Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə mediası: İran Azərbaycana 3500 casus göndərib

Nəşrin araşdırmasına görə, İran 1996-cı ildə “Azərbaycan masası” adlı xüsusi bölmə yaradıb və ölkəmizə 3500 casus göndərib..

Dövlət Təhlükəsizlik Xidmətinin İrana bağlı şəbəkəyə qarşı həyata keçirtdiyi əməliyyat molla rejiminin ölkəmizdəki casusluq fəaliyyətini yenidən gündəmə gətirib. Məlum olub ki, İran hələ 1990-cı illərdən Azərbaycanda özünə bağlı şəbəkənin formalaşdırılması istiqamətində aktiv işlər görməyə başlayıb. Casusluq şəbəkəsinin formalaşdırılmasında əsas alət din olsa da, maliyyə və şantaj kimi vasitələrdən də istifadə olunub.

Türkiyə mediası İranın Azərbaycandakı casus şəbəkəsi barədə yeni detalları üzə çıxarıb. "Diriliş Postası" nəşrinin araşdırmasına görə, İran 1996-cı ildə “Azərbaycan masası” adlı xüsusi bölmə yaradıb və ölkəmizə 3500 casus göndərib. Qəzetin yazdığına görə, İran xüsusi xidmət orqanları ETTELAT və SEPAH üzvlərindən Azərbaycan dilini, mədəniyyətini və coğrafiyasını bilən 4 min kəşfiyyatçı seçiblər. Sonra İranın Bakıdakı səfirliyi Azərbaycanda dini meylli ailələr haqqında araşdırma apararaq, hesabat hazırlayıb. İran casusları ilə bu ailələrin qohumluğu həyata keçirilib. Ailə həyatı quraraq, Azərbaycanda yaşamağa başlayan İran casusları topladıqları gizli məlumatları Tehrana göndəriblər. İran casuslarının bəziləri siyasət, mədəniyyət, biznes sahəsindən tutmuş, mülki və hərbi sektorda da vəzifələrə yüksələ biliblər.

Qəzet yazıb ki, Azərbaycan xüsusi xidmət orqanları 1997-2011-ci illərdə İran casuslarının böyük hissəsini ifşa ediblər:

“Ələ keçirilən casuslardan əldə olunan məlumatlara görə, onlar casusluq fəaliyyətinə başlamaq məqsədilə ailə həyatı qurduqları azərbaycanlı xanımları xüsusi hazırlanan kataloqdan seçiblər. Lakin vurğulanıb ki, İranın Azərbaycana göndərdiyi 3500 casusdan 700-ü hələ də gizlənməyə nail olub. Vurğulayaq ki, İranın casus şəbəkəsi xüsusilə 2015-ci ildə Nardaran hadisələrindən sonra gizlənməyə başlayıb və zaman-zaman dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradıblar.
Türkiyə nəşri diqqətə çatdırıb ki, İran casuslarının ilk işi azərbaycanlı həyat yoldaşlarının "rəhbər" adlandırdıqları ayətullah Xameneiyə biət etmələrini təmin etmək, namazlarını və digər ibadətlərini şiə məzhəbinə uyğun yerinə yetirmək olub. Gizli üsullarla Azərbaycanda məskunlaşan casuslar öz vəzifə sahələrində kəşfiyyat məlumatları toplamağa başlayıblar. O da qeyd edilib ki, Azərbaycan qanunlarına əsasən, evləndikdən 5 il sonra əldə etdiyi vətəndaşlıq hüquqları ilə daha geniş imkanlar qazanan İran agentlərinin vəzifə təlimatları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönəldilib. Bir sıra agentlər kommersiya sahəsinə cəlb olunarkən, digərləri mülki və hərbi diplomatiya, QHT-lər, incəsənət və ilahiyyat kimi sahələrə sızıblar.
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən, bir vətəndaşımızın şəhid olmasına səbəb olan Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyən edilib. Hüseyinzadənin Urmiyada kitab satıcısı işləyən qardaşı Rəhman Hüseynzadənin azərbaycanlı qadınların tələyə salınması prosesində mühüm fiqur olduğu və SEPAH-da xüsusi vəzifələrə sahib olduğu bəlli olub. Prof. dr. Dönmez Emre bildirib ki, türklərin milli təəssübkeşliyini saxlaması həm Rusiya, həm də İran tərəfi üçün daim ən böyük təhlükə sayılıb. Onun sözlərinə görə, İran tərəfi türklərin milli ideyalarını, coğrafi bağlarını yenidən bərpa etmək üçün atdıqları addımları öz varlığının sonu kimi görüb: "Bu səbəbdən türklərə "ya dinsiz, ya şiə ol" deyiblər və buna nail olmaq üçün hər cür cəhdi edirlər. İndi öz milli kodlarımıza geri dönüş kənar qüvvələrdə təşvişə səbəb olur. Səfirliyə son hücum bunun bariz göstəricisidir".
Nəşr əlavə edib ki, Azərbaycanın təhlükəsizlik mənbələrinin məlumatına görə, yanvarın 27-də həyata keçirilən terror planı bütün səfirlik əməkdaşlarının öldürülməsi və qatilin maşınına minərək hadisə yerini tərk etməsi olub. Lakin mühafizəçilərin müqaviməti planı alt-üst edib. Terrorçunun zərərsizləşdirən azərbaycanlı mühafizəçilər qətliamın qarşısını alıblar. İran polisinin silahlı basqına rəğmən, Tehranın ən strateji nöqtəsinə 30 dəqiqə ərzində gəlib çıxa bilməməsi də qəzetin diqqət yönəltdiyi məqamlardan olub. Vurğulanıb ki, gərginlikdən sonra Azərbaycan hökuməti Tehran səfirliyini bağlayıb. Diplomatik əlaqələr Təbriz konsulluğu vasitəsilə davam etdirilib. Qeyd olunub ki, bu addım İran rejiminə qarşı narahatlığı göstərməklə yanaşı, bizim üçün əsas mərkəzin Güney Azərbaycan olması mesajının da verilməsidir.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin casus əməliyyatları çərçivəsində "Salamnyus" və "İnter.az" xəbər saytlarının rəhbərləri də daxil olmaqla bir neçə media nümayəndəsi saxlanılıb. Ümumən respublika üzrə həyata keçirilən əməliyyatlarda 60-yaxın şəxs İrana casusluq şübhəsi ilə kimi həbs olunub.

pia.az


Etiket: İran casus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar