Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk lirəsinə ABŞ-dan müdaxilə - Bayden Ərdoğanı devirə biləcəkmi?

Lirənin sürətlə qiymət itirməsi fonunda Türkiyə siyasətində əsas gözləntilər nə ola bilər?..

Siyasi şərhçi: “Türkiyədə erkən seçkilər olamyacaq. Növbəti Prezident seçkiləri 2023-cü ildə olacaq”.

“Bayden lirənin dəyərini artıra biləcəyini dilə gətirmişdi. Ancaq qarşılığında Türkiyə Rusiyadan S-400-lərdən imtina etməli, YPG/PYD örgütləri ilə mübarizə aparmamalıdır. Ancaq Türkiyə tərəfi S-400-lər anlaşmasından geri çəkilmədi və terror örgütlərini də təmizləməyə davam elədi”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev son günlərdə Türkiyədə baş verən qiymət artımını və keçirən aksiyaların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyədə lirənin sürətlə dəyərdən düşməsi, qiymətlərin qalxmasına görə vətəndaşlar narahatdır. Türkiyənin müxtəlif şəhərlərində,Ankara və İstanbulda etirazlar qeydə alınıb. Aksiya keçirilən ərazilərə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Türkiyənin müxalifət partiyaları isə artıq hökümətin öz dəstəyini itirdiyini önə sürərərk növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Türkiyədə erkən seçkilər keçirilə bilərmi və ümumiyyətlə lirə ətrafında Türkiyə siyasətində əsas gözləntilər nə ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Elman Vəliyev ilə müzakirə edib.

Elman Vəliyev: “Ərdoğanın yerinə gələ biləcək hər hansı bir şəxs Türkiyəni daha mükəmməl bir vəziyyətə gətirə bilməz”.

Baydenin seçkilər zamanı Ərdoğanı müxalifətə dəstək verməklə devirə biləcəyəni deməsini xatırladan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, indi lirənin dəyərini aşağı salmaqla xalqı qıcıqlandırırlar, müxalifətə şərait yaradırlar. Belə etməklə xalqa hakimiyyəti üz-üzə qoyur, günahkar kimi AKP-ni qələmə verməyə çalışırlar:

“İlk öncə qeyd edim ki, Türkiyədə erkən seçkilər olamyacaq. Növbəti Prezident seçkiləri 2023-cü ildə olacaq.

Türkiyəni çətin vəziyyətdə qoymaq üçün iqtisadiyata zərbə vurmağa çalışırlar. Valyuta məzənnəsi beynəlxalq bazarda tənzimlənir və bu sahədə dominantlıq ABŞ-a məxsusdur. Türk lirəsinin dəyərdən düşməsi Baydenin dövrünə təsadüf elədi. Baydenlə Ərdoğan bir neçə dəfə görüş keçirdi. Bayden lirənin dəyərini artıra biləcəyini dilə gətirmişdi. Ancaq qarşılığında Türkiyə Rusiyadan S-400-lərdən imtina etməli, YPG/PYD örgütləri ilə mübarizə aparmamalıdır. Ancaq Türkiyə tərəfi S-400-lər anlaşmasından geri çəkilmədi və terror örgütlərini də təmizləməyə davam elədi.

Elman Vəliyev: “Türkiyədə müxalifət liderləri iqtidarı idarəetmə gücündə deyil”.

Bayden seçkilər zamanı Ərdoğanı müxalifətə dəstək verməklə devirə biləcəyəni bildirmişdi. İndi lirənin dəyərini aşağı salmaqla xalqı qıcıqlandırırlar, müxalifətə şərait yaradırlar. Belə etməklə xalqa hakimiyyəti üz-üzə qoyur, günahkar kimi AKP-ni qələmə verməyə çalışırlar.

Hesab etmirəm ki, hal-hazırda Ərdoğanın yerinə gələ biləcək hər hansı bir şəxs Türkiyəni daha mükəmməl bir vəziyyətə gətirə bilməz. Hazırki müxalifət liderləri iqtidarı idarəetmə gücündə deyillər. Ərdoğan Türkiyəni beynəlxalq arenada önəmli güc ünsürünə çevirə bildi. Ancaq indiyə kimi liderlik etmiş bəzi şəxslər müstəqil siyasət aparmırdı, təlimatlar əsasında idarə edirdi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar