Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda ölümlə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub - Yenilənib

Tovuz şəhərində ki, ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayan biri olub. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü də olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında yanaraq dünyasını dəyişib.

Qeyd edək ki, Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb. Ə.Ələkbərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən ərazidə aparılan kəşfiyyat zamanı aşkarlanıb.

Onun meyiti adiyyəti üzrə təhvil verilib.

***

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

Bu barədə PİA.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar