Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Təyyarə qaçıran, paraşütlə tullanıb qeyb olan terrorçu – Den Kuperin öldü-qaldısı bilinməyib

Həmin gün ABŞ-ın “Northvest Orient Airlines” şirkətinə məxsus “Boeing 727-51” təyyarəsi Portland – Sietl reysi üzrə uçub. Təyyarənin sərnişin tutumu 96 nəfərlik olsa da, uçuş üçün cəmisi 37 nəfər bilet alıb. Onlardan biri də Den Kuper olub, reysin icrasından sonra dünyada məşhurlaşan Kuper.
Hadisə 24 noyabr 1971-ci ildə baş verib və bu, dünya aviasiya tarixində nadir hadislərdən biri olub ki, təyyarəni qaçıran şəxs tələb etdiyi şərtlərə əməl edildikdən sonra cəzadan yayına bilib, ələ keçməyib, böyük “peşəkarlıqla” aradan çıxmağı bacarıb.

Oturacağı təyyarə salonunun arxa hissəsinə düşən Kuper uçuşa yarım saat qalmış digər sərnişinlər kimi öz yerini tutub, qazlı su sifariş edib, pulunun qalığını stüardessadan almayıb, mədəni rəftarı ilə diqqəti cəlb edib.

Saat 14.50-də təyyarə havaya qalxıb. 8 dəqiqə keçdikdən sonra Kuper yaxınlığında xidməti oturacaqda əyləşən stüardessaya qeydlər olan kiçik bir kağız parçası ötürüb. Stüardessa kağızı oxumadan cibinə qoyub, zənn edib ki, Kuper də onunla tanış olmaq, telefon nömrəsini almaq istəyən növbəti sərnişinlərdən biridir. Amma saniyələr keçməmiş o, yanıldığını anlayıb. Belə ki, Kuper bir az ona tərəf əyilərək pıçıldayıb:


- Xanım, yaxşı olardı ki, siz o kağızı oxuyasınız. Məndə bomba var.

Bu ifadədən sonra stüardessa kağızı tələsik cibindən çıxararaq oxuyub: “Mənim çantamda bomba var. Zəruri sayacağım halda ondan istifadə edəcəyəm. Mən istərdim ki, siz mənim yanımda əyləşəsiniz”.

Stüradessa yerini dəyişib, bütün bunların bir zarafat olduğuna inanmaq istəyən gənc bələdçi xanın üzünü Kuperə tutub:

- Siz çantanızdakı bombanı mənə göstərə bilərsiniz?

Kuper çantasını açıb, stüardessa məsələnin nə qədər ciddi olduğunu dərhal anlayıb.

Təhlükəli sərnişin vaxt itirmədən şərtlərini stüardessaya diktə edib:

- Heç bir əlavə hərəkət etmədən pilotların yanına keçin. Mənim 3 tələbim var, 20 dollarıq əskinazlarda 200 min dollar, dörd komplekt paraşüt, Sietldə təyyarəni yanacaqla doldurmaq.

Bələdçi xanım şərtləri pilotlara çatdırıb, yerlə əlaqə yaradılıb. Bir neçə dəqiqədən sonra Kuperə bildiriblər ki, bütün şərtlərinə əməl ediləcək.

Təyyarə Sietl hava limanına enib. Kuper pilotlara göstəriş verib ki, təyyarəni kənarda saxlasınlar. Həmçinin o, salonun işıqlarının söndürülməsini də əmr edib ki, snayperlər onu hədəfə ala bilməsinlər.
Bir neçə saatdan sonar təyyarəyə 200 min dollar pul, dörd paraşüt gətirilib. Xüsusi xidmət orqanları əməkdaşları Kuperlə danışmaq istədiklərini bildirsələr də, o, bütün təkliflərdən imtina edib. Şərtlər yerinə yetirildikdən sonar Kuper bütün sərnişinləri buraxıb, təyyarədə 4 nəfər heyət üzvünü saxlayıb.
Təyyarə yenidən saat 19.40-da havaya qalxıb. Kuper Kanadaya uçmağı əmr etdikdən sonra salonda olan heyət üzvlərinin hamısının pilot kabinəsinə keçməsini əmr edib. Təyyarənin arxasınca havaya ABŞ hərbi hava qüvvələrinin iki qırıcısı da qalxıb.

Əvvəlcə elə düşünülüb ki, Kuper dörd paraşütü təyyarənin heyət üzvlərindən üçü üçün götürüb, məqsədi onları girov götürmək olub. Mütəxəssilər isə belə qənaətə gəliblər ki, Kuper təyyarədən tullanmayacaq. Çünki sözügedən təyyarədən paraşütlə tullanmaq üçün yüksək peşəkarlıq lazımdır.
Saat 20.30-da pilotlar kabinədə sərnişinlər üçün qapının açıldığını işarə edən qırmızı işığın yandığını müşahidə ediblər. Az sonra işıq sönüb. Təxminən yarım saatdan sonra təyyarənin arxa hissəsində yük qapısının açıldığını göstərən qırmızı işıq yanmağa başlayıb. Aldadıcı manevrlər Kuperin təyyarədən tullanıb-tullanmadığını sual altında qoyub. Heyət üzvlərindən heç kim salona keçməyə cürət etməyib. Çünki Kuper salona keçəcəkləri halda bombanı partladacağı barədə əvvəlcədən onlara sərt şəkildə xəbərdarlıq edib.

Qapıların açılması nəticəsində içərdəki hava təzyiqindən müvazinətini itirən təyyarəni pilotlar çətinliklə idarə ediblər. Saat 22.15-də təyyarə Rino şəhərindəki aeroporta enib. Təyyarəni “qarşılayan” FTB əməkdaşlarının, polislərin planlaşdırdıqları əməliyyatlar həyata keçməyib. Çünki Kuper təyyarədə olmayıb.

Mütəxəssilərin söylədiklərinə görə, Kuperin həm aviasiya sahəsində, həm də hiyləgərlikdə yüksək peşəkarlığı olub. O, iki dəfə təyyarənin ayrı-ayrı qapılarını açmaqla tullanmaq vaxtınının dəqiqləşdirilməsinə əngəllik yaradıb. Digər tərəfdən, Kuper böyük risk edərək təyyarənin buludlar arasında, yaxud da qaranlıq səmanın görünməsi çətin olan yerində uçanda tullanıb ki, təyyarəni müşayiət edən qırıcıların nəzərindən yayına bilib.

Ehtimal olunub ki, Kuper ya Vaşinqtonun cənub-qərb hissəsində, ya da Portland yaxınlığında Mervin gölü ərazisində tullanıb. Uzun-uzadı axtarışlar heç bir nəticə verməyib. Hətta ən kiçik izlər belə aşkar olunmayıb. Hadisə ilə bağlı açılmış cinayət işinin qovluqları 5 ildən sonra bağlanaraq arxivə göndərilib.

Yalnız 9 ildən sonra, 1980-ci ildə iki nəfərin Portland yaxınlığındakı meşədən hamısı 20 dollarıq əskinazlar olan 5800 dollar tapması FTB-ni yenidən bu məsələyə qayıtmağa məcbur edib. Əskinazlar məhz Kuperə verilən pullar olub. Ehtimal olunub ki, Kuper əskinazların əvvəlcədən nömrələrinin götürüldüyünü, işarələndiyini bildikdən sonra pullardan imtina edərək onları atıb. Bu ehtimalda ortaya sual çıxıb. Bəs onda pulların qalan hissəsi niyə tapılmayıb? Digər ehtimala görə Kuper tullananda sağ qalmayıb. Bu ehtimalın ətrafında da çoxsaylı suallar meydana gəlib. Onun cəsədinin, paraştünün, çantasının, pulların tapılmaması bütün ehtimalları alt-üst edib.

Beləliklə, Kuper dünya aviasiya tarixində təyyarə qaçıran, şərtlərinin əməl olunmasına nail olan, terrora görə cəzasız qalan cinayətkar kimi adını terror tarixinə həkk edib.

Qeyd edək ki, hadisə ilə bağlı açılan cinayət işində FTB 1000 nəfərdən artıq adamı sorğu-suala tutub. ABŞ-da rəsmi qeydiyyatda olan Kuper soyadı daşıyanların, demək olar ki, hamısı dindirilib, amma onların heç birinin Den Kuperlə bağlılığı olmayıb.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək - İddia

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

İmam köməkçisi Ərdoğan və Əliyevdən sitat gətirdiyi üçün mühakimə olunur - Rusiyada...

Ən çox oxunanalar