Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından niyə narahatdır?

Cənubi Qafqazdakı münaqişələrdən İran necə yararlanır?..

Siyasi şərhçi: “Son dövrlər xüsusilə İranın dini rəhbərliyi “Zəngəzur dəhlizi“ yanaşmasında, həm də yalnış olaraq sərhədlərin dəyişdirilməsi kimi proseslərdə interpretasiya edir. Bu da çox qəbul olunmaz bir yanaşmadır”.

İranın görmək istədiyi Azərbaycan müstəqil və güclü olmamalı, Tehranın satelliti kimi çıxış etməlidir. Tehran özünün şimal qonşusunu məhz bu konteksdə görür və bu konteksdən də yanaşdıqda güclü və regionun lideri olan Azərbaycan İran üçün təhlükə olaraq görünür”.

Bu sözləri siyasi-şərhçi İlyas Hüseynov Tehranın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından narahatlıq nümayiş etdirməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

44 günlük müharibədən sonra İranın davranışlarına baxdığımız zaman ilk sezilən şeylərdən biri Tehranın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından narahatlıq nümayiş etdirməsidir. Son zamanlar isə bu narahatlıq daha da artmaqdadır və bu da İran rəsmilərinin bəyanatlarında özünü biruzə verir.

Xüsusən, İranın “Zəngəzur dəhlizi”ndən narahatlığı daha çox sezilir. Tehranın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından narahatlığı nəylə bağlıdır və Cənubi Qafqazdakı münaqişələrdən İran necə yararlanır?

İranın AzərbaycanErmənistanın münasibətlərinə qarışmasını PİA.az-ın əməkdaşı siyasi-şərhçi İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Tehran yaxşı başa düşür ki, Cənubu Qafqazda daimi sülh əldə olunandan sonra Azərbaycanın İrana siyasi və sosial təsirləri artacaq”.

Cənubi Zəngəzur istiqamətində Azərbaycanİran arasında imzalanan anlaşma memorandumu Araz çayı üzərindən dörd körpünün çəkilməsini özündə ehtiva etdiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, bu sahədə iqtisadi intensivliyin və dinamizmin daha da gücləndirilməsi İranAzərbaycan xalqlarının rifahına da xidmət edir:

“44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqlar formalaşdırıldı və bu reallıqlar regionda olan bütün dövlətlər üçün yeni əməkdaşlıq imkanları yaratdı. Cənubi Qafqazda yerləşən dövlətlər Azərbaycan-Ermənistan-Gürcüstanla yanaşı, həm də regionun böyük güc mərkəzləri hesab olunan İran, Türkiyə və Rusiya da Cənubi Qafqaz dövlətlərilə birlikdə, üstəgəl 3+3 platforması çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirmək üçün yeni bir fürsət qazandılar.

Bu təşəbbüs əsasında iqtisadi faydaya əsaslanan inteqrasiya meylləri daha da güclənir. Eyni zamanda bu təşəbbüsün əsas memarı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Qeyd etmək lazımdır ki, “Zəngəzur dəhlizi” kontekstində də iqtisadi əməkdaşlıq əsasən bərabər hüquqlu münasibətlərə söykənir. Lakin buna baxmayaraq, nəzərə almaq lazımdır ki, İran tərəfi 2021-ci ildə Azərbaycanın regionda güclənməsi fonunda bir sıra neqativ proseslərə imza atdı. Daha sonra Aşqabadda Türkmənistan-İran-Azərbaycan arasında qaz nəqlinin həyata keçirilməsilə bağlı hüquqi sənəd imzalandan sonra gərginlik aradan qaldırıldı.

Lakin biz müşahidə edirik ki, son dövrlər xüsusilə İranın dini rəhbərliyi “Zəngəzur dəhlizi” yanaşmasında, həm də yalnış olaraq sərhədlərin dəyişdirilməsi kimi proseslərdə interpretasiya edir. Bu da çox qəbul olunmaz bir yanaşmadır. Eyni zamanda İranla Azərbaycan arasında münasibətlər bərabər hüquqlu münasibətlər olmaqla yanaşı, həm də mehriban qonşuluq siyasəti əsasında inkişafı özündə ehtiva edir.

Bildiyimiz kimi Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində ildən-ilə yükdaşımalar və loqistika əməliyyatları artır və bu da İranın, Azərbaycanın iqtisadi rifahına xidmət edən iqtisadi dividentlər formalaşdıran bir lahiyədir. “Zəngəzur dəhlizi”nin açılaması isə həm də iqtisadi inteqrasiyanı bir qədər də dərinləşdirəcək. Ona görə də “Zəngəzur dəhlizi”ndən narahatlıq ifadə olunması tamamilə yalnış bir yanaşmadır.

İlyas Hüseynov: “Bizim Türkiyə ilə ən yüksək səviyyədə münasibətlərimiz hansı təməl üzərində qurulub? Təbii ki, bu təməl iki qardaş ölkənin bərabərhüquqlu münasibətləri üzərində indiki səviyəyə çatıb. Tehranda Bakı ilə münasibətlərə bu konteksdən yanaşsa, inanıram ki, bizim münasibətlərimiz ən yüksək səviyyəyə qalxar”.

Eyni zamanda İslam fundamentalizmi dəyərlərindən çıxış edən İran Azərbaycanda dini dəyərlərə böyük hörmət və qayğıyla yanaşıldığını mütləq şəkildə nəzərə almalıdır. Konstitusiyon quruluşuna görə Azərbaycan dünyəvi dövlət olsa da, bizdə dini dəyərlərə böyük hörmətlə yanaşılır və böyük ehtiram göstərilir. Azərbaycan multikulturalizm dəyərlərinin təbliğatçısı kimi bütün dünyada örnək kimi göstərilir. Xüsusilə vurğulamaq istəyirəm ki, Vətən müharibəsi gedişində və ondan sonrakı dönəmdə müəyyən olundu ki, ermənilər İslam dəyərlərini təhqir eliyiblər qəbiristanlıqları, məscidlərimizi dağıdıblar. Vandallıq və barbarlıq hərəkətləri həyata keçirdiblər, məscidlərimizdə donuz və inək saxlayıblar. Bütün bunlar İslamın təhqir olunması kimi nəzərə çarpır və bu məsələdə İran Azərbaycanın tərəfində olmalıdır.

Həmçinin İranla Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsi üçün çox yaxşı potensial var. Avtomobil dəmir yollarının çəkilməsi bunu deməyə əsas verir. Cənubi Zəngəzur istiqamətində Azərbaycanİran arasında imzalanan anlaşma memorandumu Araz çayı üzərindən dörd körpünün çəkilməsini özündə ehtiva edir. Bu sahədə iqtisadi intensivliyin və dinamizmin daha da gücləndirilməsi İranAzərbaycan xalqlarının rifahına da xidmət edir.

Düşünürəm ki, İranın Bakı ilə İrəvan arasında sülhün əldə olunmasından narahatlığı Azərbaycanın güclənərək regionun həm siyasi, həm də iqtisadi liderə çevrilməsi ilə bağlıdır. Əldə olunacaq sülh Azərbaycanı bütün sahələr üzrə regionun şəriksiz liderinə çevirəcək. Bu isə fars-molla rejiminin Azərbaycanla bağlı konsepsiyasına ziddir. İranın görmək istədiyi Azərbaycan müstəqil və güclü olmamalı, Tehranın satelliti kimi çıxış etməlidir. Tehran özünün şimal qonşusunu məhz bu konteksdə görür və bu konteksdən də yanaşdıqda güclü və regionun lideri olan Azərbaycan İran üçün təhlükə olaraq görünür. Bu təhlükələrdən ən böyüyü İranda yaşayan 40 milyonluq Azərbaycan türkü faktorudur. Digər bir təhlükə isə dini faktordur. İran iki ölkənin qaynayıb qarışmasını o şəkildə istəyir ki, burdakı siyasəti və sosial baxışları özü müəyyənləşdirsin. Bunu edə bilmədiyinə görə də Tehran yaxşı başa düşür ki, Cənubu Qafqazda daimi sülh əldə olunandan sonra Azərbaycanın İrana siyasi və sosial təsirləri artacaq. Məhz bu təsirlərin artma təhlükəsi İranı narahat edir və fars-molla rejiminə görə Ermənistanla Azərbaycan arasında müharibə vəziyyətinin davam etməsi bu təhlükənin qarşısını alan əsas faktordur.

İlyas Hüseynov: “Rəsmi Bakı bütün tərəfdaşları ilə münasibətlərdə qarşlıqlı hörmət və bərabərhüquq prinsipinə əsaslanır və bu prinsipə də sadiqliyini həmişə nümayiş etdirib”.

Lakin düşünürəm ki, İran Azərbaycanı öz əlaltısı olaraq görmək istəyindən vaz keçərsə bu iki dövlətin daha çox yararına olar. Tehran və Bakı o zaman siyasi fikir birliyinə nail ola bilər ki, bir-birlərini bərabərhüquqlu qardaş ölkələr olaraq tanısınlar. Bizim Türkiyə ilə ən yüksək səviyyədə münasibətlərimiz hansı təməl üzərində qurulub? Təbii ki, bu təməl iki qardaş ölkənin bərabərhüquqlq münasibətləri üzərində indiki səviyəyə çatıb. Tehranda Bakı ilə münasibətlərə bu konteksdən yanaşsa, inanırıam ki, bizim münasibətlərimiz ən yüksək səviyyəyə qalxar və bu münasibətlər İran üçün heç bir təhlükə yaratmaz. Sadəcə bu bizdən asılı məsələ deyil, daha çox İranın yürütdüyü siyasi kursdan asılı məsələdir.

İran tərəfi obyektiv reallıqıarı nəzərə almalı və regionun çox güclü iqtisadi lojistika mərkəzinə çevrilən Azərbaycanla əməkdaşlıqdan fayda əldə etməyə çalışmalıdır. Ziddiyyətlərin formalaşdırılması, konfrantasiya meyllərinin gücləndirilməsi, yaranan fikir ayrıseçkiliklərinin ziddiyyətli formada interpretasiya olunması tamamilə qəbul olunan deyil və bu İranla Azərbaycan arasında uzun əsrlərdir davam edən tarixi tərəfdaşlıq prinsiplərinə ziddir. Hər hansısa anlaşılmazlıqlar varsa, onların diplomatik, siyasi yolla həlli mümkündür və bu yollarla bütün neqativ halları aradan qaldırmaq mümkündür. Azərbaycan hər zaman öz qonşularıyla balanslaşdırılmış siyasət yürüdərək geosiyasi rolunu gücləndib və bu həm də İran-Azərbaycan münasibətlərinə şamil olunur. Rəsmi Bakı bütün tərəfdaşları ilə münasibətlərdə qarşlıqlı hörmət və bərabərhüquq prinsipinə əsaslanır və bu prinsipə də sadiqliyini həmişə nümayiş etdirib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar