Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” 

Əsasən qəlpə yaraları alan hərbçilərimizə daha çox rast gəlinirdi...

“Bir hərbçimizin ayağı travmatik amputasiya olunmuşdu, o, inadla geri, döyüş meydanına qayıtmaq istəyirdi. Biz ona dedik ki, sən heç ayaq üstə dura bilmirsən, necə girəcəksən döyüşə? Cavabında dedi ki, mənə ayaq üstə durmaq lazım deyil, biz orada sürünərək hərəkət edirik”.

Oxu.Az 44 günlük Vətən müharibəsinin iştirakçısı, Müdafiə Nazirliyinin tibb xidməti polkovniki Asəf Məmmədov ilə müsahibəni təqdim edir:

- İstərdim, iki il əvvələ qayıdaq, müharibə başlayan zaman xidmətinizi harada davam etdirirdiniz?

- Müharibə başlayan vaxt mən Gəncə Qarnizonunun hərbi hospitalında xidmət edirdim. Amma xidməti zərurətlə əlaqədar olaraq KəlbəcərQubadlı istiqamətlərində səhra hospitalları açılırdı. Biz də fəaliyyətimizi həmin hərbi hospitallarda davam etdirirdik.

- Bəs oradan başqa istiqamətlərə göndərilirdiniz?

- Əsasən Qubadlı istiqamətində təxliyə çox olurdu. Yaralılar və xəsarət alanlar döyüş meydanından çıxarılır, birbaşa bizim səhra hospitallarına gətirilirdilər. Səhra hospitalları əsasən döyüş meydanlarına yaxın ərazilərdə yerləşirdi. Ona görə ki, yaralılara yardım göstərmək üçün vaxt itkisi olmasın.

Həmin səhra hospitalları ən müasir tibbi texnikalar, ən müasir müayinə üsulları üçün zəruri olan bütün avadanlıqlarla tam təchiz edilmişdi. Cəbhədə Bakı şəhərində ən qabaqcıl klinikaların göstərə biləcəyi səviyyədə tibbi yardım göstərmək üçün şəraitimiz var idi. İnanın ki, bütün təchizatla təmin olunmuşduq. Hospitala daxil olan yaralılar əməliyyat olunurdular, ilkin tibbi yardım göstərilirdi, sağalanlar, yüngül yaralananlar yenidən döyüş meydanına getmək istədiklərini deyirdilər. Sonrakı mərhələdə müalicəyə ehtiyacı olanlar isə digər tibb müəssisələrinə təxliyə olunurdular.

- Daha çox hansı nayihədən yaralanan hərbçilərimiz olurdu?

- Vətən müharibəsi dünya mətbuatında çox işıqlandırılıb. Həmişə də xarici mütəxəssislər Vətən müharibəsi haqqında beşinci nəsil müharibə, dronların müharibəsi, elektron müharibə kimi terminlərdən istifadə edirdilər. Bu heç də təsadüfi deyil. Çünki ordumuz ən müasir silah və texnika ilə təchiz olunub. Təbii ki, düşmən də boş oturmur, onlar da güclənmək üçün özünəməxsus addımlar atırdılar. Ona görə də əsasən qəlpə yaraları alan hərbçilərimizə daha çox rast gəlinirdi.

Eyni zamanda, ətrafların yaralanması ilə bağlı çoxsaylı müraciətlər olurdu ki, tibb personalının peşəkarlığı sayəsində həmin ətrafların amputasiyasını da minimuma endirirdik. Birinci Qarabağ müharibəsində bənzər yaralanmalar orqan amputasiyasına səbəb olurdu. Bizdə bu hallar minimuma endirildi.

- Yaralıları döyüş meydanından çıxararkən hansı çətinliklərlə üzləşirdiniz?

- Bunun müxtəlif çətinlikləri var idi. Düzdür, bizi heç bir çətinlik qorxutmurdu. İstənilən çətin vəziyyətdən çıxış yolu tapırdıq. Bəzən həyatla uzlaşmayan ağır xəsarətlər alan hərbçilərimiz olurdu. Bu kimi hallarda həmin yaralıları Bakı şəhərində yerləşən Hərbi Hospitala göndərmək zərurəti yaranırdı.

- Məsafə uzaqlığı vaxt itkisi riski yaradır. Həyati təhlükəsizliyi necə təmin edirdiniz?

- Baxmayaraq ki, biz müasir tibbi avadanlıqlarla təmin olunmuşduq, müasir ambulanslarımız vardı, məsafə uzaq olduğundan bəzi hallarda vaxt itkisi olmasın deyə aviasiyadan da istifadə edirdik. Həmin o sanitar aviasiyaya daxil olan vertolyotların özündə belə, həkim-reanimatoloq, digər personal var idi. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş helikopterlərə sahibik. Onların vasitəsilə ehtiyac olan yaralını ən qısa müddətdə Bakıdakı Hərbi Hospitala çatdırırdıq.

- Fəaliyyət göstərdiyiniz səhra hospitallarındakı tibb xidməti əməkdaşları arasında şəhid olanlar oldumu?

- Bizim fəaliyyət göstərdiyimiz səhra hospitallarında bir nəfər də şəhid olmayıb. Təbii ki, bu, adi bir cümlə deyil, bunun arxasında böyük bir zəhmət, fədakarlıq, təcrübə və ruh yüksəkliyi var idi. Bizim həkimlərin, tibb zabitləri və digər tibb personalının yüksək peşəkarlığı nəticəsində hamısının həyatı xilas olundu. Bizim istiqamətdə olan həkim və tibb personalından şəhid olanlar olmasa da, təəssüf ki, tibb xidmətinin bir neçə zabiti şəhadətə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

- Döyüş zamanı təcili yardım maşınları da hədəfə alınırdı. Heç döyüş meydanından çıxara bilmədiyiniz hərbçilər oldumu?

- Döyüş meydanından götürə bilmədiyimiz yaralı olmadı. Tibb personalının fədakarlığı sayəsində bütün yaralılar dərhal döyüş meydanından çıxarılırdılar. Bizim zabitlərimiz həyatlarını təhlükəyə ataraq onları xilas edirdilər. Ordunun bütün şəxsi heyəti ilkin tibbi yardım göstərilməsi qaydaları barədə məlumatlandırılırdı, onlar vaxtaşırı hazırlıq keçirlər, hər bir yaralanan əsgər, zabit özü-özünə ilkin tibbi yardım göstərmək bacarığına sahibdir.

- Səhra hospitalları açılarkən daha çox hansı məqamlara diqqət edirdiniz?

- Biz səhra hospitalını açmamışdan qabaq orada tibbi kəşfiyyat işləri aparmışdıq. Bu kəşfiyyatın məqsədi o idi ki, səhra hospitalı elə yerdə yerləşməlidir ki, həm döyüş meydanına ən yaxın məsafədə olsun, həm də şəxsi heyətin təhlükəsizliyi nəzərə alınsın. Bütün bunlar qabaqcadan hesablandığına görə bizim şəxsi heyət arasında itki olmadı. Yaralılarımız oldu, amma şəhid olmadı.

- Müharibədə fəaliyyətiniz zamanı yadınızda qalan ən kritik məqam hansıdır?

- Düşmən tibb xidməti avtomobillərimizi də hədəfə alırdı. Onun üçün müqəddəs heç nə yoxdur. Lakin xatırladım ki, beynəlxalq qanun və konvensiyalar var ki, o qanunvericiliklərə əsasən, hospitallara, təxliyə və təcili yardım maşınlarına atəş açmaq qadağandır. Təəssüf ki, düşmən üçün bunların heç bir əhəmiyyəti yox idi. O, gördüyü hər bir şeyi hədəf kimi qəbul edirdi. Buna baxmayaraq, biz düşməndən çəkinmədik, şəxsi heyət imkan vermədi ki, hansısa bir yaralı tibbi yardımsız qalaraq şəhid olsun. Bu mənada müharibənin hər anı, hər dəqiqəsi yaddaqalan və bir o qədər də kritik idi. Əsas təsiredici məqamlardan biri də o idi ki, bir hərbçimizin ayağı travmatik amputasiya olunmuşdu, o, inadla geri, döyüş meydanına qayıtmaq istəyirdi. Biz ona dedik ki, sən heç ayaq üstə dura bilmirsən, necə girəcəksən döyüşə? O isə cavabında dedi ki, mənə ayaq üstə durmaq lazım deyil, biz orada sürünərək hərəkət edirik.

Əlavə olaraq, yüngül yaralılar, demək olar ki, müalicədən imtina edib döyüş meydanına, yoldaşlarının yanına qayıdırdılar. Bəzən onları sakitləşdirmək üçün saatlarla söhbət aparmalı olurduq. Onları başa salırdıq ki, sən artıq vəzifəni layiqincə icra etmisən, qazisən və sənə müalicə lazımdır. Amma buna baxmayaraq, əsgər və zabitlərimizdə olan ruh yüksəkliyi onları məcbur edirdi ki, döyüş meydanına qayıtsınlar.

- Təəssüf ki, bu ay düşmən daha bir təxribata cəhd etdi və ordumuz bu təxribatın da qarşısını aldı. Azərbaycan Ordusunun, hərbiyə can atan indiki nəslin vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

- Bir məsələni bilmək lazımdır ki, bizim yerləşdiyimiz coğrafiyada mənfur düşmənlə qonşuluq düşüb taleyimizə. Bunun üçün də biz həmişə, hər an döyüşə hazır olmalıyıq. Azərbaycan gənci, Azərbaycan xalqı həmişə Ordunun yanında olduğu kimi, bundan sonra da ona dəstəyini əsirgəməməlidir. Son illərdə, onsuz da, gənclərimizdə orduya böyük maraq var, amma maraq daim olmalıdır. Ordu cəmiyyətin bir hissəsidir. Ordudakı hərbçilər, əsgər və zabitlər də insandır, bizdən biridir. Onların da hansısa bir problemi ola bilər, amma ümumilikdə ordu haqqında yalnız müsbət düşünülməlidir, hərbçiyə xüsusi hörmət olmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əsas baş rolda Vasif Talıbov və ona himayədarlıq edənlərdir” - Hafiz Hacıyev

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycanda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı - Səbəb

Misir Mərdanov Emin Əmrullayevlə fotosundan danışdı

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin edilən şəxs kimdir? - Dosye 

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin edildi

Yeni təyin olunan Naxçıvan Baş Gömrük Komitəsinin rəisi kimdir? - Dosye

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

Türkiyədə benzin Azərbaycandan ucuzdur – Avropa ölkələrinin tam siyahısı

Molla rejiminin islam yalanı və müsəlman dünyasına qarşı İran-ABŞ müttəfiqliyi…

Millət vəkili arvadının belə saymadığı partiya sədrindən danışdı - Video

Ən çox oxunanalar