Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Abbasov: “Rusiya və KTMT qoşunları Ukraynaya girə bilər” - Müsahibə

Politoloq: “İlk dəfə idi ki, ABŞ öz qəzəbini, nifrətini son dərəcə sərt şəkildə Rusiyaya çatdırdı”

ABŞ Çin və Rusiya ilə hər hansı bir tərzdə qarşıdurmaya gedəcək. Bu qaçınılmaz görünür”.

ABŞ-RusiyaNATO-Rusiya münasibətləri son Cenevrə danışıqlarından sonra cığırından çıxıb və tərəflərin ictimaiyyətə verdikləri mesajlardan isə belə görünür ki, ABŞRusiya bundan sonra qarşılıqlı olaraq bir-birlərinin “qırmızı xəttlərini” keçəcəklər. Tərəflərin geri çəkilmək imkanları isə günü-gündən məhdudlaşır və aydındır ki, hər iki tərəfdən biri geri addım atarsa, bu həmin tərəfin böyük geosiyasi məğlubiyyətinə yol açacaq.

Bu gün isə Cenevrə də ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş baş tutacaq və yəqin ki, bu görüşdə də hər hansı bir razılaşma olmazsa, tərəflər böyük ehtimalla gərginliyi daha da yüksəldəcək addımlar atacaqlar.

Amerika mediası isə ABŞ və onun müttəfiqləri ilə Rusiya arasında danışıqlar ərəfəsində - Amerika administrasiyasındakı mənbələrə istinadən - Ukraynaya qarşı genişmiqyaslı işğal halında Moskvaya qarşı tətbiq edilə biləcək mümkün sanksiyaların siyahısını dərc edir.

“New York Times”, “Reuters”, “AP”, “Bloomberg” və digər nəşrlər tərəfindən dərc olunan mümkün sanksiyaların siyahısı eyni olsa da təfərrüatları bir qədər fərqlidir.

Bu isə daha çox mümkün sanksiyaların yekun siyahısının hələ təsdiqlənməməsi ilə izah edilir.

PİA.az Rusiya-NATO, Rusiya-ABŞ münasibətlərini və münasibətlərdəki son vəziyyəti politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Danışıqlar masası ətrafında situasiya çox qaynardır. Hətta deyərdim son həddə çatmaq üzrədir”.

PİA.az politoloq Tofiq Abbasov ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Tofiq bəy, Rusiya-NATO, Rusiya-ABŞ münasibətlərindəki gərginlik qırılma nöqtəsinə qədər inkişaf edə bilərmi?

- Necə ki, əvvəlki dövrlərdə ABŞ-RusiyaNATO-Rusiya arasında gərginlik var idi, indi də mövcuddur. Bu həmişə belə olub və fikrimcə belə də davam edəcək. Çünki bu münasibətlərdə barışmaq və dinc şəkildə birlikdə addımlamaq üçün üçün zəmin yoxdur. Söhbət amansız qarşıdurmadan gedir. ABŞ və ruslar antiqonsit tərəflərdir. Yəni onların barışmaq şansları sıfıra bərabərdir.

Biz görürük ki, hər iki tərəfdən çığallıq notları özünü büruzə verir. İlk növbədə 1980-ci illərin əvvəllərində Mixail Qorbaçovun yarıtmaz siyasəti nəticəsində Sovet İttifaqı bütün strateji mövqelərini qarşı tərəfə verdi. Faktiki olaraq Sovet İttifaqı təslimçilik siyasətini həyata keçirdi. ABŞ-a rəhbərlik edənlər də bu vəziyyətdən məharətlə istifadə etdilər. Qorbaçovun xahiş etdiyi, sonra isə artıq zəifləmiş Rusiyanın prezidenti Baris Yelsinin istədiyi ondan ibarət idi ki, NATO şərqə doğru hərəkətini gücləndirməsin. Amma əslində ABŞ bu zəmanəti vermişdi. Onlar bildirmişdilər ki, əgər Sovet İttifaqı öz qoşunlarını şərqi Avropdan sosialist ölkələrinin respublikalarının ərazilərindən çıxaracaqsa, NATO yerindən tərpənməyəcək. Amma sonralar biz gördük ki, NATO öz dediyinin üzərində durmadı. NATO faktiki olaraq Rusiyanı aldatdı və çığallıq edərək Rusiya sərhədlərinə qədər irəlilədi.

Tofiq Abbasov: “Rusiya orudsunun Baş Qərargah rəhbərləri birdən ayılıb gördülər ki, ABŞ demək olar Rusiya Federasiyasının 90 faizini strateji nüvə başlıqları ilə əhatə edib”.

2000-ci illərin əvvəllərində ABŞRusiya arasında artıq strateji silahların yerləşdirilməsi barədə razılaşma əldə olundu. Rusiya orudsunun Baş Qərargah rəhbərləri birdən ayılıb gördülər ki, ABŞ demək olar Rusiya Federasiyasının 90 faizini strateji nüvə başlıqları ilə əhatə edib. Yəni müharibə başlasaydı Rusiyanın 90 faiz ərazisi sıradan çıxarılacaqdı.

Bu məsələdə isə ABŞ biclik işlətmişdi. Onlar quru ərazilərdə deyil, gəmilərdə nüvə başlıqlı strateji silsahlar yerləşdirmişdilər. Bu Rusiya hərbi-siyasi dairələrində şok effekti yaratdı. Ancaq onlar bu hadisəni səsə salmadılar və fərqi aradan qaldırmaq üçün çalışmağa başladılar.

2010-2012-ci illər civarında artıq strateji balans əldə olundu. Yəni Rusiya əks tədbirlər gördü, yaxın mənzilli strateji silahların nüvə başlıqlarını istehsal etdi və qarşı tərəfin hədəflərinə istiqamətləndirdi. Bu haradasa, bir qədər balans yaratdı.

- Bəs NATO-RusiyaRusiya-ABŞ münasibətlərində indi nə baş verir? Əgər balans varsa, onda niyə tərəflər arasında anlaşılmazlıq hər gün daha da artır?

- Çünki Ukrayna və Gürcüstanın NATO-a daxil olma məsələsi gündəmdədir. Ukrayna və Gürcüstanın NATO-a daxil olması əslində Qara dənizin tamamilə NATO-nun nəzarəti altına keçməsi və bu hövzədə Ruisyanın faktiki olaraq mühasirəyə alınması anlmaına gəlir. Rusiya isə artıq ultimativ şəkildə bildirir ki, əgər bu proses baş verərsə, onlar birmənalı olaraq Ukrayna ərazisinin hamısını işğal edəcəklər. ABŞ burada da dirəniş göstərir və bildirir ki, onlar Rusiya ilə bu prosesləri müzakirə etməli deyillər. Çünki beynəlxalq hüquqa görə hər bir ölkənin NATO-ya girmək hüququ var və Rusiya bu ölkələrə qadağa qoya bilməz. ABŞ həmçinin bildirir ki, əgər söhbət strateji silahların birbaşa Rusiya sərhədlərində yerləşdirilməsindən gedirsə, Rusiya bu məsələləri Şərqi Avropa ölkələri ilə, o cümlədən Gürcüstan ilə, Ukrayna razılaşdırmalıdır. Təbii ki, Ukrayna və Gürcüstan bunun müqabilində Rusiyanın nəzarəti altında olan ərazilərinin işğaldan axzad olunmasını tələb edəcəklər ki, bu Rusiya üçün qəbuledilməz şərtdir. Hər halda Moskvada elə hesab edirlər və bu tələbin qarşısında Moskva bütün Ukraynanı işğal edə biləcəyini də gizlətmir.

Son Cenevrə görüşləri, diplomatların ikitərəfli təmasları onu göstərir ki, ABŞRusiya həqiqətən də barışmaz mövqedən çıxış edirlər. Hətta onların danışıq tərzləri də son dərəcə aqressivdir. Nə ABŞ, nə də Rusiya bu prosesdə yumuşaqlıq göstərmək niyyətində deyillər və belə görünür ki, geriyə addım atmaq hər iki tərəf üçün imkansız hala gəlib. Hətta tərəflərin qarşılıqlı olaraq güzəştə getmələri də artıq imkansız kimi görünməkdədir.

- Bu vəziyyətdə 2022-ci ildə ABŞ-RusiyaNATO-Rusiya münasibətlərini necə proqnozlaşdırardınız? Tərəflərin geri addım atmaması halında, yəni Gürcüstan və Ukraynanın NATO-ya üzv olması məsələsi ortadan qalxmayacağı təqdirdə Putinin qlobal müharibə üçün addımlar ata biləcəyinə ehtimal verirsinizmi?

- Təsadüfü deyil ki, artıq Rusiya Ukrayna sərhəddinə 100 mindən çox ordu toplayıb. Əgər A planı həyata keçməsə, ola bilsin ki, B planı reallaşsın. Yəni Rusiya və KTMT qoşunları Ukraynaya girə bilərlər. İnanmıram vəziyyət bu hala gəlib çıxsın. Amma hər halda danışıqlar masası ətrafında situasiya çox qaynardır. Hətta deyərdim son həddə çatmaq üzrədir. Ola bilər ki, bu gün Cenevrədə Blinkinlə Lavrovun son görüşü olsun. Düşünürəm ki, nə Moskva, nə də Vaşinqton geriyə addım atmayacaqlar.

Tofiq Abbasov: “Nə Moskva, nə də Vaşinqton geriyə addım atmayacaqlar”.

Məsələ ondadır ki, beynəlxalq siyasi proseslər sözün əsl mənasında bazar qaydaları ilə idarə olunur. Yəni bir ölkə nəyisə almaq istəyirsə, gərək onda nəyisə qurban versin. Hətta güclü olsa belə. Burada mübadilə prinsipi işləyir. Nəyisə almaq istəyirsənsə, nəyisə verməlisən. Bir daha qeyd edim ki, son danışıq tonu heç də yumşalmalardan xəbər vermir. İlk dəfə idi ki, ABŞ öz qəzəbini, nifrətini son dərəcə sərt şəkildə Rusiyaya çatdırdı.

Ola bilsin ki, burada Avropa İttifaqı barışdırıcı rolda çıxış etsin. Bu istisna olunmur. Düzdür, indi Avropa Birliyinin aparıcı dövlətlərinin hamısı NATO üzvüdür. Onlar da ABŞ-la eyni məntiqdən çıxış edirlər. Buna baxmayaraq rəsmi Brüssrel Avropada gedən geosiyasi proseslərin fəal iştirakçısıdır. Aİ-nin Rusiyaya qarşı sanksiyaları hələ də ABŞ-la razılaşdıra bilməməsi ondan xəbər verir ki, Aİ hansısa çıxış yolu axtarır və son anda Berlin və Paris tərəflərin qızğın havalarını bir qədər soyuda bilərlər.

Əslində ABŞ-ın strateji cəhətdən özünə təhlükəli saydığı rəqibi, düşməni Çindir. Amma ABŞ-ın Çinlə açıq müstəvidə qarşıdurmaya getməzdən əvvəl Qərbdəki təhlükəni, yəni Avropanın şərqindəki təhlükəni ortadan qaldırmaq isəyir. Çünki Vaşinqton güclü Rusiyanı Qərbdə buraxıb Sakit Okean hövzəsində Çinlə üz-üzə gəlməyi bağışlanılmaz səhv olaraq görür və strateji olaraq bu məsələdə təbii ki, haqlıdır.

Tofiq Abbasov: “ABŞRusiya öz silahlarının potensialının hesabına ən güclü dövlətlər olsalar da, onların öz maraqları naminə bütün dünyanı dağıtmaq, məhv eləmək kimi haqqları yoxdur”.

- Tofiq bəy, siz dediniz ki, KTMT Rusiya ilə birlikdə Ukraynaya girə bilər. Belarusu istisna edərsək, digər KTMT ölkələri buna gedərmi?

- Qazaxıstanda son baş verən hadislər zamanı KTMT-nin bu ölkəyə girməsi üçün nə hüquqi baza vardı, nə də zərurət. Mən hesab edirəm ki, Qazaxıstana KTMT qoşunlarının girməsi bir növ Ukrayna öncəsi məşq idi. İndi isə KTMT rəhbərliyinindən və Rusiya rəsmilərinin dilindən KTMT-ni daha da gücləndirmək barədə təkliflər eşidirik. Lakin digər KTMT ölkələrinin hansı mövqedən çıxş etməsini zamanla görəcəyik. Yəni müharibdə baş verərsə. Biz sadəcə arzu edək ki, məsələlər o səviyyəyə çatmasın.

- Bəs bu il ABŞ-RusiyaNATO-Rusiya gərginlik xəttində bu və ya digər şəkildə sınma ola bilərmi? Yəni vəziyyətə görə tərəflərdən biri, ya da qarşılıqlı olaraq geri addım ata bilərmi? Bunu ona görə soruşuram ki, bir çox rus ekspertləri hesab edirlər ki, Putin müharibəyə getməyəcək və onun əsas məqsədi gərginliyi son həddə çatdıraraq NATO-nu parçalamaqdır. Çünki Avropa İttifaqı hər bir halda Rusiya ilə hərbi qarşıdurmaya neqativ baxır.

- Mən elə başa düşürəm ki, ABŞ Çin və Rusiya ilə hər hansı bir tərzdə qarşıdurmaya gedəcək. Bu qaçınılmaz görünür. Buna görə də ola bilsin toqquşmalar baş versin. Yəni bu istisna olunmur. Çünki əsəblər tarıma çəkildiyi vaxt əgər hər hansı bir tərəfdən səhv addım atılsa, demək olar ki, o prosesin qarşısını almaq mümkün olmayacaq. Amma Çin burada son dərəcə soyuqqanlıqla hərəkət edir. Hələ ki, Çinin səsi çıxmır.

Putinin isə gərginliyin ən son halında geri çəkiləcəyini mən düşünmürəm. Yuxarıda da dediyim kimi, hər hansı bir tərəfdən səhv addım atılsa, müharibəni önləmk çox çətin olacaq. Ona görə də hesab edirək ki, Avropa İttifaqı elə indidən gərginliyin azaldılması üçün müəyyən addımlar atmalı və kompramis təkliflər irəli sürməlidir. Ən azından Putini və Zelenskini Türkiyədə görüşdürmək istəyən Ərdoğan qədər gərginliyin azaldılmasını istəməlidirlər və bunda səmimi olmalıdırlar.

ABŞRusiya gərək yaddan çıxarmasınlar ki, onların qarşıdurmasında üçüncü tərəf də var. Söhbət Çindən getmir. Söhbət Dünya Birliyindən gedir. Gərək Dünya Birliyi özünün mövcudluğunu müvafiq tərzdə göstərsin və özünü müdafiə etsin. Üçüncü dünya ölkələri, o cümlədən Qoşulmama Hərakatı ölkələri BMT səviyyəsində bu məsələlərin müzakirəsini tələb edərək müharibəni önləməyə çalışmalıdırlar. Çünki ABŞRusiya öz silahlarının potensialının hesabına ən güclü dövlətlər olsalar da, onların öz maraqları naminə bütün dünyanı dağıtmaq, məhv eləmək kimi haqqları yoxdur. ABŞRusiya yaddan çıxarmamalıdır ki, onların törədə biləcəkləri dəhşət, yəni nüvə silahı istifadə olunsa, bütün insanları, xalqları, bütün planetin canlılarını təhlükə altında qoyacaq.

Buna görə də üçüncü tərəf qismində gərək Dünya Birliyi özünün təsirlərini, mövqeyini bildirsin. Dünya Birliyi ABŞRusiyadan çox dərinə getməməklərini tələb etməlidirlər.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar