Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhsilimiz sıfırdan da aşağı səviyyədədir” - Seyran Səxavət

“Məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır”...

Bunu son vaxtlar orta məktəblərdə baş verən döyülmə, bıçaqlanma və digər neqativ hadisələrə münasibət bildirərkən tanınmış yazıçı Seyran Səxavət Yenicag-a açıqlamasında deyib. Yazıçı bu cür hadisələrin baş verməsində mobil telefonları, eləcə də telekanallarda nümayiş olunan zor, şiddət aşılayan, oğru dünyasından bəhs edən serial və filmlərin də təsirini qeyd edib.

Bunun böyük bir bəla olduğunu deyən yazar bunun qarşısının alınması üçün çıxış yollarını göstərib:

“Bu, doğrudan da böyük bəladır, özü də artıq neçə vaxtdır ki, kök sala-sala gedir. Bu barədə günlərlə, aylarda danışmaq olar. Belə bir deyim var ki, uşaqlar ailədə valideynlərini təkrar edir. Bu, sübut olunmuş kəlmədir. Məktəb də cəmiyyətin övladıdır. Cəmiyyətdə nə olursa, məktəb də onu öz qabiliyyəti və həssaslığı səviyyəsində təkrarlamaqla məşğuldur. Əgər xırdalasaq, bu məsələdə serialların da böyük rolu var, eləcə də mobil telefonların. Uşaqlar gecə-gündüz telefona baxır. Heç bilmirik orada nəyə baxır, nə edirlər.

Dediyim kimi, ailə necədirsə, məktəb də, uşaqlar da onu təkrar edir. Biz ancaq məktəbdə bu işləri ləğv etməyə çalışsaq da, heç nəyə nail ola bilməyəcəyik. Bunu hamı birdəfəlik dərk etməlidir. Belə hadisələrin qarşısını almaq üçün mənbəyini tapmalı, boğmalı və məhv etməli, məktəblərə axıb gəlməsinə mane olmalıyıq. Başqa çarə yoxdur. Uşaq evdə müxtəlif filmlərə baxa-baxa, telefonda cürbəcür videoları izləyə-izləyə məktəbə yollanır. Evlə məktəb arasındakı yolda nələr görür, nələr eşidir. Sonra gəlir məktəbə. Məktəbdə də təhsilimiz sıfırdan da aşağı səviyyədədir. Bu, indi belə deyil, çox uzun illərdir. İndiyə qədər verdiyim 6 mindən çox müsahibənin bəlkə 5 minində heç olmasa, bir cümlə də olsun bunu demişəm. Yəni bu məsələ doğrudan da bizi narahat edirsə və inanmaq istəyirəm ki, narahat edir, bunun kökünü, mənbəyini tapmalıyıq.

Bir daha deyirəm, məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır. Bu yolda mübarizə aparan hər bir kəsə uğurlar arzulayıram. Bunun qarşısını almaq bir insan və vətəndaş olaraq hər birimizin borcudur. Bu gün qonşunun uşağına ziyan dəyirsə, ya uzaq olsun, ölümlə nəticələnirsə, həmin hadisə sabah bizim də qapımızı döyəcək. Ən azı ona görə tərpənməliyik. Bu, böyük bir bəladır və Allah bu bəladan saxlasın. Biz də yerdə bu bəlaya qarşı döyüşək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar