Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkanda torpaq mafiyasını ifşa edən şəxsin həbsinin təfərrüatları – Anası nazirə müraciət etdi

Bakının Türkan qəsəbəsində ahıl qadınlar – 80 yaşlı Əzizəxanım Atayeva ilə 90 yaşlı Xumara Şabanovaya vəkil tapmaqda köməklik etmiş kənd sakini Natiq Məhəmmədsoy həbs edilib. O, narkotik saxlamaqda və qanunsuz silah gəzdirməkdə ittiham olunur.

Natiq Məhəmmədsoyun anası Tamara Süleymanova isə deyir ki, oğlu saxta, qurama ittihamlarla həbs olunub:

“Bütün Türkan qəsəbəsi bilir ki, Natiq o iki ahıl qadına vəkil tapdığına görə bu şəkildə cəzalandırılır. Mən ölkə başçısı İlham Əliyevdən, daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, oğluma qarşı qaralama kompaniyasını təşkil edənləri cəzalandırsınlar. Mənim oğlum günahsızdır. Natiqin 3 övladı var, 2 övladı azyaşlıdır. O, iki ahıl qadının son ümid yerləri olan torpaqların ələ keçirilməsini bilirdi. Əzizəxanımla Xumara Natiqdən xahiş etdilər ki, kömək eləsin, vəkil tutsunlar. O da kömək elədi. Bu cinayətdir?”

Tamara Süleymanova deyir ki, oğluna qarşı ittihamların saxtalığını sübut edən faktlar, videolar var:

“Yazırlar ki, Natiqi guya evində tutublar. Bu ağ yalandır. Guya maşınına da 11:15-də evin qabağında baxış keçiriblər, silah tapıblar. Hal şahidləri də guya Astara rayonundan olan şəxslərdir. Halbuki həmin adamlar Türkanda bir dəfə belə olmayıblar! Bizim əlimizdə olam kamera görüntüləri var. Həmin görüntülərdən aydın olur ki, Natiq 05.03.2021 ci ildə evindən saat 10:40 radələrində çıxıb. Həmin gün maşını ustaya göstərmək üçün Qala qəsəbəsinə gedib. Orda polis əməkdaşları onu saxlayıb. Özünü başqa maşına keçiriblər. Onun “Toyota Fuji Cruiser” markali nəqliyyat vasitəsini özləri sürərək 11:30 radələrində evinə gəliblər Yolda Natiqin maşını məhz həmin saatda bir neçə kameraya düşüb. Bununla da müəyyən edilir ki, həbsə əsas olan baxış protokolu belə qanunsuz olaraq tərtib edilib! Natiqin maşını saat 12:30 Türkan qəsəbəsində qeydə alınıb, lakın 11:15 guya protokol tərtib edilir?! Daxili işlər nazirindən dönə-dönə xahiş edirəm ki, oğluma qarşı qanunsuzluğa son qoyulsun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar