Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtlərini açıqladı

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir.

“Report”un verdiyi xəbərə görə, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 beşinci nəsil qırıcı-bombardmançı proqramından kənarlaşdırmışdı.

Ankara həmçinin israr edir ki, hər hansı yeni NATO namizədi həm Türkiyə daxilində, həm də Suriyaİraqda kürd silahlı birləşmələri ilə bağlı narahatlıqlarını etiraf etsin. Türkiyə istəyir ki, İsveç və Finlandiyanın bloka qoşulmasına icazə verilməzdən əvvəl həmin dövlətlər təkcə PKK deyil, həm də onun qollarını açıq şəkildə pisləsinlər.

Bundan əlavə, Ankara İsveç və Finlandiyanın Türkiyənin 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarından sonra bir neçə digər Avropa İttifaqının üzvü ilə birlikdə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar