Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təyyar Eyvazov: “Özünü narahat hiss edən şəxslər evdə qalmalı və təcrid olunmalıdırlar”

"Payız-qış fəslində digər respirator viruslar da inkişaf edir. Koronavirusun əlamətləri də həmin xəstəliklərin əlamətləri ilə oxşardır".

PİA.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, oxşar əlamətləri xəstəlik üzrə fərqləndirmək çətin olur: “Ona görə də özünü narahat hiss edən şəxslərin evdə qalmaları məsləhətdir. Özlərini mütləq təcrid etməlidirlər. Maska taxılmalı, otağın havası tez-tez dəyişdirilməli, gigiyenik qaydalara ciddi əməl edilməli və ailə həkiminə müraciət etmək lazımdır. Həmin şəxslərin koronavirus və ya digər xəstəlikdən əziyyət çəkməsi müəyyənləşdirilməlidir. Ehtiyac olduğu təqdirdə test götürülə bilər”.

“Ev daxilində olan insanların xəstəliyə qarşı statusu fərqli ola bilər. Çünki insanlar fərqli doza ala, yaxud peyvəndə qarşı həssaslığı ola bilər. Buster doza alanlar xəstəliyi yüngül keçirir, eləcə də xəstəliyi yayma ehtimalı da aşağı düşür. Odur ki, əvvəlki dozalar qüvvətliliyini itirdiyindən, “Omikron” ştamının yoluxuculuğunu nəzərə alaraq buster doza qəbul edilməlidir”, - o vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar