Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyinin tender oyunu: müəmmalı 100 min manat hara xərcləndi? - İlginc faktlar

İcrası 2021 və 2022-ci illəri əhatə edən “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının təbliği” layihəsi ilə bağlı redaksiyamıza qalmaqallı informasiya daxil olub.

Publika.az-a daxil olan məlumata görə, adıçəkilən layihəni Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti (AGADMC) Təhsil Nazirliyi ilə birgə reallaşdırıb.

Maraqlı məqam ondan ibarətdir ki, iddialara görə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov nazirliyin 100 min manatlıq qrant layihəsini təkbaşına “reallaşdırıb” və layihə ilə bağlı heç bir hesabat təqdim etməyib.

Üstəlik, Təhsil Nazirliyinin adıçəkilən qrant müsabiqəsi ilə bağlı tender elan etmədiyi də vurğulanır. Eyni zamanda, 100 min manatın hara, necə və hansı şəkildə xərclənməsi ilə bağlı məlumat da yoxdur - redaksiyamıza daxil olan məlumatda bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İlqar Orucovun mövqeyini öyrənməyə çalışdıq. İlqar Orucov Publika.az-a açıqlamasında bildirdi ki, həmin layihə 100 min manatlıq deyil:

“Amma Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmiş layihədir. Layihənin ümumi dəyəri 100 min manat deyil, təbii ki, daha azdır. Mən həmin məbləği açıqlamağa məcbur deyiləm. Prosedur necə olubsa, bizim təşkilat da o cür qalib olub. Üstəlik, həmin müsabiqənin elanı da internet resurslarında gedib. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında da elan yerləşdirilib. Hətta 15 gün vaxt da qoyulmuşdu. Həmin müddətdə biz də müsabiqə üçün müraciət eləmişik”.

AGADMC sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum da Azərbaycanda elmi gənclik hərəkatını formalaşdırmış bir təşkilat olaraq müsabiqə üçün müraciət ünvanlayıb: “Biz zamanında həm Avropa Gənc Alimlər Şurası ilə, həm də Gənclər Fondu ilə bu işləri pilot layihə olaraq gerçəkləşdirmişik. Sonra bu layihəni Təhsil Nazirliyi ilə daha geniş şəkildə icra eləmişik. Bu işlərimiz mətbuatda da geniş işıqlandırılıb. Bizim təşkilat dünya gənc alimlərinin forumunu keçirmiş bir qurumdur. 95 ölkədən 700 nəfər gənc alimi Azətbaycana gətirmişik. Yenə də deyirəm, bu layihə 100 min manatlıq deyildi. Həm də bütün prosedurlar icra olunmaqla gerçəkləşdirilib. Həmin müsabiqədə bizdən əlavə dəfələrlə qrant alan təşkilatlar da olub. Biz mətbuata və cəmiyyətə həmişə açıq olmuşuq. Heç bir gizli fəaliyyətimiz olmayıb və yoxdur”.

İlqar Orucovun iddialara münasibətini öyrəndikdən sonra onun cavabları əsasında qısa araşdırmalar apardıq. İlk olaraq qeyd edək ki, icrası 2021 və 2022-ci illəri əhatə edən “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının təbliği” layihəsi ilə bağlı istər Təhsil Nazirliyinin saytında, istərsə də hər hansı bir internet resursda tender elanına rast gəlmədik. Təhsil Nazirliyinin saytındakı “Layihələr” bölməsində isə cəmi 12 layihə barədə məlumat yerləşdirilib. Üstəlik, nazirliyin gerçəkləşdirdiyi layihələrin siyahısında bu layihənin adı yoxdur. Digər tərəfdən, layihənin adının olmadığı kimi, 100 min manatla bağlı da məlumat verilmir.

Digər maraqlı məqam ondan ibarətdir ki, Təhsil Nazirliyinin bir il bundan qabaq və daha əvvəl elan etdiyi tender layihələrinə daxil olmaq istəyərkən səhifələrin içərisini boş gördük. Yəni, layihələr və onların icrası barədə hər hansı məlumat yoxdur. Üstəlik, layihələrlə bağlı hesabatlar da nazirliyin saytında yerləşdirilməyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Bir neçə dəfə sorğu göndərdik. Amma görünür, adıçəkilən nazirlik sorğumuzu cavablandırmağa həvəsli görünmür.

Yazıda adları keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar