Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Tələbə Krediti Fondu yaradıldı... - Aztəminatlı ailələrin uşaqlarının təhsilə əlçatanlığı təmin ediləcək?

Bildiyimiz kimi tələbə krediti vardı, amma bu krediti həm az tələbəyə verirdilər, həm də şəffaflıq yox idi...

Təhsil eksperti: “Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır”.

“Tələbə kreditləri faizsiz verilməlidir. Çünki sonra tələbələr problemli kreditora çevrilməli deyil”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu”nun yaradılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılıb. Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etmək, təhsil almaq üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Bildiyimiz kimi tələbə krediti vardı, amma bu krediti həm az tələbəyə verirdilər, həm də şəffaflıq yox idi. İndi belə bir fondun yaradılması ilə aztəminatlı ailələrin uşaqlarının təhsilə əlçatanlığı təmin ediləcək?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək”.

Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizinin işlə təmin olunduğunu bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu məsələnin üzərində diqqətlə işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problemli kreditora çevrilir:

“Hələ 2013-cü ildə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulmuşdu. Amma yaradılmamışdı. Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Azərbaycanda hər il məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir. Qalanlar ya digər ixtisaslar üzrə işləyir, ya da, ümumiyyətlə, işləmir. Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək.

Hesab edirəm ki, tələbə kreditləri faizsiz verilməlidir. Çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər.İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır.

Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir. Amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir.

Kamran Əsədov: “Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud deyil. Olanda “Maarifçi”nin kreditidir. O da özəldir və büdcəsi yoxdur”.

Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. Bir daha qeyd edim ki, statistikaya baxsaq, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olduğunu görərik. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub.

Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə mox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problem kreditora çevrilir. Yəni Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olanda “Maarifçi”nin kreditidir. O da özəldir və büdcəsi yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar