Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə İranın səhv addımlarını onlara bağışlamaz” - Hafiz Hacıyev

“Tehranın Ankaraya mesaj verəcəyi məsələsi bir neçə ay bundan öncə gündəmdə idi”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazasının atəşə tutulmasında əli olan qüvvələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazası artilleriya qurğuları ilə atəşə tutulub. Hücumun məsuliyyətin “Əhrar əl İraq” terrorçu qruplaşması öz üzərinə götürüb. Məsələ ondadır ki, Türkiyə ordusunun Başika hərbi bazasına edilən hücumun pərdə arxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt hadisənin “Əhrar əl-İraq” qrupu tərəfindən törədilməsidir. “Əhrar əl-İraq” qrupu isə İran tərəfindən maliyyələşən “Haşdi Şabi” terror qruplaşmasına bağlıdır.

Görünən odur ki, İran terroru genişləndirir. Səfirlik və sinaqoq teraktından sonra Türkiyə hərbi bazasında da terror törətdilər. Bəs Tehrandan Ankaraya hansı mesajlar verildi?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “İstər Azərbaycan, istər Türkiyə, istərsə də İsrail İranın “qudurğan” molla rejiminə qarşı öz tədbirlərini görəcəklər”.

Tehranın tək Türkiyə ilə deyil, İsraillə də münasibətləri korladığını xatırladan partiya sədri bildirib ki, İran daxildəki gərginliyi xaricə transfer etməyə çalışır:

“Tehranın Ankaraya mesaj verəcəyi məsələsi bir neçə ay bundan öncə gündəmdə idi. İran müəyyən kanallar vasitəsilə Türkiyəyə öz fikirlərini çatdırırdılar. İran Türkiyəyə Azərbaycanın arxasından çəkilməsi mesajını verir. Tehran tək Türkiyə ilə deyil, İsraillə də münasibətləri korlayır. İran çalışır ki, daxildəki gərginliyi xaricə transfer etsin. Yəni İran başqa ölkələrlə mühasibləri pisləşdirməklə xalqın fikrini yayındırmaq istəyir. Bununla da onlar istəyirlər ki, xalq hakimiyyətin onlara yaşatdığı zülmü, ağrı-acını unutsun.

Amma İran bilməlidir ki, hansı ölkə ilə mübarizə aparmalıdır. Türkiyə qüdrətli bir dövlətdir və Tehranın səhv addımlarını onlara bağışlamaz. Türkiyə bütün gücündən istifadə edib terrorçu təşkilatlarının məhv edilməsində öz qüvvələrini səfərbər etməlidir.

Dünyada baş verən proseslər onu göstərir ki, artıq diktatura dövlətlərinin çöküşü başlayıb. Buna görə də diktatura dövlətləri əllərindən gələnləri edirlər ki, öz hakimiyyətlərini saxlasınlar.

Onu da qeyd edim ki, istər Azərbaycanın, istərsə də Türkiyənin daxilində elə qüvvələr var ki, istəyirlər ölkədə vəziyyət daha da gərginləşsin. Türkiyə Prezident seçkiləri ərəfəsində olduğu üçün daxilindəki qüvvələr çalışırlar ki, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırsınlar.

Hafiz Hacıyev: “İranın “bacısı” olan Ermənistan Tehranın planlarına uyğun olaraq Qarabağda təxribatlar törətmək üçün ciddi planlar cızırlar”.

O cümlədən də Azərbaycanın daxilində hökumətin içində çox ciddi qüvvələr var ki, çalışırlar anti-İlham Əliyev koalisiyasında birləşib Azərbaycan dövlətini istər Qarabağda, istərsə də qonşu dövlətlərlə müharibəyə cəlb etsinlər. Onlar bununla istəyirlər ki, etdiləri rüşvətxorluq, qanunsuzluq hamısı diqqətdən yayınsın. Bunun bariz nümunəsi görünür. Tehranda səfirliyimizə olan terrordan sonra deputatın Milli Məclislə bağlı verdiyi açıqlama, Vasif Talıbovun 40 milyardı, baş nazirin oğlunun 1 milyardı yaddan çıxdı.

Bu qüvvələr də həm Azərbaycanı, həm də Türkiyəni müharibəyə cəlb etmək istəyirlər. Amma düşünürəm ki, istər Azərbaycan, istər Türkiyə, istərsə də İsrail İranın “qudurğan” molla rejiminə qarşı öz tədbirlərini görəcəklər.

Qeyd edim ki, İranın “bacısı” olan Ermənistan Tehranın planlarına uyğun olaraq Qarabağda təxribatlar törətmək üçün ciddi planlar cızırlar. Onlara da bu planın həyata keçməsində müəyyən qüvvələr köməklik edirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Türkiyə-İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar