Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Azərbaycan dostluğu əsrlər boyu yaşayacaq

Tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan bütün münasibətləri qardaşlıq prinsiplər əsasında qurulub. Dövlətlər arası münasibətlərin yeni və təkrarsız modelini yaradan iki qardaş ölkə dünya siyasi tarixində rast gəlinməyən bir əlaqələrə malikdirlər. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Hələ müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşlarının dilindən düşmür və bu ifadə iki dövlətin münasibətlərində təməl əsas təşkil edir.

Ümümmilli liderin layiqli davamçısı cənab İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm verib və bunu öz siyasəti və əməlləri ilə davamlı olaraq təsdiq edib. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

İki qardaş ölkə şad günündə də, kədərli günündə də bir birinin yanındadır. Van zəlzələsi zamanı Azərbaycan Türkiyəyə ilk qardaş yardımını göstərib. Eyni zamanda da Türkiyə Cumhuriyyəti Qarabağ problemi yarandığı andan sona kimi Azərbaycan Respublikasını birmənalı şəkildə dəstəkləyib. Dostluğumuz, qardaşlığımız bütün müstəvilərdə sarsılmaz olub və olacaq. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfindən səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından çox böyük əhəmiyyətə malikdir.

1-3 iyun 2021-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərində səfərdə olub. İki qardaş ölkənin hakim partiyaları arasında olan dialoq və münasibətlərin göstəricisi çox böyük məna kəsb edir. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. 44 gün davam edən Vətən müharibəsində də Azərbaycan Türkiyənin mənəvi, diplomatik və siyasi dəstəyini hər zaman hiss etdi. Müharibə şəraitində Türkiyə mediası bizim haqq səsimizi və haqlı davamızı dünya ictimaiyyətinə geniş şəkildə çatdırmaqda kömək etdi. Qarabağa birbaşa ezam olunmuş Türkiyəli müxbirlər qaynar nöqtədən ən mühüm xəbərləri operativ şəkildə verirdilər. Erməni hərbi birləşmələrinin Bərdə, Tərtər və Gəncə şəhərlərində gecə vaxtı dinc əhaliyə qarşı törətdiyi qanlı cinayəti dünyaya car çəkən türk jurnalistlərinin fədəkar əməyi də danılmazdır. Dağıdılmış binaların qalıqları içərisindən reportajlar hazırlamaqla dünya birliyini bu terrora biganə qalmamağa çağırşlar edən türk müxbirlər, diplomatlar və tanınmış ictimaiyyət nümayəndələri erməniləri çox kəskin şəkildə qınayıblar. Bu mənəvi dəstək həmrəyliyin və qardaşlığın ən bariz nümunəsi hesab olunmaqdadır.

Müharibə bitdikdən sonra da azad edilmiş ərazilərdə Türkiyə əsas vasitəçi kimi monitorinq qrupunda iştirak edir.

Qarabağın yenidənqurma və bərpasında türk şirkətləri çox yaxından iştirak edəcəkdir. Regionda infrastruktur layihələrinin icrasında bilavastə Türkiyə şirkətləri ilə əməkdaşlıq ediləcək. Eyni zamanda yeni açılacaq “Zəngəzur dəhlizi” Türkiyə ilə iqtisadi münasibətlərimizi daha da yaxşılaşdıracaq və əlaqələrimiz genişlənəcəkdir.

Eyni zamanda Türkiyə regionda sülhün, təhlükəsizliyin və dinc yanaşı yaşama prinsiplərinin mövcudluğu üçün bütün imkanlarını ortaya qoyaraq qətiyyətli səylər göstərməkdədir. Azərbaycan və Türkiyə dostluğu dərindir sarsılmazdır və əbədidir. Tanrı hər iki qardaş ölkəni hifz etsin! Bayraqlarımız hər zaman zirvələrdə dalğalansın! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Anar Babayev
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar