Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır

Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır. “Haber7” portalının bildirdiyinə görə, 35 minlik qüvvə ilə keçiriləcək yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞRusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.

Xatırladaq ki, iki gün əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətə İraqda və Suriyada hərbi əməliyyatlar həyata keçirməyə icazə verən, 2 il qüvvədə olacaq qətnaməni təsdiqləyib. Neçə vaxtdır Suriyanın şimalında vəziyyət gərginləşməkdədir və Türkiyə hərbçilərinə qarşı artan hücumlara cavab olaraq Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurub. Bu hücumlara görə birbaşa RusiyaABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kalonunun Türkiyədən Suriyanın şimalına keçməsi də təsdiq edir. Kalonda ən azı 100 vahid zirehli texnika, o cümlədən tanklar, artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri olduğu bildirilir. Hərbi texnika kalonu sərhədi keçəndən sonra İdlib bölgəsinin cənubuna, Cebel Əz-Zaviyə rayonuna istiqamət alıb.

“Bloomberg” agentliyi isə hökumət dairələrindəki mənbələrə istinadən oktyabrın 27-də Türkiyənin Suriyanın şimalına “yüzlərlə” hərbçi göndərdiyini də xəbər verib. “Türkiyə Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı çoxdan dayandırılmış hücumun bərpasına hazırlıq çərçivəsində ötən gecə ərzində Suriyaya yüzlərlə hərbçi yerləşdirib”,-məlumatda deyilir.

Bundan əvvəl də Türkiyənin Suriyanın şimalına əlavə ordu qüvvələri cəmləşdirdiyinə dair xəbərlər və videokadrlar yayılmışdı.

Türkiyə qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyən Rusiya da boş dayanmır və bu ölkəyə özünün ən yeni qırıcılarını göndərib. “Voennıy obozrevatel” Telegram-kanalı bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S çoxməqsədli qırıcıları ilk dəfə Suriyada görünüb. Ölkənin şimalındakı Qamışlı şəhərindəki aerodromda azı 4 belə qırıcı qeydə alınıb. Bu qırıcıların Suriyaya göndərilməsi Türkiyənin mümkün hərbi əməliyyatları ilə bağlıdır.

Su-35S hava döyüşü üçün ən yaxşı təyyarələrdən hesab edilir və eyni vaxtda 30 hədəfi 400 kilometrə yaxın məsafədən izləyə bilir. Modernizə edilmiş və yüksək manevr qabiliyyətinə malik qırıcılar “hava-hava” və “hava-yer” raketləri ilə təchiz olunub. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar