Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə niyə NATO-da Rusiyanın qoruyucusu kimi çıxış edir?

Ankara bu siyasətindən bu gün, ya da gələcəkdə zərər görə bilərmi?..

Politoloq: “NATO-nun daxilində artıq əvvəlki kimi vahid birlik mövcud deyil. Ayrıca Türkiyənin bu cür davranışı, əslində Türkiyənin müdafiəyə ehtiyacı olduğu hallarda NATO üzrə “müttəfiqləri”nin Türkiyəni tək buraxmasının nəticəsidir”.

NATO-nun Türkiyəyə sözün əsl mənasında ehtiyacı var. Bu gün Türkiyənin NATO-dan çıxması NATO-da ciddi şəkildə boşluq və parçalanma yarada bilər”.

Bu sözləri politoloq Natiq Miri Türkiyənin NATO-da Rusiyanın qoruyucusu kimi çıxış etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Al-Monitor qəzeti yazır ki, Türkiyə NATO-nun Rusiyaya qarşı sanksiyaların və bəyanatlarının yumşaldılması üçün dəfələrlə özünün veto hüququndan istifadə edib. Ən son olaraq isə Ankara Belarusa qarşı NATO bəyanatının ciddi şəkildə yumşaldılması üçün veto hüqundan istifadə etmişdi. Şərqi Avropa ölkələrindən fərqli olaraq Türkiyənin NATO-da Rusiyanın qoruyucusu kimi çıxış etməsi hansı mətləblərdən xəbər verir və Ankara bu siyasətindən bu gün, ya da gələcəkdə zərər görə bilərmi? Digər tərəfdən, hesab edirsinizmi ki, Türkiyənin bu siyasəti Qarabağ münaqişəsinin həllinə də sirayət edir?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Türkiyə regionda və qlobal səviyyədə bir çox məsələlərə, eyni zamanda təhlükəsizlik məsələlərinə yönəlik qərarlar verəndə daha çox özünün geosiyasi və təhlükəsizlik maraqlarına üstünlük verir”.

Türkiyənin təhlükələrlə təkbətək buraxılmasının NATO-nun nizamnaməsinə tamamilə zidd davranış olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, o gündən bu günə Türkiyə daha müstəqil siyasət yürütməyə çalışır və özünün təhlükəsizliyini təkcə NATO sisteminə bağlamır. Türkiyə özünün müdafiə qüdrətini artırmaqla müdafiə və təhlükəsizlik məsələlərinə daha çox müstəqil səviyyədə qərar verir:

NATO-nun daxilində artıq əvvəlki kimi vahid birlik mövcud deyil. Ayrıca Türkiyənin bu cür davranışı, əslində Türkiyənin müdafiəyə ehtiyacı olduğu hallarda NATO üzrə “müttəfiqləri”nin Türkiyəni tək buraxmasının nəticəsidir. Bildiyimiz kimi Türkiyənin sərhədləri boyunca, həm Şimali İraqda, həm də Suriyanın şimalında Türkiyəyə qarşı təhlükəsizlik təhdidləri var idi. Bu yöndə terrorçu qüvvələr qlobal güclərin yardımı ilə Türkiyənin mülki şəxslərini raket və arteriyadan atəşə tuturdular.

Belə olan halda da Türkiyənin havadan müdafiə sistemlərinə ehtiyacı var idi. Amma bunun əvəzinə NATO raketdən müdafiə sistemləriNİ Türkiyədən çıxardı. Yəni Türkiyə bu təhlükələrlə təkbətək buraxıldı. Bu da NATO-nun nizamnaməsinə tamamilə zidd davranış idi. O gündən bu günə Türkiyə daha müstəqil siyasət yürütməyə çalışır və özünün təhlükəsizliyini təkcə NATO sisteminə bağlamır. Türkiyə özünün müdafiə qüdrətini artırmaqla müdafiə və təhlükəsizlik məsələlərinə daha çox müstəqil səviyyədə qərar verir.

Məhz buna görə də Türkiyə regionda və qlobal səviyyədə bir çox məsələlərə, eyni zamanda təhlükəsizlik məsələlərinə yönəlik qərarlar verəndə daha çox özünün geosiyasi və təhlükəsizlik maraqlarına üstünlük verir. Buna görə də zaman-zaman Rusiya və Belarusla bağlı NATO-nun çıxara biləcəyi qərarlara Türkiyə müəyyən mənada əngəl törədə bilir. Bu da Türkiyənin müstəqil siyasət yürütməsinin bariz nümunəsidir.

Natiq Miri: “Qarabağ məsələsinin həllində, xüsusilə sentyabrın 27-də başlanan hərbi əməliyyat məsələsində Türkiyə heç bir dövlətə yanaşmadan, heç bir dövlətdən, blokdan icazə almadan birmənalı olaraq qardaşı Azərbaycanı müdafiə etdi”.

Problemlər həmişə mövcuddur. Ancaq NATO ilk növbədə Türkiyəni bu təhlükələr qarşısında necə tək buraxmışdırsa, belə məsələlərdə də Türkiyədən adekvat reaksiyanı görməsi təbiidir. Yəni artıq Türkiyə NATO-nun siyasətini, NATO-nun maraqlarını deyil, daha çox özünün geosiyasi və təhlükəsizlik maraqlarını önə çəkərək qərarlar verir. Buna görə də düşünmürəm ki, hansısa problemlər yarana bilər.

Digər tərəfdən isə NATO-nun Türkiyəyə sözün əsl mənasında ehtiyacı var. Bu gün Türkiyənin NATO-dan çıxması NATO-da ciddi şəkildə boşluq və parçalanma yarada bilər. Bu da NATO üçün qətiyyən arzuolunan vəziyyət deyil.

Qarabağ məsələsinin həllində, xüsusilə sentyabrın 27-də başlanan hərbi əməliyyat məsələsində Türkiyə heç bir dövlətə yanaşmadan, heç bir dövlətdən, blokdan icazə almadan birmənalı olaraq qardaşı Azərbaycanı müdafiə etdi. Düşünürəm ki, bundan sonra da belə olacaq. Bu faktın özü də bir daha göstərdi ki, artıq Türkiyə 20 il bundan əvvəlki Türkiyə deyil. Türkiyə müstəqil bir dövlətdir və müstəqil xarici siyasət yürüdür. Bu siyasət də əsasən Türkiyənin geosiyasi maraqlarına xidmət edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar