Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Türk ordusu istənilən zaman Azərbaycanda ola bilər...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri, işğaldan azad olunan Şuşa şəhərinə getməsi və burada müttəfiqlik bəyannaməsinin imzalaması hazırda region ölkələrində ciddi müzakirə mövzusudur. Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamə faktiki olaraq iki ölkə arasında hərbi sahə də daxil olmaqla, bütün istiqamətləri əhatə edib.

Bu addım Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi baxımından əhəmiyyətli gediş sayılır. Ancaq bunun ErmənistanRusiya tərəfindən neqativ qarşılandığı da heç kimə sirr deyil.

PİA.az xəbər verir ki, “AzPolitika.info” mövzu ətrafında millət vəkili Vahid Əhmədovla söhbətləşib:

– Vahid müəllim, Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri başa çatsa da, bu səfərin əks-sədası qalmaqdadır. Sizcə, həmin səfər çərçivəsində Şuşada imzalanan bəyannamə bizə nə verəcək?

Şuşada imzalanan bəyannamə tarixi sənəddir və əhəmiyyətinə görə, ikinci belə bir nümunə yoxdur. Türkiyə prezidentinin Füzuliyə, oradansa Şuşaya səfər etməsi də böyük əhəmiyyətə malikdir. Onun məhz Şuşada yüksək və rəsmi səviyyədə qarşılanması bizi sevindirdi. Əlavə edim ki, ümumiyyətlə, Şuşada hazırlıq işləri yüksək səviyyədə görülmüşdü. Belə bir qarşılanma törənini Bakıda təşkil etməklə, işğaldan azad edilən yerlərdə hazırlamaq tam fərqli bir məsələdir. Şuşada bunu yüksək səviyyədə hazırlamaq həm də ciddi əmək tələb edirdi.

Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bizi narahat edən məqamlar var idi. Mən bunu çıxışlarımda qeyd edirdim. Söhbət Türkiyə və Azərbaycanın hərbi baxımdan bir yerdə olmasından gedir. Eləcə də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarantiya verilməsi və s. Bəyannamədə bu məqamların hamısı öz əksini tapıb. Bu Bəyannamənin əslində müttəfiqlik sənədi olması çox şeydən xəbər verir. Dövlətlərimiz artıq rəsmən müttəfiqə çevrilir. Müttəfiq olan ölkələrin də bir-biri qarşısında öhdəlikləri olur. Bu sənəddə həmin öhdəliklər öz əksini tapıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Ən çox oxunanalar