Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tokayevin demokratik islahatları” - Qazaxıstan prezidenti nəyə can atır?..

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsində aparılaacq islahatlarla bağlı geniş çıxışına politoloqun qiymətləndirməsi...

Sentyabrın 1-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin hər iki palatasının birgə iclası zamanı geniş nitq söyləyib ki, bu da Qazaxıstanın siyasi və iqtisadi quruluşunda dəyişikliklərin başlanğıcıdır. Tokayev ölkə iqtisadiyyatında dövlətin iştirakının azaldılmasının, yeni Vergi və Büdcə məcəllələrinin qəbulunun, 2022-ci ilin yanvarında kütləvi etiraz aksiyalarının iştirakçılarına qismən amnistiya verilməsinin, dövlət büdcəsindən uşaqların hesablarına pul köçürülməsinin, məktəblərdə rus dilinin tədrisinin vacibliyini və s. bəyan edib.

Prezidentin çıxışı çox genişdir, Qazaxıstanın ictimai və dövlət quruluşunun bütün sahələrini əhatə edir. Onun müraciətində ən çox müzakirə olunan məqamlar yeddiillik prezident idarəçiliyinin tətbiqi və 2022-ci ilin payızında növbədənkənar prezident seçkilərinin, 2023-cü ilin yazında isə parlament seçkilərinin keçirilməsi ilə bağlı təkliflərdir.

"Ədalətli Qazaxıstanın qurulması yeni başlayır. Qarşıda çətin yol var. Bu kurs sarsılmazdır və istənilən daxili və xarici xarakterli şəraitdə davam etdiriləcək", - Tokayev bildirib.

Azərbaycanda Tokayevin təkliflərini şərh edirlər, bəziləri onu türk dövlətlərində demokratiyanın banisi kimi təqdim edirlər, çünki ölkə lideri ömürlük idarəçiliyin konstitusion imkanlarından imtina edir. Postsovet məkanında türk dövlətləri arasında yalnız Qırğızıstanda real prezident seçkiləri keçirilir və ölkəni idarə etməyə yeni siyasətçi gəlir.

Qazaxstanlı politoloq, Risklərin Qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev prezident Kasım Jomart Tokayevin xalqa son mesajının məzmunu və əhəmiyyətilə bağlı Turan-ın suallarını cavablandırıb.

- Əsaslı dəyişikliklər etməklə bağlı Tokayevin təklifinin səbəbi nədir? Digər postsovet türk respublikalarında prezidentlərin hakimiyyəti ömürlük idarə etmək imkanı var, öz hakimiyyətinin uğurunu bəyan edir və bu cür qəti islahatlar aparmırlar. Qazaxıstanlıların kütləvi narazılığı və 2022-ci il yanvarın 7-də KTMT qoşunlarının yeridilməsi Tokayevin qərarına təsir etdimi?

-Hazırda Tokayev  ömürlük prezidentliyini elan edə bilməz, çünki Qazaxıstanda yanvar hadisələrindən sonra kütləvi etirazlar zamanı çoxlu siyasi islahatlar vədi verildi. Tokayev ömürlük prezidentlikdən danışmaqla özünü ciddi şəkildə gözdən sala bilər. Ona görə də növbədənkənar prezident seçkiləri, yeddiillik, bir müddətlik prezidentliyin tətbiqi haqda danışdı. Hazırda Qazaxıstan prezidenti beş il müddətinə seçilir. Digər səbəblər isə sosial-iqtisadi proseslər, qiymət artımı, milli valyutanın devalvasiyasıdır. Ukraynada müharibə Qazaxıstan iqtisadiyyatına ona görə zərbə vurdu ki, bizim biznesin nümayəndələrinin çoxu Rusiya ilə bağlıdır, nəqliyyat logistika marşrutları RF-dan keçir, güclü rus rublu Qazaxıstan valyutasına təsir edir, bizdə idxal bahalaşır, məhsul qıtlığı var, inflyasiya artır və bu da Qazaxıstanda sosial gərginliyin artmasına səbəb ola bilər. Odur ki, Tokayev və ətrafı seçkiləri indi, vəziyyətin hələ də onların nəzarətində olduğu vaxtda keçirmək qərarına gəlib.

Erkən seçkilərin ikinci səbəbi onunla əlaqədardır ki, Tokayev və ətrafı ehtiyat edirlər ki, prezident və parlament seçkilərinin gec, 2024 və 2025-ci illərdə keçirilməsi hakimiyyət daxilində revanş istəyən və Tokayevə zərbə endirilməsini, elektoratdan istifadə edərək öz oyununu oynamaq istəyən qrupların yaranmasına vaxt qazandırar. Ona görə də hakimiyyət əleyhdarlarının hazırlaşmasının qarşısını almaq üçün önə keçdi.

Üçüncü fakt isə Ukraynadakı müharibədən irəli gələn geosiyasi və siyasi, iqtisadi xarakterli problemlərin yaratdığı faktdır.

- Tokayevin müraciətinin mətnində yeni Vergi və Büdcə məcəllələrinin qəbulu ilə bağlı təklifi diqqəti çəkdi. Yeniləri qəbul etmədən bu məcəllələrə dəyişiklik etmək olmazmı?

- Müraciətdə differensiallaşdırılmış vergitutmanın, o cümlədən dəbdəbə vergisinin vacibliyinə diqqət yetirilib. Bu mövzu Qazaxıstanda 15 ildir ki, səslənir. Düz deyirsiniz, yeni məcəllələrin tətbiqi qəribədir, çünki bu yaxınlarda ölkədə yeni Vergi Məcəlləsi qəbul edilib. Biznesmenlər işlərini yenidən qurmalı olacaqlar. İstənilən biznes üçün hüquqi sabitlik vacibdir. Vergi qanunvericiliyində davamlılıq və sabitlik olmalıdır, Nazarbayevin dövründən Qazaxıstanda belə sabitlik olmayıb. Bu, dövlət aparatının sabitliyinə də aiddir ki, tez-tez kadr və hökumət dəyişikliyi olmasın.

Vergi islahatı biznesin iştirakı ilə aparılmalıdır ki, Məcəllə oliqarxlar üçün deyil, bütün ölkə üçün işləsin. Məcəllə elə işləməlidir ki, vergilər oliqarx kapitalına maneələr yaradaraq kiçik və orta biznesi sıxışdırmasın. Düşünürəm ki, biznes vergi islahatlarını dəstəkləyəcək, amma bizim hakimiyyətin yenidən əlavə vergi yeniliklərinin tətbiqinə qərar verməyəcəyinə zəmanət varmı? Bu, yenə də biznesdə sabitliyi pozacaq.

- Mən Tokayevin müraciətində məktəblərdə rus dilinin tədrisinin saxlanması məsələsinə diqqət yetirdim. Bu, çoxmillətli Gürcüstan və Azərbaycanda bir dövlət dili olduğu halda, rus dilinin ikinci dövlət dili kimi qəbul edildiyi Qazaxıstanın dövlət quruluşunda rus dilinin mövqeyinin saxlanması deməkdirmi? Prezidentin müraciətinin bu hissəsi Rusiyanın maraqlarına xidmət edirmi?

-Həqiqətən, Tokayevin sentyabr müraciətində ​​dil siyasətinə diqqət yetirilib. Bu, çox güman ki, Rusiya təbliğatçılarının Qazaxıstana qarşı informasiya hücumuna cavab olub. Onlar Qazaxıstanda rus dilinin qadağan edilməsi niyyətindən danışırlar, rus dilinin tədrisinə qadağa qoyulmasına dair saxta məlumatlar var. Bu, cəfəngiyyatdır, lakin hücumlar davam edir və aktiv şəkildə. Buna görə də prezident Tokayev izah açıqlama verdi ki, vətəndaşlar məktəb və universitet təhsilində tədris dilini seçə bilərlər. Qazaxıstan məktəblərində birinci sinifdə şagirdlər qazax dilini öyrənəcəklər, ikinci sinifdən rus dili, daha sonra ingilis dili tədris ediləcək. Rusdilli məktəblərdə isə qazax dili ikinci sinifdən keçirilir.

Bu bəyanat Rusiyadan, sayı artmaqda olan “Qazaxıstan və Mərkəzi Asiya üzrə ekspertlər”in informasiya hücumuna cavab olaraq verilib. Bu, həm də Putinə cavabdır.

Siz haqlısınız ki, Qazaxıstanın 30 illik müstəqilliyi dövründə uşaq bağçalarından başlayaraq qazax dilində tədris tətbiq edilsəydi, bizdə bütün sahələrdə qazax dilindən fəal şəkildə istifadə olunardı. Bütün uşaq bağçaları qazax dilində olsaydı digər etnik qrupların vətəndaşlarının 20%-i qazax dilində danışardı. Bu məsələ boş buraxılıb, bununla məşğul olmaq lazımdır.

Obyektiv demoqrafik müsbət proses var. Əhalinin 70%-dən çoxunu qazaxdilli gənclər təşkil edir. Ölkədə qazax dilinin tətbiqi artır. Ən populyar filmlər, televiziya şouları qazax dilindədir, populyar müğənnilər qazax dilində oxuyurlar. Düşünürəm ki, proses davam edəcək və 20 ildən sonra qazax dili ölkədə əsas ünsiyyət dili olacaq.

- Uşaqların hesabına vəsaitin köçürülməsi barədə bənd də maraq doğurub. Prezident təklif edib ki, "Milli Fondun illik investisiya gəlirinin 50%-i vaxtından əvvəl götürmə hüququ olmadan 18 yaşına çatanadək uşaqların xüsusi əmanət hesablarına köçürülsün. Yetkinlik yaşına çatdıqda yığılan məbləğdən mənzil və təhsil almaq üçün istifadə olunacaq. Bu təklif nəyə lazımdır? Valideynlər uşaqların inkişafını təmin edə bilmirlər? Düşünmürəm, bu, ona görə belədir ki,  orta əməkhaqqının səviyyəsinə görə Qazaxıstan Rusiyadan sonra ikinci yerdədir.

- Prezidentin sentyabr bəyanatı onun seçki proqramı kimi qiymətləndirilməlidir. Ədalət anlayışı var, dövlətin xammal satışından əldə etdiyi gəliri xalqla bölüşmək lazımdır. Gələcək Nəsillər Fondu adlanan Milli Fond çoxdan, Nazarbayevin dövründə yaradılıb, onun fəaliyyəti qeyri-şəffafdır, vəsaitlər dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldilir.

Qazaxıstanda hər kəsin övladlarını oxutdurmaq imkanı yoxdur. Kasıb əhali çoxdur. Bizdə orta təbəqə cəmi 15-20%-dir, bəlkə də azdır, əsasən Almatıdadır, kiçik və orta biznesdən vergi yığılır. Digər büdcə donorları əsasən Qərbi Qazaxıstanda neft-qaz müəssisələri və paytaxt Astanada biznesdir. Altı milyon uşağın bir milyonu kasıb ailələrdə yaşayır. Odur ki, təhsil vauçerinin olması və Milli Fonddan gənclərə pul ayrılması xalqın çoxdankı tələbi idi. 2013-cü ildə mənim “Partiyanın qızılı” məqaləmdə təklif etmişdim ki, Milli Fondun hesabına yeni doğulan qazaxıstanlıların adına hesablar açılsın ki, 16-18 yaşına qədər bu adamlar mənzil ala bilsin, ailə qura bilsinlər və s. Beləliklə, indi Tokayev ictimai gözləntiləri əks etdirdi.

- Tokayev payızda növbədənkənar prezident seçkilərinin keçirilməsini və birdəfəlik yeddiillik prezidentlik müddətinə keçilməsini təklif edir. Tokayevin təklifinin gizli mənası nədir, yoxsa o, demokratdır və ömürlük prezidentlik praktikasına son qoymaq qərarına gəlib? Niyə növbədənkənar parlament seçkilərinə gedir, ona sərf etməyən deputatları qanunvericilik səlahiyyətlərindən məhrum etmək üçünmü? 

- Bir yeddiillik müddətin tətbiqilə bağlı bəyanat maraqlıdır, bu, Tokayevin səlahiyyətlərinin uzadılmasının müəyyən formasıdır. O, üç il öncə (bir qədər çox) seçilib, iki ildən sonra ilk beşillik müddəti başa çatacaq. Üstəgəl daha bir beşillik müddət və indiki qaydada 2024-cü ildən Tokayev 10 il hakimiyyətdə olacaqdı.

İndi isə yeni dəyişiklikləri nəzərə alaraq hesablayacaq. 2019-cu ilin iyunundan Tokayev prezidentdir, yəni artıq üç ildir. Növbəti 7 ili əlavə edək və yenə Tokayevin prezidentlik müddətinin 10 ili alınır. Belə çıxır ki, bütün fərq erkən seçkilərin keçirilməsindədir. Bu il Tokayevin 69 yaşı tamam olur, onun yeddi il işləyib-işləyə bilməməsi vacib deyil, hər şey ola bilər. Əsas odur ki, Tokayev bu ilin əvvəlində olduğu kimi, ölkənin az qala dağıldığı kimi, daxili siyasi, elitadaxili münaqişənin mümkünsüzlüyü üçün sistem yaratmalıdır. O həmçinin öz idarəçiliyi dövründə elə yeni iqtisadi sistem yaratmalıdır ki, onun gedişindən sonra da normal fəaliyyət göstərə bilsin.

- Tokayev niyə parlamentin iki palatasını dəyişir?

- Qazaxıstanda bir çoxları xalqın fikrincə, seçilməyən parlamenti, deputatları tənqid edir. Hazırkı parlament prezident Nazarbayevin vaxtında seçilib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi Tokayevə “bir güllə iki dovşan vurmağa” imkan verir: qanunverici hakimiyyətin yenidən qurulmasını həyata keçirmək, oraya yeni, ona loyal deputatları daxil etmək və qeyri-populyar parlamenti aradan götürmək.

İndiki parlamentin əksəriyyəti prezidentyönlü Amanat Partiyasına (keçmiş Nuratan) məxsusdur, Tokayev onlardan qurtulmaq istəyir, çünki onlar  Nazarbayevin və onun müavini Bauırjan Baybekin adamlarıdır. (Bauırjan  Kıdırqaliulı Baybek - Nur Otan Partiyası sədrinin birinci müavini. Almatı şəhərinin akimi).

Tokayev bu partiyanın rəhbərliyindən uzaqlaşdı. Çox güman ki, Tokayev parlamenti təmizləmək, ona loyal partiyalardan deputatlar və formal olaraq müstəqil deputatlar gətirmək istəyir. Tokayevə sabit və idarə olunan parlament lazımdır.

Prezident seçkilərilə hər şey aydındır, Tokayev seçkilərə gedəcək və 50%-dən çox səs toplayaraq qalib gələcək. Nazarbayevin 85-95% faiz səsi vardı. Məncə, Tokayev Nazarbayevi təkrarlamamaq üçün 50%-dən çox səs göstərəcək ki, həm də beynəlxalq ictimaiyyətə aydın olsun. ması Qalan namizədlər prezident üçün kütlə, fon kimi xidmət edirlər.

Qaliblə də hər şey aydındır, o cümlədən qanuni filtrlərə görə onun ciddi rəqibləri olmayacaq. Ən azı 5 il dövlət qulluğunda çalışan vətəndaş prezidentliyə namizəd ola bilər. Bu, həm də seçkilərdə ciddi rəqabət imkanlarını məhdudlaşdırır, əsasnamə Nazarbayevin dövründə tətbiq edilib. Seçkilərin nəticələri proqnozlaşdırıla biləndir, əgər gözlənilməzlik olmasa, məsələn, prezidentin səhhətilə bağlı və s.

Parlament seçkiləri də proqnozlaşdırıla biləndir. Yalnız bu ilin sonunda Qazaxıstanda yeni partiyalar yaranacaq və qeydiyyata alınacaq. Ola bilsin ki, müxalifət partiyaları seçkilərdə iştirak edəcəklərini bildirsinlər və bu, hakimiyyət üçün sərfəlidir. Lakin prezidentin dəstəyini alan siyasi qüvvələr qalib gələcəklər.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar