Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio-2020: Bu gün Azərbaycanın 4 idmançısı çıxış edəcək

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı çıxış edəcək.

PİA.az-ın məlumatına görə, Nazim Babayev atletika, İslam Abbasov isə yunan-Roma güləşində mübarizəyə başlayacaq. Üç təkanla tullanma yarışına qatılacaq Babayev A qrupunda yer alıb. Ümumilikdə 15 rəqibə qarşı çıxış edəcək 24 yaşlı idmançı finala yüksəlmək üçün "12-liy"ə düşməlidir. Babayevin indiyədək ən yaxşı göstəricisi 17,29 metr olsa da, mövsüm ərzində ən yaxşı nəticə kimi 16,57 metrlə kifayətlənib. O, dünya reytinqində 21-ci yeri tutur. Bu növ üzrə mübarizəyə Bakı vaxtı ilə saat 4:00-da start veriləcək.

Saat 6:00-da isə yunan-Roma güləşçisi İslam Abbasov 1/8 final görüşünə çıxacaq. Onun ilk rəqibi kubalı Daniel Qreqoriç olacaq.

Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov tunisli Lamyed Maafi ilə, qadın güləşçi Elis Manolova isə qırğızıstanlı Meerim Jumanazarova ilə təsəlliverici görüşdə üz-üzə gələcək.

Tokio-2020
3 avqust

Atletika
Üç təkanla tullanma
04:00. Nazim Babayev

Yunan-Roma güləşi
06:00. 1/8 final. İslam Abbasov - Daniel Qreqoriç (Kuba)

06:00. Təsəlliverici görüş. Rafiq Hüseynov - Lamyed Maafi (Tunis)

Qadın güləşi

06:00. Təsəlliverici görüş. Elis Manolova - Meerim Jumanazarov (Qırğızıstan)(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar