Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk bayraqlarına qarşı çıxan “Metrə” Vüqar Jurnalistlər binasına qoçu dəstəsi göndərdi – Fotolar

Şəhərin mərkəzini teras-teras satan “Metrə” Vüqar (Səbailin icra başçısı vəzifəsini daşıyır) təzə təyin olunanda Jurnalistlər Binasına gəlib hardasa 17-18 şikayət-tələb yazıb, həll edəcəyini söz verib, yoxa çıxmışdı.

PİA.az xəbər verir ki, bu barədə “Yeniçağ” media qrupunun rəhbəri Aqil Ələsgər bildirib.

Bu dəfə gəlib, üç-dörd skamya, üç turnikəbənzər qoyub, ətrafını da elə qırmızı lentlə sarıtdırıb və tapşırıq verib ki, heç bir uşağı buraxmayın, sabah özüm qırmızı lenti kəsdirib, açılış edəcəm.

Mühafizəni də qoçu dəstəsi kimi yığdırıb ki, kimsə Metrə Vüqardan qabaq ora ayaq basmasın. Hansısa uşaq ayağını basan kimi də tökülüşür oraya. Sanki xüsusi əhəmiyyətli dövlət obyektini qoruyurlar.

Çünki sabah üç turnikəbənzər, üç-dörd skamyadan ibarət, üç binadan birinə belə yetməyəcək, jurnalistlərdən çox binanın dəvətsiz müsafirlərinə xidmət edəcək liliput “park”ın “möhtəşəm” açılışını edəcək. Sonra da “aylıq” verdiklərinə Səbaelin icra hakimiyyətinin qayğısından bəhs etdirib, binaların icra hakimiyyətinin tabeliyinə verilməsinin zərurəti haqqında balladalar yazdıracaq. Artıq bu binalarda kirayə qalan trolları vasitəsilə həyətdə bu yöndə təbliğat başladıb, bu günə qədər min bir çətinliklə binanın öncəki rəhbərlikdən miras qalan problemlərinin həlli üçün çalışanların arxasınca qaralama kampaniyasını həyata keçirir…

Bu şəxslərin gördüyü iş bu qədər olur… Təsadüfi, beyni ancaq “hardan necə nəyi” sualına çalışanların jurnalistlərə “qayğı”sı bundan o tərəfə keçməyəcəyini biz bilirdik. Digərləri də yaşayıb öyrənirlər belə məmurların sayəsində…

Azərbaycan Prezidenti jurnalistlər üçün üç bina tikdirdi, neçəsini ayrı-ayrılıqda “ev”ləndirdi. Ancaq Səbaelin icra başçısının bir “park” ətrafında qaldırdığı ajiotaşın onda birini heç vaxt görmədik, yaşamadıq. Çünki əsalət öz sözünü hər yerdə deməkdədir!

Atalar görməmişlər haqqında gözəl məsəl çəkiblər, ancaq bura uyğun olmadığı üçün yazmıram. Sadəcə, Vüqar Zeynalova onu təyin edənin fəaliyyətini və məsələlərə reaksiyasını öyrənməyi tövsiyyə edirəm. Çünki yay sezonu başa çatır, teras bazarı da öləziyəcəyindən buna xeyli vaxtı olacaq…

Qeyd edək ki, “Metrə” Vüqar Vətən müharibəsindən sonra rayon ərazisində türk bayraqlarının dalğalanmasına qadağa tətbiq etməsilə tanınır.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar