Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbələrin qəbul əmrlərinin Ali məktəblərə göndərilməsi niyə yubanır?..

Əmrlərin gecikməsinin səbəbi bəlli oldu...

Kamran Əsədov: “DİM imtahanı keçirir, qəbulu həyata keçirir və nəticələri elan edir. Amma ali təhsil müəssisələrin bakalavr pilləsinə qəbul olan şəxsi portaledu.az saytı vasitəsilə qeydiyyatdan keçirlər. Bu da Təhsil Nazirliyi tərəfindən həyata keçirilir”.

Xanlar Xanlarov: “Hər hansı bir gecikmə yoxdur. Nəzərə almaq lazımdır ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi sentyabrın 19-u saat 23:59-da başa çatıb”.

Bildiyimiz kimi sentyabrın 15-dən artıq tədris ili başlayıb. Lakin Dövlət İmtahan Mərkəzi hələ də tələbələrin əmrlərini Ali məktəblərə göndərməyib. Bəs bu gecikmənin səbəb nədir?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov və Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarov ilə müzakirə edib.

Kamran Əsədov: “Təhsil Nazirliyi özü sənədləri hazırlayıb DİM-ə göndərir. DİM-də o məlumatları sistemə yerləşdirəndən sonra əmrlər göndərilir. Gecikmənin də əsas səbəbi birmənalı şəkildə budur”.

Əmrlərin verilməsində gecikmələrin olmasının yaxşı hal olmadığını bildirən ekspert əlavə edib ki, ali təhsil müəssisələrində tədrisin keçirilməsində müəyyən gecikmələr olacaq:

“İlk növbədə qeyd edim ki, bu il ali təhsil müəssisələrin bakalavr pilləsinə 50 mindən bir az çox plan yeri ayrılmışdı. Bildiyimiz kimi bu il ali təhsil müəssisələrinin qəbul qaydalarında müəyyən dəyişiklik edildi. Belə ki, ikinci ixtisas qrupundan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üçüncü qrupa əlavə edildi. Hər il ən çox tələbə kəsilməsi halları üçüncü qrupda olsa da, bu il bu vəziyyət düzəldi.

Hal-hazırda ali təhsil müəssisələrinə qəbul olunanların əmirlərinin gecikməsinin bir neçə səbəbi var.

1. Ali təhsil müəssisələrinə qəbulun ikinci turu olacaq. Yəni sentyabr ayının 19-a qədər ikinci turda ali məktəblərə qəbul olunan şəxslərin qeydiyyatı davam edirdi. Əvvəli illərdə DİM imtahan keçirib nəticələri elan edirdi və qəbul olunanların jurnalları çıxırdı. Eyni qaydada bu əmrlər universitetlərə DİM tərəfindən göndərilirdi. İndi isə proses fərqlidir. DİM imtahanı keçirir, qəbulu həyata keçirir və nəticələri elan edir. Amma ali təhsil müəssisələrin bakalavr pilləsinə qəbul olan şəxsi portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirlər. Bu da Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Buna görə də saytdan qeydiyyatdan keçən şəxslər rəsmi olaraq DİM-ə göndərilir. Bu proses də sentyabrın 19-da başa çatdığını görə gecikmə baş verir.

Kamran Əsədov: “Bu məsələyə görə ödənişsiz təhsil alan tələbələrin təqaüdləri də gecikə bilər”.

2. Təhsil Nazirliyi özü sənədləri hazırlayıb DİM-ə göndərir. DİM-də o məlumatları sistemə yerləşdirəndən sonra əmrlər göndərilir. Gecikmənin də əsas səbəbi birmənalı şəkildə budur. Yəni Təhsil Nazirliyi DİM-dən bunu tələb edə bilməz. Çünki bu məlumatları Təhsil Nazirliyi özü həyata keçirir. Burada DİM hər hansı bir formada prosesi gecikdirə bilməz.

Əmrlərin verilməsində gecikmələrin olması yaxşı hal deyil. Çünki ali təhsil müəssisələrində tədrisin keçirilməsində müəyyən gecikmələr olacaq. Tələbələrin adının jurnala düşməsi, dərs bölgüsü və başqa məsələlər bu əmrdən sonra olur. Hətta bu məsələyə görə ödənişsiz təhsil alan tələbələrin təqaüdləri də gecikə bilər”.

Xanlar Xanlarov: “Ali təhsil müəssisələrinə qəbul olunan və portal.edu.az saytında qeydiyyatdan keçən şəxslərin tədrisə başlamasında hansısa problem yoxdur və onlar sentyabrın 15-dən etibarən dərsə gedirlər”.

Müvafiq siyahının DİM-ə təqdim olunduğunu vurğulayan sektor müdiri əlavə edib ki, Mərkəz tərəfindən qəbul olunanların əmrləri hazırlanıb ali təhsil müəssisələrinə göndərilir:

“Hər hansı bir gecikmə yoxdur. Nəzərə almaq lazımdır ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi sentyabrın 19-u saat 23:59-da başa çatıb. 2 gün ərzində isə təhsil müəssisələri qeydiyyatdan keçənlərin sənədlərini yoxlayıb təsdiqini edirlər. Daha sonra müvafiq siyahı DİM-ə təqdim olunur və Mərkəz tərəfindən qəbul olunanların əmrləri hazırlanıb ali təhsil müəssisələrinə göndərilir.

Qeyd edim ki, ali təhsil müəssisələrinə qəbul olunan və portal.edu.az saytında qeydiyyatdan keçən şəxslərin tədrisə başlamasında hansısa problem yoxdur və onlar sentyabrın 15-dən etibarən dərsə gedirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar