Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tokayev məhz Putinin qarşısında Rusiyaya qarşı sərt bəyanatlar səsləndirməyə nədən indi ehtiyac duydu?...

Rusiyaya dəstək məqsədi ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun işinə qatıldığı güman edilən Tokayevin bu açıqlamaları əslində Moskvaya vurulan zərbə kimi dəyərləndirilir...

Siyasi-şərhçi: “Bütün bunlar Rusiyanın mövqeyinin nə qədər itirdiyinin göstəricisidir ki, ən yaxın müttəfiqləri belə, Ukraynaya mdaxilə məsələsində Moskvanı haqlı görmürlər”.

Rusiyanın Qazaxıstanla Avrasiya İqtisadi İttifaqında və KTMT-də müttəfiq olduqlarını nəzərə alarsaq, Tokayevin məhz Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl edəcəklərini söyləməsi əslində hər iki ittifaqın - həm Avrasiya İqtisadi İttifaqının, həm də KTMT-nin formal bir ittifaq olduğunu göstərdi”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevin XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirdiyi bir sıra bəyanatları PİA.az-a şərh edərkən qeyd edib.

Prezidenti Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya ilə Qazaxıstan arasında gərginlik müşahidə olunur.

Qeyd edək ki, iyunun 17-də Vladimir Putinlə XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda eyni paneldə iştirak edən Tokayev panelin moderatoru Marqarita Simonyanın təxribat xarakterli sualını cavablandırarkən qondarma DXR və LXR-in ölkəsi tərəfindən tanınmasının yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Tokayev Rusiyanın Aleksandr Nevski ordenindən də imtina edib. Bildirilir ki, Qazaxıstan liderinin mükafatlandırılması Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində planlaşdırılıbmış. Bu məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib etsə də, sonradan Qazaxıstan prezidentinin mətbuat katibi məlumatı təsdiqləyib. Tokayevin sözçüsü bildirib ki, ümumiyyətlə Qazaxıstan prezidenti heç bir xarici ölkənin orden və medalını qəbul etməməyə qərar verib.

İyunun 17-də baş verən qalmaqaldan əvvəl isə Rusiya KİV-ə müsahibə verən Qazaxıstan prezidenti bildirib ki, yanvar ayında Qazaxıstanı təhlükədən xilas edən heç də Rusiya deyil, KTMT-dir. Tokayaev qeyd edib ki, buna görə də Rusiyanın ayaqlarına sarılmayacaqlar. Həmçinin Qazaxıstan lideri vurğulayıb ki, onun ölkəsi Rusiyaya qarşı sanksiyalara əməl edəcək.

Rusiyaya dəstək məqsədi ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun işinə qatıldığı güman edilən Tokayevin bu açıqlamaları əslində Moskvaya vurulan zərbə kimi dəyərləndirilir. Xüsusən Rusiya ictimaiyyəti Putinin qarşısında Tokayevin DXR və LXR-i tanımayacaqlarını bildirməsi bir mənalı olaraq qəbul edilməyib və sosial şəbəkələrdə Qazaxıstana qarşı bir çox ittihamlar və hətta təhqiramiz ifadələ səsləndirilib. Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri üzrə Komitəsinin sədri Konstanrin Zatulin Qazaxıstana qarşı ərazi iddaları ilə çıxış edərək vurğulayıb ki, Qazaxıstanı da Ukraynanın gününə sala bilərlər.

Son məlumatlara görə Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. Buna cavab olaraq isə Qazaxıstan öz ərazisindən Rusiya kömürünün tranzitini dayandırıb və 1 700 vaqon Rusiya kömürünün üzərinə həbs qoyub. Bəzi məlumatlara görə isə həmin kömür Putinin ailə üzvlərinə məxsusdur.

Qazaxıstanla Rusiya arasında nə baş verir? Tokayev məhz Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putinin qarşısında belə sərt bəyanatlar səsləndirməyə nədən ehtiyac duyub?

Tokayevin Rusiyaya qarşı çıxmasının səbəblərini PİA.az-ın əməkdaşı siyasi-şərhçi, Valday klubunun eksperti Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bütün bunlar onu göstərir ki, Rusiyanın mövqeləri həm iqtisadi, həm də siyasi cəhətdən çox zəifləyib”.

Tokayev separatçı rejimlərin adını sadalayanda birinci Tayvanın adını dediyinə diqqət çəkən siyasi-şərhçi PİA.az-a bildirib ki, bu Çinin maraqlarında olan bir məsələdir:

“Həm Sankt-Peterburq Beynəlxalq İqtisadi ForumundaTokayevin bəyanatlarınıı, həm Rusiya kömürü ilə bağlı kömrük məsələsini, həm də neftin nəqli ilə bağlı olan problemləri bir-birinə bağlamaq olar. Amma birinci dəfə deyil ki, Novorossiysk kəməri vasitəsi ilə qazax neftinin nəqli dayandırılır. Son altı ay ərzində bu üçüncü dəfədir ki, təkrar olunur.

Ümumi demək olar ki, 2008-ci ildən bu yana Rusiya Federasiyası hətta ən yaxın olan müttəfiqliqlərindən istədiyi dəstəyi ala bilmir. Bu da təbii ki, həmin zamandan bəri Rusiyanın xarici siyasətində beynəlxalq qanunları pozan kəskin və aqressiv addımların artması ilə əlaqəlidir. MDB məkanında isə Rusiyanın ən yaxın müttəfiqləri Belarusiya və Qazaxıstan hesab olunur. Müttəfiqlik öhdəliklərinə sadiq qalma məsələsində Belarus bir addım öndədir. Çünki Minsk öz ərazisini Rusiya işğalçı ordusuna Ukraynaya təcavüz etmək məqsədi istifadəsinə icazə verib. Kiyev istiqamətində hücum edən Rusiya ordusu məhz Belarusdan Ukrayna ərazilərinə girdi. Rusiya Belarus ərazisindən Ukraynaya qarşı çoxlu raket atəşləri də həyata keçirib. Amma Belarus bu günə qədər öz ordusundan Ukrayna müharibəsində istifadə etməyib. Bu barədə çoxlu söz-söhbət olsa da, Ukrayna tərəfi də etiraf edir ki, sərhədə toplanan Belarus gücləri Ukraynaya şimaldan və qərbdən hücum etmək üçün yetərli deyil.

Fərhad Məmmədov: “Rusiyanın postsovet ölkələri ilə yaratdığı bu ittifaqlar Ukrayna müharibəsindən sonra dağıla bilər. Hər halda nisbətən Belarusu istisna etməklə, bu iqtisadi və hərbi ittifaqlar çərçivəsində Rusiyaya dəstək verən ölkə yoxdur”.

Qazaxıstan isə ümumiyyətlə prinsipial mövqe sərgiləyir. Fikir verdinizsə, Tokayev separatçı rejimlərin adını sadalayanda birinci Tayvanın adını çəkdi. Bu da öz növbəsində Çinin maraqlarında olan bir məsələdir. Yəni Çin də Rusiyanın həyata keçirdiyi bu aqressiv siyasəti və separatçı rejimlərin dəstəklənməsini və nəhayətdə həmin regionların Rusiyanın daxilinə əlavə etməsini dəstəkləmir.

Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirdiyi fikirlər də onu göstərir ki, Qazaxıstan heç bir halda Rusiyanın aqressiv xarici müdaxilələrində iştirak etmək niyyətində deyil. Bu artıq Qazaxıstanın öz seçimini etməsi deməkdir və bu seçim heç də Moskvadan yana deyil, bəlkə də Moskvaya qarşıdır.

Rusiyanın Qazaxıstanla Avrasiya İqtisadi İttifaqında və KTMT-də müttəfiq olduqlarını nəzərə alarsaq, Tokayevin məhz Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl edəcəklərini söyləməsi əslində hər iki ittifaqın - həm Avrasiya İqtisadi İttifaqının, həm də KTMT-nin formal bir ittifaq olduğunu göstərdi. Bu da onu deməyə əsas verir ki, Rusiyanın postsovet ölkələri ilə yaratdığı bu ittifaqlar Ukrayna müharibəsindən sonra dağıla bilər. Hər halda nisbətən Belarusu istisna etməklə, bu iqtisadi və hərbi ittifaqlar çərçivəsində Rusiyaya dəstək verən ölkə yoxdur.

Fərhad Məmmədov: “Rusiyanın zəifliyinin geosiyasi və iqtisadi nəticələrini biz yaxın 3-5 ildə də görəcəyik”.

Bütün bunlar onu göstərir ki, Rusiyanın mövqeləri həm iqtisadi, həm də siyasi cəhətdən zəifləyib. Bu da Qərbin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyaların nəticəsidir. Rusiyanın bu zəifliyinin geosiyasi və iqtisadi nəticələrini isə biz yaxın 3-5 ildə də görəcəyik.

Eyni zamanda bütün bunlar Rusiyanın mövqeyinin nə qədər itirdiyinin göstəricisidir ki, ən yaxın müttəfiqləri belə, Ukraynaya mdaxilə məsələsində Moskvanı haqlı görmürlər. Təbii ki, baş verənlər Moskvanın heç də arzulandığı və xoşlandığı bir vəziyyət deyil. Lakin Kremlin bütün ətrafı ilə savaşmağa imkanları da yoxdur. Ona görə də hesab edirəm ki, Rusiya Qazaxıstanla dil tapmağa çalışacaq. Hazırda qarşılıqlı olaraq neft və kömür nəqlinə qoyulan qadağaların da uzun sürməyəcəyini düşünürəm.

Əslində bu baş verənlər Rusiya üçün çox qorxulu situaslyadır və biz bu situasiyanın yaratdığı geosiyaso və iqtisadi, o cümlədən hərbi nəticələrini bir neçə ildən sonra görməyə başlayacağıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Hərbçimiz qətlə yetirilib, tutulan var - Yenilənib

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

Ərdoğan və Zelenski arasında görüş olub - Yenilənib

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

Ən çox oxunanalar