Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar: Döyüb, nömrəsiz maşınla aparıblar - İddia

Tərtərdə 21 yaşlı qız qaçırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, 21 yaşlı qız naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırılıb.

Qızın anasının yanında döyülərək qaçırıldığı iddia olunur. Məlumatda qeyd edilir ki, sözügedən qız daha əvvəl də - 31 may 2022-ci il tarixində razılığı olmadan Ağdaşda oxuduğu kollecin qarşısından qaçırılıb, lakin ailə tərəfindən öz evinə qaytarılıb.

Hadisə növbəti dəfə ötən gün saat 12 radələrində təkrarlanıb. İddiaya görə, dörd nəfər nömrəsiz avtomobil ilə qızı anasının yanından yenidən qaçırıb. Ailənin hadisə ilə bağlı Tərtər rayon hüquq-mühafizə orqanlarına məlumat verdiyi, eləcə də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət belə etdiyi qeyd edilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirib ki, bu barədə iyunun 23-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar