gördük:

“Türk hökumətinin Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatlar İŞİD-i məğlub etmək səylərini alt-üst edir və sivil insanları riskə atır”.

Görəsən, ABŞRusiya Türkiyəni sıxışdırmaq üçün birlikdə hərəkət edir?

Keçmişdə Ankarada, xüsusən də Suriya sahəsindəki “istilənmənin” artdığı dövrlərdə bu mövzularda çalışan dairələrdən RusiyaABŞ-ın Suriya üçün gizli razılaşmalar imzaladıqlarına dair bir neçə dəfə fikirlər aldım. Hətta bunun konkret nümunələri var idi.

Ən ciddi hadisə isə Əsəd rejiminin müxalifətə tab gətirmək gücünün olmadığı bir vaxtda baş verib.

Xatırlayaq ki, Rusiya, əslində, 30 sentyabr 2015-ci ildə hərbi gücü ilə Suriyaya girdi və rejimlə birlikdə böyük qırğınlar törətməklə savaşın gedişatını öz xeyrinə dəyişdi. 2019-cu ildə bu inkişafın ABŞ-ın razılığı ilə əldə edildiyini və bunun arxasında gizli bir ABŞ-Rusiya razılaşmasının olduğuna dair diqqətəlayiq bir açıqlama ortaya çıxdı.

Bu açıqlamanı xatırlatmaq üçün 2019-cu ilin may ayında qəzetlərdə çıxan kiçik bir məqalədən sitat gətirək:

“Obama dövründə Müdafiə Nazirliyi müşavirinin müavini olan Endru Eksum 2015-ci ildə Bəşər Əsəd rejiminin qəfil devrilməsindən narahat olan ABŞ-ın Rusiya ilə danışıqlar apardığını açıqlayıb.

Eksum qeyd edib ki, o vaxt Obama Əsəd rejiminin qəfil düşməsinin həm Suriyada tam qeyri-müəyyənliyə səbəb olacağından, həm də İsrailin təhlükəsizliyini təhdid edəcəyindən narahat idi”.

Sözlərinin davamında o, ABŞ rəsmilərinin Əsədin qəfil devrilməsindən qorxduqları üçün ruslarla gizli əlaqə qurduqlarını və “dağıdıcı uğur” adlanan planın həyata keçirildiyini izah edib.

ABŞ-ın razılığı və 6 il əvvəl Rusiyanın faktiki müdaxiləsi ilə ortaya çıxan “dağıdıcı uğur planının” nəticəsinin Suriyanın hazırkı vəziyyətinə səbəb olduğunu deməyə ehtiyac varmı?

ABŞRusiya arasında Suriya mövzusunda de-fakto razılaşma artıq mövcuddur. Amerikalılar “ora bizim hərəkət sahəmiz deyil”, deyərək Fəratın qərbinə, ruslar isə “ABŞ-ın əməliyyat sahəsidir”, deyərək Fəratın şərqinə müdaxilə etmirlər.

ABŞRusiya baş qərargah rəisləri 20 gün əvvəl Helsinkidə nə danışdılar?

Bəs Suriyada Türkiyənin varlığını hədəf alan son hücumların arxasında yenidən ABŞ-Rusiya ittifaqı ola bilərmi?

Gəlin belə düşünək. PKK/YPG Türkiyənin Fərat çayının şərqindəki varlığına hücum edərsə, bu, ABŞ-ın əvvəldən qorumağa çalışdığı tezisi poza bilər: “YPG-nin burada olması Türkiyə üçün bir təhlükə deyil”.

Əksinə, amerikalılar ruslarla gizli əməkdaşlıq etmək və Fəratın qərbində YPG-nin varlığını səfərbər etmək istəyirdilər. Əgər belə bir gizli razılaşma varsa, görünən ip uclarının nələr ola biləcəyini araşdırdıqda ABŞRusiya baş qərargah rəislərinin 20 gün əvvəl Finlandiyada görüşdükləri və 6 saatlıq bir görüş keçirdikləri xəbərini tapdım.

Bu iki sima görüşün məzmununu açıqlamamaq qərarına gəlib. Xəbərə görə, görüşün əsas mövzusu Əfqanıstan məsələsi olub.

Amma, bəlkə də, Suriya haqqında danışıblar və gizli bir plan hazırlayıblar.

Bəs, görəsən, bu oyun pozularmı?

Daha əvvəl pozuldu, yenə pozulacaq. Ancaq əvvəlcə oyunun nə olduğunu anlamaq lazımdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik...

Ronaldunun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxıb - Video

Ən çox oxunanalar